ABŞ İndoneziya mallarına 19% rüsum tətbiq edəcək Tramp
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İndoneziya Birləşmiş Ştatlara ixrac edilən bütün mallara 19 faiz rüsum ödəyəcək.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bununla bağlı ABŞ prezidenti Donald Tramp "Truth" hesabında yazıb.
Ağ Ev rəhbəri bildirib ki, İndoneziya ilə böyük bir razılaşma tamamlandı. Bu əlamətdar müqavilə tarixdə ilk dəfə olaraq bütün İndoneziya bazarını ABŞ-nin üzünə açır:
"Saziş çərçivəsində İndoneziya Amerika bazarında 15 milyard dollar dəyərində enerji resursları və 4,5 milyard dollarlıq kənd təsərrüfatı məhsulları, həmçinin 50 "Boeing" təyyarəsi almağı öhdəsinə götürüb. Sövdələşmə nəticəsində ABŞ ilk dəfə olaraq 280 milyondan çox insanın yaşadığı İndoneziya bazarına tam çıxış əldə edəcək".


