ABŞ İran danışıqları nə yerdədir? Tramp real vəziyyəti açıqlayıb
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Donald Trump bildirib ki, İranla danışıqların real vəziyyətindən ondan və daha bir neçə nəfərdən başqa heç kim xəbərdar deyil.
Modern.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
“Danışıqlarla bağlı nə baş verdiyini məndən və daha bir neçə nəfərdən başqa heç kim bilmir”, – o deyib.
ABŞ prezidenti həmçinin qeyd edib ki, münaqişənin tənzimlənməsi çərçivəsində Vaşinqton İranı dinc məqsədlər üçün nəzərdə tutulmuş nüvə materialları ilə təmin etməyə razı olmayacaq.
Bundan əvvəl “Axios” yazmışdı ki, Tramp dünən ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri Bred Kuperdən İrana qarşı mümkün hərbi əməliyyatların yeni planları barədə hesabat dinləməli idi.
Eyni zamanda “Nyu-York Tayms”ın məlumatına görə, Tramp İranın Hörmüz boğazının açılmasını nəzərdə tutan, lakin Tehranın nüvə proqramı məsələsini sonrakı danışıqlara saxlayan təklifini qəbul etməyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 01 May 2026 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















