Dörd yaşlı qızına aylarla işgəncə verdi, cəsədini çəlləkdə yandırdı
Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sinqapur məhkəməsi dörd yaşlı qızcığaza aylarla işgəncə verən və ölümündən sonra cəsədini metal çəlləkdə yandıran üç nəfər barəsində hökm çıxarıb.
Bu barədə Britaniyanın "The Sun" nəşri məlumat yayıb.
Məlumata görə, qızcığaz anası və onun birlikdə yaşadığı kişi ilə eyni evdə qalırmış. Uşağa qarşı zorakılıqda daha bir qadın da iştirak edib. Aylarla davam edən işgəncələri üçüncü qadın videoya çəkib.
Uşağın vəziyyətinin ağırlaşdığı gün həmin qadın bunu anlasa da, ana və birlikdə yaşadığı kişi qızcığazın sadəcə diqqət çəkməyə çalışdığını düşünüblər. Heç kim həkim çağırmayıb. Əvəzində hər üçü narkotik vasitə qəbul edib. Bir neçə saat sonra isə uşaq cansız vəziyyətdə tapılıb.
Qızcığazın cəsədi daha bir neçə ay mənzildə saxlanılıb. Bu müddət ərzində cəsəddən gələn qoxunu ətirli çubuqlarla gizlətməyə çalışıblar. Daha sonra meyit açıq əraziyə aparılaraq metal çəlləkdə yandırılıb.
Məhkəmənin hökmü ilə ana 19, onun birlikdə yaşadığı kişi isə 30 il müddətinə azadlıqdan məhrum edilib. Zorakılıq hallarını videoya çəkən və cinayətin izlərinin gizlədilməsinə kömək edən üçüncü qadın isə 13 il həbs cəzasına məhkum olunub. Hakim onun hadisələrin sadəcə passiv şahidi olması barədə iddialarını rədd edib.
Nəşrin məlumatına görə, uzun müddət davam edən zorakılıq və azyaşlının ölümü Sinqapurda uşaqların müdafiəsi sisteminin yenidən nəzərdən keçirilməsinə səbəb olub. Aparılan yoxlamalar uşaqların rifahına cavabdeh olan qurumların fəaliyyətində ciddi çatışmazlıqlar aşkar edib.
///oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 15 Noyabr 2026 08:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















