Icma.az
close
up
RU
ABŞ İran danışıqları: Proses sülhə, yoxsa müharibəyə aparacaq?

ABŞ İran danışıqları: Proses sülhə, yoxsa müharibəyə aparacaq?

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Pərvanə SULTANOVA
[email protected]

ABŞ-la İran arasında nüvə məsələsi üzrə danışıqlar dünya gündəminin əsas mövzularından biri olaraq qalır. Aprelin 19-da tərəflər arasında Romada nüvə danışıqlarının ikinci raundu keçiriləcək. İndi bütün diqqətlər Romaya yönəlib. ABŞ prezidenti Donald Tramp bəyan edir ki, Tehran nüvə proqramını dayandırmalıdır, əgər bu, danışıqlar yolu ilə baş verməsə, Vaşinqton İrana zərbələr endirəcək. İran isə nüvə proqramından tam olaraq əl çəkmək niyyətində deyil. İndi əsas sual növbəti danışıqların hansı nəticələrə gətirə biləcəyi ilə bağlıdır. İlk növbədə onu qeyd etmək lazımdır ki, vəziyyət mürəkkəbdir. ABŞ israrını, təhdidlərini davam etdirir.

Baxmayaraq ki, ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff aprelin 14-də İrana uranı 3,67 faizdən yuxarı zənginləşdirməyə qadağa qoyulacağını deyib, daha sonra o, sözləri ilə əsaslı şəkildə ziddiyyət təşkil edən bəyanat verib: "Tehran uranın zənginləşdirilməsini və nüvə silahı proqramını ləğv etməlidir".

Xarici mediaya sızan məlumata görə, bu, Ağ Evdə İranın nüvə proqramı ilə bağlı ziddiyyətlərin, kəskin fikir ayrılıqlarının olmasından irəli gəlir. Məlumata görə, Ağ Evdəki fövqəladə iclasda yeni və sərt mövqe ifadə olunub. Belə ki, milli təhlükəsizlik müşaviri Mayk Vals və dövlət katibi Marko Rubio daha kəskin mövqe ortaya qoyublar. Onlar Tehranın istənilən zənginləşdirmə texnologiyalarından tamamilə imtina etməsində israr edir və diqqəti İsrailin Baş naziri Benyamin Netanyahunun planına yönəltməyi təklif edirlər: razılaşma yalnız o şərtlə mümkündür ki, İranın nüvə obyektləri ABŞ-ın nəzarəti və iştirakı ilə məhv edilsin. Bu arada ABŞ-ın əsas müttəfiqi olan İsrail İranın nüvə infrastrukturuna hərtərəfli zərbə endirmək üçün təzyiqləri davam etdirir. İsraildə aparılan danışıqlar prosesi ölkənin uzunmüddətli təhlükəsizliyinə təhdid kimi qiymətləndirilir.

Eyni zamanda, başqa bir xəbərə görə, Vaşinqton İranın zənginləşdirilmiş 60 faizə qədər uran ehtiyatlarının Rusiyaya təhvil verilməsini tələb edir. Beləliklə, görünən odur ki, Ağ Evin İranla bağlı vahid strategiyası yoxdur. Nəzərə alsaq ki, Tramp prezidentliyi müddətində açıq şəkildə xarici münaqişələrə son qoyacağını və diqqəti daxili işlərə yönəldəcəyi vədini verib, lakin eyni zamanda müttəfiqlərin maraqlarını gözardı edə bilməyəcəyi məlumdur.

Onu da qeyd edək ki, hər iki tərəf Tehran və Vaşinqton arasında aprelin 12-də Omanın paytaxtı Maskat şəhərində nüvə proqramı ilə bağlı aparılan danışıqların "müsbət" və "konstruktiv" olduğunu bəyan ediblər. Danışıqlarda nümayəndə heyətlərinə ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi rəhbərlik ediblər.

Amerika tərəfi birbaşa dialoq formatında israr etsə də, Tehran dolayı danışıqlara üstünlük verib. Nəticədə, Omanın xarici işlər naziri tərəflər arasında mesajlar çatdırmaqla nümayəndə heyətləri ayrı-ayrı zallarda yerləşdirilib. Yalnız bundan sonra nümayəndə heyətlərinin başçıları dəhlizdə qısaca ünsiyyət qurublar. Beləliklə, birinci mərhələ diplomatik "heç-heçə" kimi dəyərləndirilə bilər.

İranın ali rəhbəri Ayətullah Seyid Əli Xamenei qiymətləndirmələrdə təmkinli olmağa çağırıb: "Nə həddindən artıq optimist, nə də hədsiz pessimist olmamalıyıq". Lakin danışıqların birinci raundu ehtiyatlı nikbinliyə səbəb olubsa, ikinci ilə bağlı gözləntilər daha qorxulu görünür.

Maskatda keçirilən danışıqlarda Tehran Amerikanın nüvə proqramı üzərində nəzarəti təmin etmək müqabilində sanksiyaları ləğv etməyi təklif edib. Bununla belə, Vaşinqton şübhələnir ki, məhdudiyyətlərin aradan qaldırılması İranın Həmas, Hizbullah və İsrail üçün birbaşa təhlükə yaradan Yəmən husilərinə dəstəyinin artmasına gətirib çıxaracaq.

Rusiyalı şərqşünas və politoloq Qriqori Lukyanov hesab edir ki, İranın ABŞ-ın ölkələr arasında yeni saziş imzalamaq üçün təkid etdiyi nüvə proqramından imtina etməsi Tehran tərəfindən arzuolunmaz hesab olunur və dövlət üçün "ölümcül" ola bilər. İranın xarici işlər naziri Abbas Əraqçi də bəyan edib ki, ABŞ-la razılaşma yalnız o halda mümkündür ki, Vaşinqton İranın uranın zənginləşdirilməsi proqramının ləğvində israrını dayandırsın. Onun sözlərinə görə, bu mövzu müzakirə mövzusu deyil.

"Bir tərəfdən Koreya Xalq Demokratik Respublikası, digər tərəfdən Liviyanın təcrübəsinin göstərdiyi kimi, yalnız nüvə silahına sahib olmaq suveren dövlətin daxili işlərinə xarici aktorların qarışmamasının etibarlı təminatına çevrilə bilər. Və belə bir şəraitdə nüvə proqramından imtina etmək arzuolunmaz və ölümcül görünür", - politoloq bildirib.

Onun sözlərinə görə, danışıqlar prosesinin mürəkkəbliyi ondadır ki, tərəflər güzəştə getməlidirlər, yəni qarşılıqlı əlçatanlıq olmalıdır: "Biz hələ də tərəflər arasında strateji etimadın dərin olmadığını nəzərə almalıyıq. Ona görə də İran müxtəlif nümayəndələr vasitəsilə bu danışıqlar prosesinə sazişə əməl olunmasının təminatçısı kimi çıxış edə bilən üçüncü ölkələrin də daxil edilməsinin zəruriliyindən danışır. Bu rol üçün Rusiya və Çin təklif oluna bilər, lakin Qərb ölkələri deyil. Etimadı itirdiklərinə görə onlara lazımi səviyyədə baxılmayacaq".

Politoloq onu da qeyd edib ki, danışıqların mənfi nəticələnməsindən yararlanan tərəf İsraildir: "Təbii ki, söhbət ilk növbədə İranın nüvə infrastrukturuna hərtərəfli zərbə endirilməsinin zəruriliyində israr etməkdə davam edən İsrailin hazırkı hərbi-siyasi rəhbərliyindən gedir. Danışıqların uğurlu nəticəsi İsrail üçün son dərəcə əlverişsiz görünür və İsrail dövlətinin uzunmüddətli təhlükəsizlik maraqlarına cavab vermir".

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli hesab edir ki, İranın proksi gücləri son aylar ərzində əsasən sıradan çıxarılıb. Eyni zamanda, İran daxilində də problemlər var və onlar getdikcə artır, etiraz, narazılıq potensialı ölkə daxilində kifayət qədər genişdir. Ola bilər ki, bu məqamlar müəyyən fürsət kimi görünsün. Amma eyni zamanda, ekspertə görə, Birləşmiş Ştatların yeni administrasiyasında başa düşürlər ki, İran Yaxın Şərqin sıradan bir ölkəsi deyil. Kifayət qədər potensiala malikdir: "Belə bir ölkəyə hərbi zərbələr endirməyin və yaxud genişmiqyaslı müharibəyə başlamağın hansı fəsadlar doğura biləcəyini ehtimal etmək çətin deyil".

Ekspert hesab edir ki, Tramp administrasiyası təhdid diplomatiyası həyata keçirir: "Bir tərəfdən silahlı qüvvələrini İran ətrafında yeləşdirir və İran hakimiyyətinin nəzərinə çatdırır ki, danışıqlar nəticə verməsə, artıq B planının işə düşməsi mümkündür. Hər halda nüvə proqramı, İranın nüvə silahı əldə etməsi Birləşmiş Ştatlar üçün də, İsrail üçün də "qırmızı xət"dir. Yəni onlar xüsusilə də İsrail İranın nüvə silahı əldə etməsini özünün potensial mövcudluq təhlükəsi kimi qəbul edir. Əgər danışıqlar nəticə verməsə, düşünürəm ki, vurğuladığım kimi, digər plan işə düşə bilər, İrana məhdud olsa da, zərbələr endirilə bilər. Amma hansı nəticələrin olacağını da göz önünə gətirəndə, deyə bilərik ki, münaqişəyə daxil olmaq heç bir tərəfin, nə İranın, nə də ABŞ-ın marağındadır".

M.Məmmədli əlavə edib ki, 30-40 ildir ki, Birləşmiş Ştatların administrasiyaları İrana qarşı sərt ritorika ilə danışıblar, təhdid ediblər: "Amma hərbi əməliyyatlar nə dərəcədə ABŞ-ın marağına uyğun ola bilər, hansı nəticələr doğura bilər? Bunlar sadə məsələlər deyil. Düşünürəm ki, nüvə ilə bağlı razılaşma ehtimalı var. Diplomatiya yolu ilə nüvə məsələsinin tam da olmasa, əsasən həlli mümkündür. Tehran sanksiyaların aradan qaldırılmasını istəyir. Sanksiyalar isə yalnız nüvə məsələsinə görə deyil, həm də ballistik raket proqramına, İranın regionda proksi güclərə verdiyi dəstəyə görə tətbiq olunub. Hər halda mürəkkəb məsələdir və bir müddət gözləmək lazım gələcək".

Qeyd edək ki, ilk dəfə nüvə sazişi 2015-ci ildə İran, Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Çin və Almaniya tərəfindən imzalanıb. Bu, Tehranın nüvə proqramını məhdudlaşdırması müqabilində İrana qarşı sanksiyaların ləğvini nəzərdə tuturdu. Belə ki, İranın nüvə enerjisi proqramından nüvə silahının hazırlanması üçün istifadə etdiyi ilə bağlı şübhələr BMT, ABŞ və Avropa İttifaqını bu ölkəyə qarşı sanksiyalar tətbiq etməyə vadar etmişdi. Bu qüvvələr İranı həssas nüvə fəaliyyətindən geri döndərməyə çalışırdılar.

Sazişə görə nüvə silahlarının hazırlanması üçün istifadə edilən uranın zənginləşdirilməsi məhdudlaşdırılmalı; bomba hazırlamaq üçün əlverişli olan plutoniumun olduğu ağır-su rektoru yenidən dizayn edilməli və bu prosesə daim beynəlxalq nəzarət həyata keçirilməli idi.

Əvəzində isə sanksiyalar aradan qaldırılmış və İran hökumətinin əsas gəlir mənbəyi olan neft ixracatına icazə verilmişdi.

2018-ci ildə birinci prezidentliyi dövründə Donald Tramp administrasiyası sazişi tərk edərək sanksiyaları bərpa etdi. Həmin ilin noyabr ayından İranın neft və maliyyə sektorlarını hədəf alan sanksiyalar tətbiq edilməyə başladı. Bu isə öz növbəsində İranda iqtisadi böhrana və güclü inflyasiyaya səbəb olub. İran isə buna cavab olaraq razılaşma ilə nəzərdə tutulmuş öhdəliklərindən imtina etməyə başlayıb.

2025-ci ilin mart ayının sonunda Tramp Tehranın nüvə proqramı ilə bağlı Vaşinqtonla razılığa gəlmədiyi təqdirdə İranı hərbi hücumla və ikinci dərəcəli tariflərlə hədələyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Aprel 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dadaşovun qolu komandasını finala yüksəltdi

22 Aprel 2025 00:07see159

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır

22 Aprel 2025 00:04see153

Bu həftə Tesla və Alphabet gəlir açıqlayacaq Davam, yoxsa...?

22 Aprel 2025 00:00see143

Ədil Məhərrəmov QƏTLƏ YETİRİLDİ

22 Aprel 2025 13:47see142

Uşaqlarla əlaqə qurmağın ən yaxşı 5 YOLU

22 Aprel 2025 19:47see142

“Mənə təslim olsalar, onlara mahnı yazaram”

22 Aprel 2025 00:06see141

İslam Kərimovun nəvəsi realiti şouya qatılır

21 Aprel 2025 23:58see138

Broyler toyuğu yeyən kişilərə BƏD XƏBƏR

22 Aprel 2025 13:24see134

Region Liqası: 1/8 finalın cütləri

22 Aprel 2025 17:21see132

Coca Cola , yoxsa Pepsi ?

23 Aprel 2025 00:23see129

Dünya Kitab və Müəlliflik Hüququ Günü

22 Aprel 2025 13:50see127

Vardanyanın məhkəməsi keçirilib

22 Aprel 2025 19:32see125

Ağ Ev yeni müdafiə naziri axtarır?

22 Aprel 2025 00:09see124

Şərurlu İsfəndiyarla bağlı daha bir QALMAQAL: Məhkəmə işi

22 Aprel 2025 13:34see119

İlham Əliyev xanımı ilə birlikdə Çinə getdi

22 Aprel 2025 16:00see118

Kart məlumatlarımızı öz əllərimizlə dələduzlara necə təhvil veririk? AÇIQLAMA FOTO

22 Aprel 2025 19:03see117

Gecə səmasında gülümsəyən üz görünəcək: Bu nadir halı nə vaxt izləmək olar?

23 Aprel 2025 00:14see116

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see114

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir YENİLƏNİB

22 Aprel 2025 14:41see111

Bu qurumların “başı dərddə” DTX ya ŞİKAYƏT EDİLDİ KONKRET

22 Aprel 2025 10:14see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri