Icma.az
close
up
RU
Dövlətdən Qarabağdakı sahibkarlara böyük jest KONKRET

Dövlətdən Qarabağdakı sahibkarlara böyük jest KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan hökuməti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən sahibkarların kommunal xərclərinin 20 faizini ödəmək qərarına gəlib. Yeni güzəşt sənaye parklarında fəaliyyət göstərən müəssisələrə şamil olunacaq.

Maraqlıdır, bu təşəbbüs gələcəkdə Azərbaycanın digər regionlarını da əhatə edə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, bu siyasətin bütün ölkə üzrə tətbiqi real deyil:

Xalid Kərimli

“Bunu bütün regionlara şamil edə bilməzlər. Əgər belə etmək istəsələr, ümumiyyətlə, tarifləri yeniləyərdilər. Sadəcə, həmin ərazilərə müəyyən səbəbdən güzəşt edilib. Orada fəaliyyət çətinliyi, bazar və yerləşmə problemləri mövcuddur. Hökumət həmin regionların inkişafını stimullaşdırmaq üçün sahibkarlara əlavə üstünlük verir ki, ora getmək maraqlı olsun.”

İqtisadçı əlavə edib ki, dövlətin bu dəstəyinin digər xərcləri – məsələn, logistika və icarə haqlarını əhatə etməsi mümkün deyil:

“Əgər hamıya güzəşt versələr, onda qiymətləri endirməlidirlər. Amma biz əksini görürük, demək olar ki, 1-2 ildən bir kommunal xərclər artırılır. Logistika və icarə haqlarını dövlətin qarşılaması real deyil. Dövlətin imkanları məhduddur, gəlirləri əsasən neft, qaz və vergilərdən formalaşır. Biznesin xərclərini dövlət üzərinə götürə bilməz.”

Beləliklə, ekspertə görə, bu təşəbbüs lokal xarakter daşıyır və məqsəd Qarabağ və Şərqi Zəngəzurda sahibkarlığın inkişafını təşviq etməkdir.

Aynurə İsmayıl
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 Oktyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see337

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see313

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see310

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see284

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see278

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see276

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see272

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see268

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see257

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see253

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see249

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see249

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see219

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see217

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see210

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see198

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see198

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see193

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri