Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Baş idarə rəisinə yeni rütbə verildi

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

ABŞ İran dialoqunda yeni mərhələ: Tehran Dohadan əlidolu dönə bilər

ABŞ İran dialoqunda yeni mərhələ: Tehran Dohadan əlidolu dönə bilər

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


İran nümayəndə heyəti ölkənin nüvə proqramı ilə bağlı ABŞ-nin təkliflərini və münaqişəyə son qoyulması üçün mümkün razılaşmaları müzakirə etmək məqsədilə Dohaya səfər edib.

"Bakupost" TASS-a istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçının sözlərinə görə, rəsmi Tehran ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin mesajı vasitəsilə çatdırılan Vaşinqtonun təkliflərini nəzərdən keçirir.

Bununla yanaşı, İran tərəfi hələlik ABŞ rəsmiləri ilə birbaşa görüş keçirməyi planlaşdırmır. XİN rəhbəri Abbas Əraqçı münaqişənin nizamlanması üçün İranın irəli sürdüyü əsas şərtlər sırasında sanksiyaların ləğvini və regiondakı ABŞ qoşunlarının sayının azaldılmasını göstərib.

"Al Arabiya" telekanalı mənbələrə istinadən ABŞ-nin təkliflərinin Tehranda müsbət qarşılandığını xəbər verib.

Məlumata görə, Vensin göndərdiyi mesaj yekun plan deyil, mümkün razılaşmanın ümumi prinsiplərini əks etdirir. Təklifləri ətraflı nəzərdən keçirmək üçün İran hakimiyyəti tərəfindən xüsusi komitələr yaradılıb.

Siyasi şərhçi Rəşad Bayramov “Bakupost”a bildirib ki, İran nümayəndə heyətinin Dohaya səfəri və ABŞ vitse-prezidenti Cey. Di. Vensin vasitəçiliyi ilə Tehrana çatdırılan təkliflərin müzakirəyə çıxarılması ABŞ-İran münasibətlərində diplomatik prosesin yenidən canlanması baxımından diqqətəlayiq hadisədir: “Xüsusilə “Al Arabiya” telekanalının mənbələrə istinadən İran tərəfinin Vaşinqtonun təkliflərini müsbət qarşıladığını bildirməsi danışıqlarda müəyyən irəliləyiş ehtimalını gündəmə gətirir. “Al Arabiya”nın yaydığı məlumatlar təsdiqlənərsə, bunu ABŞ-İran danışıqlarında irəliləyişə işarə edən müsbət diplomatik siqnal kimi qiymətləndirmək olar”.

Müsahibimizin fikrincə, bu məlumatın əhəmiyyəti ondadır ki, tərəflər arasında uzun müddətdir davam edən qarşıdurma fonunda artıq təkcə hərbi təzyiq və qarşılıqlı hədələr deyil, mümkün razılaşmanın konkret prinsipləri də müzakirə olunur:

“İranın xarici işlər naziri Abbas Əraqçinin ABŞ-dən gələn mesajı müsbət addım kimi qiymətləndirməsi də diplomatik təmasların müəyyən nəticə verdiyini göstərir. Bununla belə, Əraqçi birbaşa danışıqların hələ planlaşdırılmadığını, vasitəçilərlə təmasların davam etdiyini xüsusi vurğulayıb.

Burada əsas məqam ondan ibarətdir ki, Vensin mesajı yekun sülh planı deyil, mümkün razılaşmanın ümumi prinsiplərini əhatə edir. İran hakimiyyətinin bu təklifləri araşdırmaq üçün xüsusi komitələr yaratması Tehranın məsələyə müəyyən institusional səviyyədə yanaşdığını göstərir. Bu, özlüyündə razılaşmanın əldə olunacağına təminat verməsə də, təkliflərin dərhal rədd edilməməsi diplomatik proses üçün müsbət göstəricidir”.

Bununla belə, ekspert tərəflər arasında ciddi fikir ayrılıqlarının qaldığını da diqqətə çatdırdı: “Vaşinqton nüvə proqramı məsələsinin danışıqların ilk mərhələsindən etibarən müzakirə olunmasını istəyir. Tehran isə əvvəlcə hərbi qarşıdurmanın tam dayandırılmasını, ABŞ-nin liman blokadasına son qoymasını və İran neftinin ixracına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasını tələb edir. Bundan əlavə, İran dondurulmuş maliyyə aktivlərinin azad edilməsini və ABŞ hərbi qüvvələrinin regiondakı mövcudluğunun azaldılmasını istəyir. Digər mühüm məsələ Hörmüz boğazının açılmasıdır. İran bu istiqamətdə müəyyən təkliflər irəli sürüb və Qətərlə aparılan müzakirələr zamanı təklifin icra müddətinin iki günə qədər azaldılması variantı gündəmə gəlib. Bu məsələ ABŞ üçün də xüsusi əhəmiyyət daşıyır. Çünki Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin bərpası qlobal enerji bazarlarının sabitliyi və beynəlxalq ticarət baxımından vacibdir. Beləliklə, tərəflərin ortaq maraqlarının kəsişdiyi sahələrdən biri məhz dəniz nəqliyyatının təhlükəsizliyidir.

Bununla belə, İranın hələlik amerikalı rəsmilərlə birbaşa görüş planlaşdırmadığını bildirməsi göstərir ki, tərəflər arasında etimad problemi qalmaqdadır. Hələlik tərəflər arasında yekun razılaşmadan danışmaq tezdir. Daha real olan Hörmüz boğazında gəmiçiliyin bərpası və bundan sonra nüvə proqramı, sanksiyalar və təhlükəsizlik məsələləri üzrə mərhələli razılaşmanın əldə olunmasıdır”.

Şərhçi qeyd edir ki, burada əsas məsələ Tramp administrasiyasının İranın təhlükəsizlik və iqtisadi tələblərinə hansı həddə güzəştə getməyə hazır olması, Tehranın isə nüvə proqramı ilə bağlı hansı öhdəlikləri qəbul edəcəyidir:

“Əgər tərəflər bu məsələlərdə ortaq məxrəcə gələ bilsələr, Yaxın Şərqdə yeni hərbi eskalasiyanın qarşısını almaq mümkün ola bilər. Əks halda, diplomatik təmasların davam etməsinə baxmayaraq, hərbi qarşıdurma təhlükəsi gündəmdə qalacaq”.

Rüfət Sultan,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 02 Noyabr 2026 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see350

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see340

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see337

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see333

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see318

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see270

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see270

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see257

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see244

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see220

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see219

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see215

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see214

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see213

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see212

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see208

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see198

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see195

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri