Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xankəndi şəhərində yeniyetmə oğlanlardan ibarət milli komandanın məşqçiləri Kotaro Sasaki və Asiman Allahverdiyev, həmçinin Azərbaycan Cüdo Federasiyasının Təhsil şöbəsinin eksperti Elçin Mayılovun rəhbərliyi ilə cüdo seminarı keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, təlim zamanı iştirakçılara əyləncəli oyunlar vasitəsilə isinmə və koordinasiya hərəkətləri, eləcə də cüdonun əsas hazırlıq elementlərindən olan uçi-komi və naqe-komi üzrə çalışmalar etdirilib.
Seminarın texniki hissəsində ko-uçi-qari, o-uçi-qari və seoi-naqe fəndlərinin düzgün icra mexanizmi, giriş və tamamlanma mərhələləri izah olunub. İştirakçılar məşqçilərin nəzarəti altında bu texnikaları praktik olaraq tətbiq ediblər.
Seminarın əsas məqsədi uşaq və yeniyetmə cüdoçuların texniki bacarıqlarını təkmilləşdirmək, düzgün hərəkət vərdişlərinin formalaşdırılmasına dəstək olmaq və onların məşq prosesinə marağını artırmaq olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 02 Noyabr 2026 19:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















