Icma.az
close
up
RU
ABŞ İran gərginliyi qlobal mərkəzi bankların faiz qərarlarını ön plana çıxarıb

ABŞ İran gərginliyi qlobal mərkəzi bankların faiz qərarlarını ön plana çıxarıb

Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

ABŞ ilə İran arasında gərginliyin enerji qiymətləri üzərindən inflyasiya təzyiqlərini artıra biləcəyi ilə bağlı narahatlıqlar qlobal mərkəzi bankların bu həftə verəcəyi mesajların əhəmiyyətini artırır.

Banco.az xəbər verir ki, Yaxın Şərqdə gərginliyin yenidən artması nəticəsində ötən həftə neft qiymətlərinin 100 dolları keçməsi qlobal inflyasiya risklərini artıraraq mərkəzi bankların pul siyasətində manevr imkanlarını məhdudlaşdırıb. Enerji xərclərinin artmasının inflyasiya ilə mübarizəni çətinləşdirə biləcəyi bildirilir. Bu səbəbdən mərkəzi bankların qiymət sabitliyini ön planda saxlayan mövqelərini qoruyacağı gözlənilir.

Bu həftə investorların diqqəti ABŞ Federal Ehtiyat Sisteminin (Fed), Yaponiya Mərkəzi Bankının (BoJ) və İngiltərə Mərkəzi Bankının (BoE) pul siyasəti qərarlarına yönəlib. Qərar mətnləri və mərkəzi bank rəhbərlərinin açıqlamalarının ilin qalan hissəsi üzrə faiz dərəcələri ilə bağlı gözləntiləri formalaşdıracağı gözlənilir.

Fed-in mesajları qlobal bazarlar üçün kritik olacaq

Qlobal maliyyə sistemində mühüm rol oynayan Fed-in çərşənbə günü açıqlayacağı faiz qərarı bazarların əsas gündəmindədir. Bazar qiymətləndirmələrinə görə, Fed-in bu iclasda uçot dərəcəsini sabit saxlama ehtimalı 66% təşkil edir. Bununla yanaşı, bankın ilin sonuna qədər ən azı bir dəfə faiz artıra biləcəyi ilə bağlı gözləntilər də qüvvədə qalır. Neft qiymətlərindəki artımın inflyasiya risklərini yüksəltməsi bu gözləntiləri gücləndirən amillərdəndir.

Qərardan sonra Fed sədri Kevin Warshın açıqlamaları da investorlar üçün mühüm olacaq. Bazar iştirakçıları onun çıxışında sentyabr, oktyabr və dekabr iclaslarında mümkün faiz qərarları ilə bağlı siqnallar axtaracaqlar.

Avropada diqqət BoE-yə yönəlib

Avropa Mərkəzi Bankı (ECB) ötən həftə üç əsas faiz dərəcəsini gözləntilərə uyğun olaraq sabit saxlayıb. ECB prezidenti Kristin Laqard Yaxın Şərqdəki müharibənin yaratdığı enerji şokunun inflyasiyaya tam təsirinin hələ ortaya çıxmadığını bildirib. Onun sözlərinə görə, faiz qərarları gələcək iqtisadi və maliyyə göstəricilərindən və inflyasiya risklərindən asılı olacaq.

ECB-nin qərarından sonra diqqət cümə axşamı faiz qərarını açıqlayacaq BoE-yə yönəlib. Bazar iştirakçıları bankın faiz dərəcəsini sabit saxlayacağını gözləsə də, ilin sonuna qədər bir faiz artımı ehtimalını da nəzərə alırlar.

Asiyada gözlər BoJ-un qərarındadır

Yaxın Şərqdəki hadisələrin dolayı təsirləri Asiya iqtisadiyyatlarında da hiss olunur. Yaponiyada inflyasiya təzyiqlərinin davam etməsi faiz siyasəti ilə bağlı gözləntilərin sərt mövqedə qalmasına səbəb olur.

Ölkədə illik inflyasiya iyunda 1,7%-ə yüksələrək son altı ayın ən yüksək səviyyəsinə çatıb. Enerji xərclərinin iqtisadiyyata təsiri fonunda əsas inflyasiyanın da sürətlənməsi müşahidə olunur.

BoJ-un cümə günü keçiriləcək iclasında ehtiyatlı mövqe sərgiləyəcəyi gözlənilir. Bazarlar bankın ilin sonuna qədər bir dəfə faiz artıra biləcəyini qiymətləndirir. Eyni zamanda, dolların yen qarşısında 40 ilin ən yüksək səviyyələrinə yaxın olması Yaponiya hökumətinin qərarlarını çətinləşdirir.

Analitiklər bildirirlər ki, bu həftə qlobal mərkəzi bankların qərarları ilə yanaşı, onların açıqlamalarında istifadə edəcəkləri ifadələr bazarların istiqamətinə ciddi təsir göstərə bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://banco.az
archiveBu xəbər 28 İyul 2026 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri