Icma.az
close
up
RU
ABŞ İran müharibəsi an məsələsi: Dialoq bitdi, raketlər danışacaq

ABŞ İran müharibəsi an məsələsi: Dialoq bitdi, raketlər danışacaq

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ və İran arasında gərginliyin davam etməsi, tərəflərin prinsipial güzəştə getməməsi və dialoqu real prioritetə çevirməməsi Yaxın Şərqdə hərbi toqquşma riskini sürətlə artırır. Rəsmi Vaşinqton və Tehran vaxtaşırı danışıqlara açıq olduqlarını bəyan etsələr də, verilən mesajlar böhranın yumşaldılması üçün yetərli hesab edilmir. Mövcud dinamika göstərir ki, proseslər artıq siyasi ritorika mərhələsini geridə qoyub və açıq hərbi hazırlıq fazasına daxil olub.

ABŞ Prezidenti Donald Trampın Tehranla danışıqlara “qapını tam bağlamadığı” barədə mesajları, eləcə də İran Prezidenti Məsud Pezeşkianın Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla telefon danışığında səsləndirdiyi fikirlər gərginliyi azaltmağa kifayət etmir.

Pezeşkian deyib: “İran həmişə sülhə, əmin-amanlığa və beynəlxalq hüquq çərçivəsində münaqişələrin qarşısının alınmasına aparan istənilən prosesi alqışlayıb və bundan sonra da alqışlayacaq.”

Lakin diplomatik ritorika real siyasətdə hərbi planlaşdırmanı əvəz etmir.

Ağ Ev nə istəyir- açıq və gizli şərtlər

Rəsmi şəkildə bəlli olan tələblər sırasında İranın nüvə proqramının məhdudlaşdırılması, regionda ABŞ-ın “yenidən dizayn” strategiyasına mane olan proksi qüvvələrdən imtina və rejimin davranış modelinin dəyişdirilməsi yer alır. Bununla yanaşı, ictimaiyyətə açıqlanmayan, lakin danışıqların əsas düyün nöqtəsini təşkil edən əlavə şərtlərin mövcudluğu da istisna edilmir.
Məsələ ondadır ki, bu tələblər Tehran üçün strateji təhlükəsizlik xəttinin keçildiyi nöqtə kimi qiymətləndirilir. Nəticədə dialoq deyil, qarşılıqlı çəkindirmə mexanizmi işə düşür.

ABŞ bölgədə hərbi mövqelərini möhkəmləndirir

“The Economist” nəşrinin yazdığına görə, ABŞ artıq potensial münaqişə ssenarisinə uyğun olaraq Yaxın Şərqdəki hərbi mövcudluğunu ciddi şəkildə gücləndirib. Bölgəyə “Patriot” və THAAD hava hücumundan müdafiə sistemləri, təyyarədaşıyan gəmi qrupları, qırıcılar, tanker təyyarələri və logistika mərkəzləri yerləşdirilib.

Nəşr qeyd edir: “Təyyarədaşıyan gəmi, qırıcılar, Patriot və THAAD sistemləri, tanker təyyarələri və logistika artıq mövqelərini tutub. ABŞ-ın bölgədəki qüvvə strukturu sürətlə dəyişir”.
Son günlərdə ABŞ hərbi nəqliyyat təyyarələrinin Küveyt və Səudiyyə Ərəbistanındakı bazalara intensiv uçuşları da bu hazırlığın tərkib hissəsidir.

ABŞ Hərbi Hava Qüvvələrinin Mərkəzi Komandanlığı (AFCENT) uzunmüddətli hava təlimlərinə başladığını açıqlayıb. AFCENT komandanı Derek Frans bildirib ki, şəxsi heyətimiz çətin şəraitdə tərəfdaşlarla birlikdə təhlükəsiz və dəqiq əməliyyatlar aparmaq qabiliyyətini nümayiş etdirir: “Bu, döyüşə hazırlıq vəziyyətində olmağa xidmət edir”.

Tehran da cavabsız qalmır: Hörmüz boğazı risk zonasına çevrilir

ABŞ-ın hərbi fəallığına cavab olaraq İran Hörmüz boğazı ətrafında genişmiqyaslı hərbi təlimlərə başlayacağını elan edib. Tehran   Hörmüz boğazında 27–29 yanvar tarixlərində 5 dəniz mili radiusunda hava məkanı təhlükəli zona elan edilib.

Eyni zamanda İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanlığı açıq hədələr səsləndirib. 

Komandan Məhəmməd Əkbərzadə bildirib ki, qonşu ölkələr bizim dostumuzdur: “Amma onların əraziləri və ya hava məkanı İrana qarşı istifadə olunarsa, onlar düşmən hesab ediləcək”.
Bu bəyanat faktiki olaraq münaqişənin regional miqyas ala biləcəyinə dair açıq xəbərdarlıqdır. Proseslərin gedişi onu göstərir ki, müharibə  və ya hərbi qarşıdurmanın başlanması zaman məsələsidir.

Hədəfli zərbələr, yoxsa genişmiqyaslı müharibə?

Tramp hələlik yekun qərar verməsə də, Ağ Evdə bir neçə ssenarinin müzakirə olunduğu bəllidir. Ən real variant isə quru əməliyyatından yayınmaqla,  venesuela ssenarisinə uyğun olaraq okean və dəniz platformalarından hədəfli zərbələrin endirilməsidir. Qurudan başlanan əməliyyatının keçrilməsi istər-istəməz genişmiqyaslı xarakter alacaq və bu da  İranın iqtisadi cəhətdən uzunmüddətli müharibə aparmaq üçün imkanları az olsa da, amma müharibə coğrafiyasının genişlənmə ehtimalı yarada bilər.  Tehran rejimi “cəhənnəmə gedən özünüə yoldaş axtarar” prinsipinə uyğun olaraq ölüm ayağında belə bölgəni xaosa çevirmək üçün ən piss senarilərə əl ata bilər. Tehran rejimi əlindəki bütün hərbi imkanlardan və proksi güclərədn istifadə edə bilər və bu da istisna deyil. Və bu təhlükə var. Məhz ABŞ-ın bölgədəki müttəfiqlərini də narahat edən məsələ budur. 

Tehran açıq şəkildə xəbərdarlıq edir ki, mümkün ABŞ hücumu “ümumi müharibə” kimi qiymətləndiriləcək və cavab preventiv raket zərbələrini də əhatə edə bilər.

“Middle East Eye” mənbələrinə görə, ABŞ İranda etirazların yatırılmasına görə məsuliyyət daşıyan yüksək rütbəli rəsmiləri və hərbi komandirləri hədəfə ala bilər.

Proksi qüvvələr və dini faktor

Gərginliyin ən təhlükəli aspektlərindən biri proksi qüvvələrin aktivləşməsi və dini faktorun açıq şəkildə dövriyyəyə daxil edilməsidir. Livandakı Hizbullah münaqişəyə hazır olduğunu bəyan edib. Livanın Ali İslam Şiə Şurasının sədr müavini Şeyx Əli əl-Xətib bildirib:

“Əgər İmam Xameneiyə ən kiçik bir zərər dəyərsə, bu, dünyadakı bütün şiələrə müharibə elan etmək deməkdir”.

Bu ritorika münaqişəni klassik dövlətlərarası savaşdan çıxarıb ideoloji-dini qarşıdurma müstəvisinə keçirə bilər.

Bu yolla ABŞ həm də bölgədki müttəfiqlərinə gözlənilən təhdidlərdən və təhlükələrdən xilas edə bilər.

Qərar Trampındır, risk hamının

Mövcud mənzərə göstərir ki, bölgə ya məhdud, hədəfli hərbi əməliyyatlara, ya da nəzarətdən

çıxma riski olan geniş regional qarşıdurmaya sürüklənir. Quru əməliyyatı ehtimalı aşağı qiymətləndirilsə də, hava və dənizdən zərbələr real ssenari kimi masadadır.

Bu mərhələdə hər şey Donald Trampın verəcəyi qərardan asılıdır. Lakin istənilən seçim Yaxın Şərqdə təhlükəsizlik arxitekturasını kökündən dəyişə, bölgəni yeni və daha dağıdıcı qarşıdurmaya sürükləyə bilər.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Yanvar 2026 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri