Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

ABŞ İran müharibəsi bu tarixdə BAŞA ÇATACAQ KONKRET

ABŞ İran müharibəsi bu tarixdə BAŞA ÇATACAQ KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-da Donald Tramp administrasiyasının İranla bağlı mümkün hərbi planları ətrafında səsləndirilən iddialar beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Regionda artan gərginlik, xüsusilə İran və israil arasında qarşıdurma ehtimalı fonunda bu cür ssenarilər daha ciddi müzakirə olunur. Lakin mürəkkəb geosiyasi reallıqlar və tərəflərin sərt mövqeyi fonunda hərbi əməliyyatların qısa müddətdə yekunlaşması məsələsi sual doğurur: mayın 10-na qədər müharibənin başa çatdırılması nə dərəcədə realdır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, müharibənin nə zaman başa çatacağını dəqiq proqnozlaşdırmaq hazırda mümkün deyil.

Onun sözlərinə görə, ABŞ-ın qısa müddətdə hərbi əməliyyatları dayandırmaq istəyi ola bilər, lakin proses yalnız Vaşinqtonun iradəsindən asılı deyil:

“Burada əsas məsələ İran və İsrail arasında mümkün razılaşmadır. Nəzərə almaq lazımdır ki, İran indiyədək danışıqlarda iştirak etmək istəmədiyini dəfələrlə bəyan edib. ABŞ isə çalışır ki, İran daxilində strateji obyektlərə zərbələr endirməklə və mühüm fiqurları sıradan çıxarmaqla Tehranın danışıqlara məcbur olmasına nail olsun.”

Ekspert qeyd edir ki, prosesdə İsrail amili də həlledici rol oynayır. Onun fikrincə, İsraildə hakim olan sərt mövqeli koalisiya hökumətə ciddi təzyiqlər göstərir və bu da müharibənin tezliklə dayandırılması ehtimalını azaldır:

“İsraildə milliyətçi və dini yönümlü qüvvələr müharibənin davam etdirilməsində maraqlıdır. Onlar ABŞ-ın dəstəyini qorumağa və İran üzərində maksimal təzyiq siyasətini davam etdirməyə çalışırlar.
Paralel olaraq Qəzza zolağında vəziyyət və Hizbullah kimi proksi qüvvələrə İranın dəstəyi məsələsi də gərginliyi daha da artırır. Bu isə tərəflər arasında kompromis əldə olunmasını çətinləşdirir”.

Zeynal Əmrəliyevin fikrincə, bütün bu amillər fonunda hərbi əməliyyatların konkret tarixə qədər başa çatdırılması real görünmür:

“İran bu şərtlərlə razılaşa bilməz. Ona görə də müharibə uzunmüddətli xarakter ala bilər. Müəyyən razılaşmalar istisna olmasa da, prosesin nə zaman yekunlaşacağına dair dəqiq zaman çərçivəsi göstərmək mümkün deyil”.

Beləliklə, ekspertlin qiymətləndirməsinə görə, regionda maraqların toqquşması və tərəflərin sərt mövqeyi səbəbindən qısa müddətdə sülhün əldə olunması və hərbi əməliyyatların dayandırılması ehtimalı olduqca aşağı olaraq qalır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://konkret.az
archiveBu xəbər 31 Mart 2026 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see725

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see689

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see688

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see519

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see500

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see487

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see484

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see417

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see369

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see360

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see359

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see352

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see348

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see341

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see340

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see336

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see332

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see330

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see321

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see310
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri