Icma.az
close
up
RU
Dağlıq sərhədlər, məhdud resurslar KONKRET

Dağlıq sərhədlər, məhdud resurslar KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Baku TV-nin “Hərbi xronika” verilişinin budəfəki buraxılışında Tacikistan ordusunun hərbi potensialı, silahlanma vəziyyəti və Azərbaycanın pilotsuz uçuş aparatlarından istifadə təcrübəsinə artan marağı təhlil olunub.

Bildirilib ki, təxminən 10.8 milyon əhalisi olan Tacikistanın hərbi imkanları məhduddur. Sovet İttifaqının dağılmasından sonra vətəndaş müharibəsi şəraitində formalaşan ölkə ordusunun silahlanmasında sovet istehsalı tanklar, artilleriya sistemləri və hərbi texnika əsas yer tutur.

Müasir qırıcı aviasiyanın olmaması və məhdud maliyyə imkanları isə ölkənin müdafiə potensialına təsir göstərir. Qeyd olunub ki, Tacikistanın hərbi müasirləşmə cəhdlərində pilotsuz uçuş aparatları xüsusi əhəmiyyət daşıyır. İranla “Ababil-2” PUA-larının istehsalı istiqamətində əməkdaşlıq cəhdləri, Çindən alınan müşahidə dronları və 2026-cı ilin oktyabrında ABŞ tərəfindən Tacikistan Milli Qvardiyasına 6 pilotsuz aviasiya vasitəsinin verilməsi bu marağın göstəriciləridir.

Vurğulanıb ki, Tacikistan üçün əsas təhlükəsizlik çağırışlarından biri Əfqanıstanla 1 344 kilometrlik sərhədin qorunmasıdır. Ərazisinin təxminən 93 faizi dağlıq olan ölkədə sərhəd müşahidəsi, kəşfiyyat və çevik müdafiə imkanlarının artırılması xüsusi əhəmiyyət daşıyır. Rusiya ilə hərbi asılılıq davam etsə də, Düşənbə Çin, İran, Türkiyə və digər tərəfdaşlarla əməkdaşlığı genişləndirməyə çalışır.

Əlavə edilib ki, Azərbaycanla son hərbi təmaslarda PUA bölmələrinin fəaliyyəti, dron operatorlarının hazırlanması və pilotsuz sistemlərdən istifadə təcrübəsinin mübadiləsi müzakirə olunub. Bu əməkdaşlıq hələlik konkret silah tədarükü və ya yeni hərbi müqavilə demək olmasa da, Azərbaycanın Vətən müharibəsində və sonrakı əməliyyatlarda qazandığı təcrübənin Mərkəzi Asiya ölkələrinin də diqqətini cəlb etdiyini göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 Noyabr 2026 23:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see363

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see335

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see311

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see306

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see304

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see292

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see286

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see281

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see279

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see257

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see235

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see229

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see226

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see225

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see225

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see223

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see208

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see207

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see205

Azərbaycan Sarayevoda ənənəvi Diplomatik Qış Bazarı xeyriyyə yarmarkasında təmsil olunub

22 Noyabr 2026 00:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri