Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

“Həkim məsləhəti” rubrikamızda

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

ABŞ İran münaqişəsində yeni mərhələ...

ABŞ İran münaqişəsində yeni mərhələ...

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. ABŞ və İran ordusu bir-birinə qarşı hücumları davam etdirir. Ötən həftə Prezident Donald Tramp ABŞ ilə İran arasındakı münaqişənin noyabr ayında keçiriləcək aralıq seçkilərdən dərhal sonra başa çatacağını bildirib. O, həmçinin seçkilərdən əvvəl razılaşmanın əldə olunmasının mümkünlüyünü də istisna etməyib.

İkinci mərhələnin məqsədi...

Vitse-prezident Cey. Di. Vens isə ABŞ ilə İran arasında münaqişənin yaxın aylarda tamamilə yeni mərhələyə keçəcəyini bildirib. O, “The New York Post” qəzetinə müsahibəsində “Gələcəyi proqnozlaşdıra bilmərik, lakin hesab edirəm ki, prezident vəziyyətin bir neçə aydan sonra tamamilə fərqli mərhələyə keçəcəyini deyərkən haqlıdır” deyə qeyd edib. Onun sözlərinə görə, münaqişənin inkişafını iki mərhələyə bölmək olar və birinci mərhələ başa çatıb. Belə ki, birinci mərhələ İranın nüvə proqramının və adi silahlı qüvvələrinin məhv edilməsini, həmçinin ölkənin bir neçə il əvvəl malik olduğu güc proyeksiyası imkanlarının aradan qaldırılmasını əhatə edib.

Vens deyib ki, ikinci mərhələnin əsas məqsədi “qlobal sabitliyi mümkün qədər qorumaq” və İranın yenidən güclənməsinə imkan verməməkdən ibarətdir. Vitse-prezident vurğulayıb ki, ABŞ-ın Ali Baş Komandanı kimi yalnız prezident Donald Tramp münaqişələrin nə vaxt başlayıb, nə vaxt başa çatacağını müəyyənləşdirir. Vens həmçinin bildirib ki, hazırda ABŞ “aqressiv əməliyyatlarda iştirak etmir”.

ABŞ-ın maliyyə naziri Skott Bessent isə Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsində keçirilən dinləmədə deyib ki, ölkə iqtisadiyyatının gücü Vaşinqtona İran İslam Respublikasına və onu dəstəkləyənlərə qarşı genişmiqyaslı iqtisadi təcrid kampaniyası aparmağa imkan verir: “Prezident Tramp özündən əvvəlki administrasiyaların uzun müddət təxirə saldığı addımları atıb. Onun rəhbərliyi altında Amerika artıq İran təhlükəsini idarə etməklə kifayətlənmir, bu təhlükəyə son qoyur”. Onun sözlərinə görə, ABŞ iqtisadiyyatının yenidən güclənməsi ölkənin rəqiblərinə qarşı güc mövqeyindən fəaliyyət imkanlarını artırır.

Nümayəndələr Palatası hərbi əməliyyatların dayandırılmasını tələb edib

Nəzərə alaq ki, ABŞ-ın İranla 6 aydan çoxdur davam edən müharibəyə çəkdiyi hərbi xərclər azı 42 milyard dollara çatıb. Pentaqonun avqust ayında Konqresin müdafiə komitələrinə təqdim etdiyi məlumata görə, yeni göstərici əvvəlki hesablamadan 4,5 milyard dollar çoxdur. Qeyd edək ki, Ağ Ev iyun ayında Konqresdən 87,6 milyard dollarlıq əlavə maliyyələşdirmə istəyib. Bunun 67,1 milyard dollarının əsasən Yaxın Şərqdəki hərbi əməliyyatların təmin edilməsinə yönəldilməsi nəzərdə tutulur. Pentaqonun iyunun 29-na olan hesabatında əməliyyatların dəyəri 33,4 milyard dollar göstərilmişdi.

Lakin bütün bunların fonunda ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edən qətnamə qəbul edib. Qanunverici orqanın aşağı palatasında keçirilən səsvermə C-SPAN telekanalı tərəfindən yayımlanıb. Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasının 220 üzvü qətnamənin lehinə səs verib. 204 qanunverici isə əleyhinə çıxıb. Beləliklə, qətnamə qəbul edilib.

Qətnamənin hüquqi qüvvəsi yoxdur və tövsiyə xarakteri daşıyır. Belə sənədlərlə qanunvericilər öz mövqelərini ifadə edirlər. Lakin ABŞ-ın icra hakimiyyəti belə qətnamələri nəzərə almamaq hüququna malikdir. ABŞ Konstitusiyası müharibə elan etmək səlahiyyətini Prezidentə deyil, Konqresə verir. Bununla belə, son onilliklərdə ABŞ prezidentləri qanunvericilər tərəfindən xaricdə hərbi gücdən istifadəyə verilən icazələri geniş şəkildə şərh edib və bu icazələrdən faktiki olaraq yeni hərbi əməliyyatlara başlamaq üçün də istifadə ediblər.

Əslində, ABŞ-da bu müharibənin əleyhinə olanların sayının artması anlaşılandır. Çünki mövcud münaqişə qlobal iqtisadiyyata çox ciddi təsir etməkdədir. Xüsusilə, son günlər dünya bazarında neftin qiyməti əhəmiyyətli dərəcədə yüksəlib. Belə ki, neftin bir bareli 100 dollardan baha satılır. Hörmüz boğazının blokadada qalması və regiondakı digər keçidlərin təhlükəli olması səbəbindən risklər qalmaqdadır. Digər tərəfdən, ABŞ Ordusunun Mərkəzi Komandanlığı İrana qarşı tətbiq olunan dəniz blokadası çərçivəsində sentyabrın 15-dək 103 kommersiya gəmisinin istiqamətinin dəyişdirildiyini də açıqlayıb.

Almaniyada gizli görüş...

Belə bir şəraitdə, ABŞ, İsrail və bir sıra ərəb ölkələrinin yüksəkrütbəli hərbi rəhbərləri İranla müharibəni və regiondakı gərginliyi müzakirə etmək üçün ötən həftə Almaniyada görüşüblər. Bu barədə “Axios” İsrailin iki rəsmisinə istinadla məlumat yayıb. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuperin təşkil etdiyi qapalı görüşdə İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Qətər, İordaniya və Misirin baş qərargah rəisləri iştirak ediblər. Məlumata görə, admiral Bred Kuper İranın ABŞ bazalarına hücumlarına baxmayaraq, Amerika qüvvələrinin regiondan çıxarılmayacağını bildirib. O, həmçinin Hörmüz boğazında gəmi hərəkətinin genişləndirilməsi ilə bağlı ABŞ-ın planı barədə iştirakçılara məlumat verib.

CENTCOM görüşün keçirildiyini təsdiqləyərək Almaniyada planlaşdırılmış konfrans çərçivəsində səkkiz ölkənin yüksəksəviyyəli hərbi rəhbərlərinin bir araya gəldiyini və Yaxın Şərqdə təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi imkanlarını müzakirə etdiklərini açıqlayıb.

N.BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Sentyabr 2026 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see536

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see271

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see248

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see240

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see232

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see229

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see229

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see220

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see214

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see213

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see210

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see209

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see206

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see206

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see205

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see195

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see188

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see186

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see183

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri