Fransada iğtişaşlar səngimir: Saxlanılanların sayı açıqlandı
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Fransada oktyabrın 31-də baş verən iğtişaşlar zamanı təxminən 80 nəfər xəsarət alıb.
Moderator.az "Le Figaro" qəzetinə istinadən xəbər verir ki, bu barədə Fransa Mülki Müdafiə Xidməti məlumat yayıb.
Məlumata görə, xəsarət alanlardan 18-i təhlükəsizlik qüvvələrinin əməkdaşı, 60-ı isə etirazçıdır. Etiraz aksiyalarının dörd iştirakçısının vəziyyəti ağırdır.
Qəzetin yazdığına görə, iğtişaşlar zamanı 20 ticarət obyektinə ziyan dəyib. Bu göstərici əvvəlki həftələrdə keçirilən etiraz aksiyaları zamanı qeydə alınan göstəricilərlə müqayisədə xeyli aşağıdır.
Qeyd edək ki, oktyabrın 31-də Fransada ardıcıl üçüncü şənbə günü ümummilli etiraz aksiyaları keçirilib. Daxili İşlər Nazirliyinin məlumatına əsasən, ölkə üzrə aksiyalarda 320 min nəfər, o cümlədən Parisdə 70 min nəfər iştirak edib.
Aksiya təşkilatçıları isə etirazçıların sayının Fransa üzrə təxminən 500 min, Parisdə isə 200 min nəfər olduğunu iddia edirlər. Ümumilikdə, aksiyalar zamanı 565 nəfər saxlanılıb.
(oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 01 Noyabr 2026 21:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















