Icma.az
close
up
RU
ABŞ İran: Romadan ümidli mesajlar gəlir

ABŞ İran: Romadan ümidli mesajlar gəlir

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vaşinqton–Tehran danışıqlarında irəliləyişin Azərbaycan üçün önəmi

ABŞ və İran rəsmiləri arasında Romada davam edən danışıqlarda müəyyən yumşalmalar müşahidə olunur. Bu da təbiidir. Həm bölgədə, həm də dünyada cərəyan edən hadisələrin xarakteri “böyük güclər”i xarici siyasət prioritetlərinə – dünənki müttəfiqləri kimi, opponentləri ilə münasibətlərə yenidən baxmağa sövq edir.

“Daimi dost yoxdur, daimi maraqlar var” prinsipindən çıxış edən ABŞ-da hakimiyyət dəyişikliyinin Vaşinqtonun Yaxın Şərqə yönəlik siyasətində müəyyən korrektələr edəcəyinə səbəb olacağını proqnozlaşdıran ekspertlər yanılmadılar. Artıq respublikaçı Donald Tramp Administrasiyası ilə islahatçı Məsud Pezeşkianın komandası arasında birbaşa təmaslar baş tutub. Cari il aprelin əvvəllərində Oman və Qətərin vasitəçiliyi ilə “gizli təmaslar”la start götürən ikitərəfli danışıqlar artıq açıq müstəvidə, həm də Avropada davam etdirilir. Roma bu siyasi dəyişikliyə evsahibliyi edən şəhərdir. Ekspertlər danışıqlarda Vaşinqton üçün əsas məqsədin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq, Tehran üçün isə sanksiyaların yumşaldılması olduğunu bildirirlər.

Qərb mediası Omanın Romadakı diplomatik nümayəndəliyində İran və ABŞ nümayəndələri arasında aparılan danışıqların beşinci raundunun müəyyən irəliləyişlə başa çatdığı barədə xəbər verir. Bunu İran nümayəndə heyətinin başçısı, Xarici işlər naziri Abbas Əraqçi də təsdiqləyib. ABŞ nümayəndə heyətinə Prezidentin xüsusi nümayəndəsi Stiven Vitkoff başçılıq edir. Heyətə, həmçinin Dövlət Departamentinin siyasət planlaması üzrə şöbəsinin direktoru Maykl Anton, İran tərəfdən isə xarici işlər nazirinin müavinləri Məcid Təxt-Rəvançi və Kazem Qəribabadi, eləcə də XİN-in mətbuat katibi İsmail Beqayi daxildir.

A.Əraqçinin sözlərinə görə, yaxın günlərdə müzakirə olunan məsələlərə aydınlıq gətirmək mümkün olacaq: “Uzunmüddətli razılığa nail olmaq kimi ümumi məqsədə doğru irəliləyə biləcəyimizə ümid edirəm. Deyə bilərəm ki, bu, indiyə qədər apardığımız danışıqların ən peşəkar raundlarından biri idi. Biz bir daha İranın danışıqlarla bağlı mövqeyini və prinsiplərini açıqladıq. Bizim yanaşmalarımız çox aydındır və biz onlara sadiqik. Hesab edirəm ki, indi ABŞ nümayəndələri bizim mövqelərimizi daha yaxşı və aydın başa düşürlər. Omanın hörmətli Xarici işlər naziri cənab Boussaidi bu raundda mövcud maneələri aradan qaldırmaq və irəliləmək üçün həll yollarını təqdim etməyə çalışdı”.

* * *

Yayılan məlumatlarda qeyd olunur ki, danışıqlarda tərəflər müxtəlif fikir və arqumentlər səsləndiriblər. Amerikalı rəsmilərin müəyyən ideyalar irəli sürdüklərini bildirən Əraqçi hər iki tərəfin bu ideyaların daha ətraflı şəkildə araşdırılmasına ehtiyac duyduğunu vurğulayıb: “Həmin təklif və ideyalar hazırda hər iki tərəf üçün heç bir öhdəlik yaratmadan paytaxtlara təhvil veriləcək. Bizim əsas məqsədimiz İranın prinsiplərini və mövqelərini qoruyub saxlamaqla, potensial olaraq, irəliləyişə töhfə verə biləcək yeni ideya və təklifləri hərtərəfli araşdırmaqdır. Bu təkliflər və problemlərin həlli yolları ilə bağlı tərəflərin öz fikirlərini bildirməsi, daha sonra danışıqların növbəti mərhələsinin təşkil edilərək keçirilməsi planlaşdırılır. İnşallah, növbəti mərhələdə ölkələrin ali rəhbərlikləri səviyyəsində bu qərarlara lazımi diqqət yetirilsə, müəyyən irəliləyiş əldə edə bilərik”.

Göründüyü kimi, Roma danışıqlarının pozitiv məcraya yönəldiyinə dəlalət edən mesajlar verilir. Amma müzakirə olunan mövzuların ağırlığı və kompromisin əldə edilməsinin çətinliyi də diqqətdən yayınmamalıdır. İllərlə yığılıb qalmış problemlərin bir neçə ayın içində həll olunacağını gözləmək sadəlövhlük olar. Amma tərəflərin doğru yolda olmasının özü artıq irəliləyiş sayılmalıdır.

İran XİN-in rəhbərinin jurnalistlərə verdiyi açıqlamasında pozitiv notlar aşkar hiss olunur: “Ümid edirəm ki, növbəti bir-iki raundda İranın mövqeyinin daha yaxşı başa düşülməsini nəzərə alaraq, biz danışıqlarda irəliləməyə imkan verəcək qərarlara gələ biləcəyik. Doğrudur, biz hələlik o mərhələyə çatmamışıq, amma bu da ümidsiz deyil. Fikrimcə, bu gün xüsusilə baş vermiş müzakirələri və Omanın maneələri aradan qaldırmaq üçün təklif etdiyi həll yollarını nəzərə alsaq, danışıqlarda irəliləyiş ehtimalı böyükdür”.

* * *

Vaşinqtonla Tehran arasında Romada baş tutan danışıqlara Moskva da reaksiya verib. ABŞ və İran arasında, o cümlədən Fars körfəzi dövlətlərinin vasitəçiliyi ilə təmaslardan xəbərdar olduqlarını deyən Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkovun sözlərinə görə, nüvə sazişi üzrə razılıq əldə edilərsə Moskva bunu müsbət hal hesab edəcək. Ryabkov qeyd edib ki, İran Vyanada nüvə sazişi üzrə danışıqların bərpasına hazırdır və Rusiya ilə Çin də “bu qərarın lehinədir”.

ABŞ və İran hələ iki il bundan əvvəl, avqustun ortalarında vasitəçilərlə dialoqa başlayıb. Bunun ilkin müsbət nəticəsi məhbusların mübadiləsi və Cənubi Koreya banklarında dondurulmuş İran aktivlərinin azad edilməsi barədə qərar olub.

Sonda onu da qeyd edək ki, bugünədək Vaşinqton və Tehran İranın nüvə proqramı ətrafında fikir ayrılığının nizamlanmasına dair Omanın vasitəçiliyi ilə 4 danışıq keçirib. Bunlardan birincisi cari il aprelin 12-də Omanın paytaxtı Maskatda, ikincisi aprelin 19-da Romada, üçüncü və dördüncü isə aprelin 26-da və mayın 11-də yenidən Maskatda baş tutub.

Fərhad MƏMMƏDOV,
siyasi icmalçı

– ABŞ–İran danışıqları, əsasən, üç mövzu ətrafında aparılır. Birinici mövzu Vaşinqtonu narahat edən İranın nüvə proqramıdır. İkincisi uranın zənginləşdirilməsi və nüvə silahının daşıyıcısı olan ballistik raket sistemləridir. Sonuncu məsələ rəsmi Tehranın yürütdüyü regional siyasət, başqa ölkələrin daxili işlərinə qarışması və radikal qüvvələrin dəstəklənməsidir. Bu üç istiqamətin hər bir üzrə İranın mövqeyi fərqlidir. Birinci mövzu ilə bağlı Donald Tramp Administrasiyası bildirir ki, nüvə proqramı, ümumiyyətlə, sıfırlansın. İran buna cavab olaraq “sülh nüvə proqramı”nı irəli sürür. Bu tezis bir neçə il əvvəl imzalanmış ilkin anlaşma protokolunda da öz əksini tapıb. Orada uranın zənginləşdirilməsi prosesinin beynəlxalq nəzarətə verilməsi təklif olunur. Raket sistemləri ilə bağlı rəsmi Tehran hər hansı məhdudiyyəti qəbul etməyəcəyini bildirib. Üçüncü isə əvvəlkilərdən bir qədər rahat mövzudur. Ona görə ki, regionda geosiyasi reallıq dəyişib. Fakt ondan ibarətdir ki, ABŞ və İsrail hərbi gücdən istifadə edərək, İranpərəst qüvvələrin infrastrukturunu bir çox yerlərdə dağıdıb. Buraya Qəzzadan savayı, Suriya və Livan da daxildir. Vaşinqton artıq husilərlə, hətta HƏMAS-la birbaşa danışıqlar aparır. İran meyilli qüvvələrin fəaliyyətini lokallaşdırmaqdan ötrü İraqda da müəyyən hərəkətlər həyata keçirilir.

Yəni bu coğrafiyada İranın nüfuz dairəsi daralmaqdadır. Bu səbəbdən danışıqlar prosesində ən asan mövzu sayıla bilər. Müzakirələrin ağırlıq yükü ilk iki mövzu üzərinə düşür. Hesab edirik ki, Tramp Administrasiyası həmin mövzularda müəyyən kompromisə getməyə meyillidir. Beynəlxalq nəzarətin gücləndirilməsi, onun institutlaşdırılması və sair. Əslində, hazırda Prezident Pezeşkianın rəhbərliyi altında olan praqmatik qrup Vaşinqtonun müəyyən güzəştlərə gedəcəyinə ümidlidir.

Roma danışıqlarının Azərbaycana təsiri məsələsinə gəldikdə, deməliyik ki, İranın mövqelərinin regional formatda zəifləməsi hakimiyyətdəki radikal qrupların nüfuzuna ciddi xələl yetirib. Təbii olaraq, praqmatik qrupun mövqeyi güclənib. Bu qrup ümumi pozitiv proyeksiyadan Azərbaycana münasibətdə də istifadə edir. Bunu ikitərəfli münasibətlərin intensivləşməsində aydın görürük. Bakı həmin praqmatik qrupla münasibətləri genişləndirməyə və dərinləşdirməyə çalışır. Aydın görünən odur ki, İran–ABŞ danışıqları uğurlu nəticəyə çatsa, bu, Bakı–Tehran münasibətlərinə də müsbət təsir göstərəcək.

İ.HƏSƏNQALA
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 May 2025 23:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gərilən yay Məryəm Bağırova yazır

01 İyun 2026 15:01see1075

Tramp yenidən hərbi əməliyyatlara başlamaq istəmir

01 İyun 2026 08:02see319

Yatmazdan əvvəl bunu yeyənlər sürətlə arıqlayır

01 İyun 2026 01:01see246

Elm və Təhsil Nazirliyinin 20 illik səhvi KONKRET

01 İyun 2026 16:18see229

“Əl ağacı, yoxsa vətəndaş?” Pərvanə Bayramqızı yazır

01 İyun 2026 09:00see195

Bina çökdü, 11 nəfər öldü

01 İyun 2026 04:17see195

İran Prezident Administrasiyası Pezeşkianın istefa iddialarını təkzib edib

01 İyun 2026 02:57see179

Bütün iPhone lar sınaqdan keçirildi: Ən yaxşı model açıqlandı

01 İyun 2026 02:31see177

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see176

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see168

Qordonun yerinə Liqa 1 dən namizəd

01 İyun 2026 03:17see166

Rusiya ordusu Zaporojyedə dəmir yolunu vurdu: Ölənlər və yaralananlar var FOTO

01 İyun 2026 04:42see161

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see156

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see155

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see155

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see153

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see150

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see149

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see148

Ramanada qayınata gəlini qətlə yetirib

01 İyun 2026 18:39see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri