Icma.az
close
up
RU
Ürəyinizi stressdən belə xilas edə biləriniz ARAŞDIRMA

Ürəyinizi stressdən belə xilas edə biləriniz ARAŞDIRMA

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avstriyanın Qrats Universitetinin alimləri aşkar ediblər ki, sadə bir minnətdarlıq təcrübəsi insanın fiziki rifahına əhəmiyyətli dərəcədə təsir edə bilər. Minnətdarlıq bildirən məktub yazmaq ürəyin stresli vəziyyətlər zamanı özünü tənzimləmə qabiliyyətini yaxşılaşdırır və emosional stressə davamlılığı artırır.

"Ölkə.az" xəbər verir ki, araşdırma "The Journal of Positive Psychology" (JPP) jurnalında dərc olunub.

Minnətdarlıq ənənəvi olaraq psixoloji rifahı artıran müsbət hiss kimi qəbul edilir. Lakin bu emosiyaları fizioloji dəyişikliklərlə bağlayan mexanizmlər az öyrənilmişdi. Alimlər diqqəti avtonom sinir sisteminə və ürək reaksiyalarına cavabdeh olan, orqanizmin gərginlik və sakitlik halları arasında keçidinə kömək edən vagus sinirinə yönəldiblər.

Əsas göstərici kimi ürək ritminin dəyişkənliyi seçilib — bu parametr ürək-damar sisteminin çevikliyini əks etdirir. Dəyişkənlik nə qədər yüksəkdirsə, orqanizm dəyişikliklərə bir o qədər yaxşı uyğunlaşır.

Minnətdarlığın bu proseslərə təsirini yoxlamaq üçün iki eksperiment aparılıb.

Birinci eksperimentdə 76 nəfər iştirak edib. Onların yarısından 15 dəqiqə ərzində minnətdar olduqları şəxsə məktub yazmaları xahiş olunub. Nəzarət qrupundakılar isə evlərindəki mebelləri təsvir ediblər - mosional məzmunu olmayan neytral tapşırıq. Sonra hamı stress testindən keçib: iştirakçılar Robbi Uilliamsın "Angels" mahnısını kamera qarşısında öyrənib ifa etməli olublar. Nəticədə minnətdarlıq qrupunda ürəyin fəaliyyəti fərqli olub. Stress zamanı ürək ritminin dəyişkənliyi kəskin azalıb, bu isə orqanizmin səfərbər olunması üçün düzgün “tormozun götürülməsi” deməkdir. İmtahan bitən kimi göstəricilər sürətlə normaya qayıdıb. Bu U-şəkilli reaksiya ən sağlam sayılır: insan stressə adekvat cavab verir və tez bərpa olunur. Nəzarət qrupunda belə dinamika müşahidə edilməyib.

İkinci eksperimentdə 133 nəfər iki həftə ərzində hər gün minnətdarlıq məşqi edib — yazılı şəkildə və ya düşünərək üç minnətdarlıq səbəbini qeyd ediblər. Nəzarət qrupu isə günün ən çox vaxt aparan üç işini yazıb. İştirakçılar axşamlar nəbzlərini smartfon tətbiqi ilə ölçüblər. İki həftə sonra alimlər görüblər ki, nəzarət qrupunda nəbz tədricən artıb. Minnətdarlıq qrupunda isə göstərici aşağı səviyyədə qalıb, bu da ürək-damar sisteminin daha sakit vəziyyətdə olduğunu göstərir.

Maraqlıdır ki, iştirakçılar özlərində minnətdarlıq və ya xoşbəxtlik hissinin artdığını bildirməyiblər. Psixoloji sorğular emosional dəyişiklikləri aşkar etməyib. Bu, fizioloji təsirin şüurlu əhvaldan asılı olmadan yarana biləcəyini göstərir — ola bilsin ki, diqqətin minnətdarlığa yönəldilməsi beynin tənzimləyici mexanizmlərini işə salır.

Alimlər bu prosesdə beynin hansı sahələrinin iştirak etdiyini öyrənməyi planlaşdırırlar. Xüsusi diqqət prefrontal korteksə yönəlib. Bu sahə həm emosiyaları tənzimləyir, həm də ürəyin fəaliyyətinə təsir göstərir. Tədqiqatçılara görə, bu neyron mexanizmlərin anlaşılması sadə minnətdarlıq hissinin orqanizm sağlamlığına necə təsir etdiyini izah etməyə yaxınlaşdıra bilər.(Publika.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 Noyabr 2025 05:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri