Icma.az
close
up
RU
Rasionallaşdırma düzgün aparılmasa, ucqar kəndlər təhsilsiz qalacaq EKSPERT

Rasionallaşdırma düzgün aparılmasa, ucqar kəndlər təhsilsiz qalacaq EKSPERT

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Azərbaycanda məktəblər bağlanır, Türkiyədə isə 1 şagird üçün belə açıq saxlanır 

 Türkiyənin Ağrı bölgəsi, Hamur əyalətinin Yoğutçu kəndindəki məktəbdə cəmi 1 müəllim, bir nəfər də şagird var. İbtidai sinif (ana okul) müəllimi 25 yaşlı Sedanur Açış yeganə şagird - 9 yaşlı Nevin Küsmüyə dərs demək, Nevin də dərs almaq üçün hər gün məktəbə gəlirlər. Bu ərazi qışın ən sərt keçdiyi yerdir. Kəndin sakinləri də az saydadır. Müəllim deyib ki, 3 il əvvəl məktəbdə 6 şagird vardı. İndi cəmi biri qalıb. Amma məktəb də qalır, dərslər də keçilir. Maraqlıdır, Türkiyə Egitim Bakanlığının (Təhsil Nazirliyinin – M.R.) komplektləşdirmə, optimallaşdırma, rasionallaşdırma prosesi aparmaq niyə ağlına gəlmir, dövlətin pulunu niyə “boşuna” xərcləyirlər? Bizim elm və təhsil naziri Emin Əmrullayev isə bu prosesi çox bəyənir. Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin ötən iclaslarının birində nazir qeyd etmişdi ki, orta məktəblərdə ixtisarlar yəqin ki, davam edəcək: “Bunu ixtisar yox, səmərəlilik adlandırardım. Çünki biz düşünürük ki, 5 şagirdi olan məktəbdə keyfiyyətli təhsil mümkün deyil. Bir sinfin dövlət büdcəsi üçün xərc nisbəti 20-25 min manat arasında dəyişir. O uşaqları başqa bir məktəbdə tədrisə cəlb edə bilərik”.

Təhsil problemləri üzrə mütəxəssis Kamran Əsədov Sherg.az-a açıqlamasında məsələyə aydınlıq gətirdi:

- İlk növbədə qeyd edim ki, Türkiyədə kənd məktəblərinin 1 şagird üçün belə açıq saxlanması dövlətin təhsil siyasətini sosial məsuliyyət modeli üzərində qurmasının nəticəsidir, Azərbaycanda isə uzun illər rasionallaşdırma yanaşması dominant olub və bu iki fərqli strategiya eyni demoqrafik reallıqlarda tamamilə fərqli nəticələr doğurub. Türkiyədə Milli Egitim Bakanlığı kənd məktəblərinin bağlanmasını deyil, əksinə, “Yaşayan Məktəb” statusu ilə qorunmasını prioritet seçib. 2023-cü il statistikalarında ölkədə 12 467 kənd ibtidai məktəbi fəaliyyət göstərib və onlardan 500-dən çoxu 1–3 şagirdlə tədrisi davam etdirib. Bu, dövlətin kəndin boşalmasının qarşısını almaq, uşağın məktəbə deyil, məktəbin uşağa yaxın olması prinsipini qorumaq qərarından doğur. Bu modelin hüquqi əsası Türkiyənin “İlkögretim Kurumları Yönetmeligi” sənədinin 6-cı maddəsində qeyd olunur: “Ögrencinin egitim hakkı coğrafi koşullardan asılı olmayaraq devlet tarafından yerinde sağlanır.” Yəni təhsil hüququnun təminatı dövlətin məsafəyə və şagird sayına baxmadan xidmət göstərməsini tələb edir.

K.Əsədov qeyd etdi ki, Azərbaycanın rasionallaşdırma yanaşması isə daha çox struktur və iqtisadi optimallaşdırma üzərində qurulub: 

- 2000–2020-ci illər arasında ölkədə 300-ə yaxın kiçik komplektli məktəb ya yaxın məktəblərlə birləşdirilib, ya da sinif komplektləri azaldılıb. Rəqəmlər göstərir ki, hazırda ölkədə məktəblərin 52 faizində şagird sayı 100-dən azdır, bəzi kəndlərdə ibtidai siniflər 3–7 şagirddən ibarət olur. Bu kontekstdə rasionallaşdırmanın iqtisadi tərəfi aydındır: kiçik məktəblərin saxlanması illik 3-5 milyon manatlıq əlavə istilik, elektrik və kadr xərcinə səbəb olur. Buna görə “Ümumi təhsil haqqında” qanun layihəsinin 15-ci maddəsində məktəblərin optimallaşdırılması “təhsil xərclərinin səmərəliliyinin artırılması və resursların effektiv idarə olunması” kimi əsaslandırılır. Bu yanaşmanın müsbət tərəfi ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyi son illərdə müəllimlərin maaşlarını iki dəfə artırmaq, tam-ştatlı müəllim modelini genişləndirmək və məktəblərdə idarəetməni mərkəzləşdirmək üçün böyük maliyyə yükü üzərinə götürüb. Rasionallaşdırma maliyyə səmərəliliyini artıraraq bu islahatlara resurs yaradır və bu, Nazirliyin rasional və iqtisadi baxımdan məsuliyyətli addımıdır.

Ekspert qeyd etdi ki, sosial tərəf nəzərə alındıqda isə vəziyyət daha fərqli görünür. Azərbaycanın coğrafi xüsusiyyətləri – dağlıq ərazilər, qarlı yollar, qış aylarında keçilməz dağ kəndləri – şagirdlərin başqa məktəbə daşınmasını çətinləşdirir: 

- 2024-cü ilin rəsmi monitorinqinə əsasən, məktəbə 3 km-dən artıq məsafədə yaşayan şagirdlərin 18 faizi qış aylarında davamiyyət problemi yaşayır, bəzi rayonlarda bu göstərici 27 faizə qədər yüksəlir. “Təhsil haqqında” Qanunun 5-ci maddəsində dövlətin “təhsilin əlçatanlığını təmin etməsi” açıq yazılsa da, rasionallaşdırma prosesinin həyata keçirilməsi bu prinsipin praktik tətbiqində çətinliklər yaradıb. Bu xüsusilə ucqar dağ kəndlərində özünü kəskin göstərir. Beləliklə, qanunun məzmununda hüquqi təminat olsa da, infrastruktur və logistik mexanizmlər tam uyğunlaşmayıb.

Dünya təcrübəsi göstərir ki, inkişaf etmiş ölkələrin böyük hissəsi kənd məktəblərini sırf demoqrafik meyarlara görə bağlamır. Finlandiyada 1 şagird üçün belə kənd məktəblərinin maliyyələşdirildiyi hallar var, çünki “coğrafi bərabərlik” təhsil siyasətinin əsas prinsipidir. Norveçdə 2023-cü ildə 45 məktəb 1–5 şagirdlə işləyib və dövlət bunu milli kimliyin və kəndin sosial həyatının qorunması kimi dəyərləndirib. Türkiyə modeli isə daha çox Azərbaycana uyğun gəlir: böyük ərazi, dağılan kənd əhalisi, bərabər təhsil hüququ prinsipinə söykənən “yerində xidmət” yanaşması. Azərbaycanın üstün tərəfi odur ki, Elm və Təhsil Nazirliyi son iki ildə rasionallaşdırmanın yalnız iqtisadi təməl üzərində aparılmasının sosial boşluq yaratdığını görüb və artıq yeni siyasət konturları formalaşdırmaqdadır. “Məktəb avtobusu” pilot layihəsinin başlaması, ucqar kənd müəllimlərinə ayrılan 20 milyon manatlıq sosial paket, yol xərcləri və yaşayış dəstəkləri kimi mexanizmlər göstərir ki, Nazirlik sosial bərabərlik prinsipini gücləndirmək istiqamətində dönüş yaradır. Bu, islahat mədəniyyətində çevik yanaşmanın nümunəsidir və mütləq şəkildə müsbət qiymətləndirilməlidir. Hesab edirəm ki, rasionallaşdırma tamamilə ləğv edilməli deyil, əksinə, sosial məsafə və coğrafi əlçatanlıq meyarları ilə yenidən dizayn edilməlidir. Şagirdin təhsildən qopmasının qarşısını alan modellər tətbiq olunduqca və resurs bölgüsü daha ədalətli mexanizmə çevrildikcə həm Türkiyə modelinin pozitiv elementləri, həm də Azərbaycanın iqtisadi səmərəlilik yanaşması birləşmiş olur. Yaxın illərdə avtobus şəbəkəsinin genişlənməsi, ucqar kənd məktəblərinin sosial status alması və müəllim stimullarının artırılması bu istiqamətdə ciddi dəyişiklik yaradacaq. Elm və Təhsil Nazirliyinin islahatlara adaptiv yanaşması burada əsas üstünlükdür və görülən işlər göstərir ki, siyasət getdikcə daha balanslı modelə çevrilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Noyabr 2025 06:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see307

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see250

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see239

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see193

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see179

Slot: “Məsuliyyət məndədir”

24 Noyabr 2025 09:14see158

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see158

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see145

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see145

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see144

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see141

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see141

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see140

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see136

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see134

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see131

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see130

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri