Icma.az
close
up
RU
ABŞ İran savaşının səssiz qalibi Pekin

ABŞ İran savaşının səssiz qalibi Pekin

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün ən çox verilən sual budur: ABŞ–İsrail–İran savaşının qalibi kimdir? Bu savaşın əsl qalibini yalnız hərbi xəritəyə baxmaqla müəyyənləşdirmək mümkün deyil. Çünki 40 günlük müharibənin ən böyük siyasi-dividenti “yumşaq güc”ü sərt geosiyasi iradə ilə birləşdirən Çin qazandı.

Əgər Ukrayna savaşında Pekin daha çox arxa planda qalırdısa, İran böhranında Çin artıq ön cəbhəyə çıxdı. Bu, təsadüfi deyildi. Pekin üçün İran sadəcə tərəfdaş ölkə yox, enerji təhlükəsizliyi, dollar sisteminə alternativ yuan mexanizmi və Hind okeanı–Yaxın Şərq–Avrasiya strateji xəttinin qırmızı xətti idi. Çin uzun illərdir Tehranla qurduğu enerji və ticarət bağlarını qlobal vizyonunun mühüm dayaqlarından birinə çevirib. 2021-ci ildə imzalanmış 400 milyard dollarlıq uzunmüddətli əməkdaşlıq sazişi də bu xəttin əsas sütunlarından biridir. 

Pekin ilk dəfə qlobal böhranda ön cəbhə rolunda
Bu savaş Çinin qlobal aktor kimi transformasiyasında dönüş nöqtəsi oldu. Pekin artıq sadəcə bəyanat verən güc olmadı. O, diplomatik müstəvidə BMT Təhlükəsizlik Şurasında İranı hədəf alan Hörmüz qətnaməsini Rusiya ilə birlikdə veto qoydu, Pakistan vasitəçiliyini dəstəklədi, Vaşinqtonun da etiraf etdiyi kimi, Tehranın atəşkəsə razılaşmasında həlledici rol oynadı. Məhz bu, Çinin “səssiz nəhəng”dən aktiv böhran memarına keçidini göstərdi.
Əsl savaş ABŞ ilə Çin arasında  idi. Bu qarşıdurmada İran və İsrail prosesin tərkib hissəsi idi.  Daha dərin planda bu, Vaşinqtonun Çinin enerji və ticarət arxitekturasını zərbə altına almaq cəhdi kimi görünür.

İran Çinin ucuz enerji təminatçısı, “Bir Kəmər, Bir Yol” marşrutunun təhlükəsizlik dayağı, yuanla enerji ticarətinin pilot bazası, ABŞ dollar sisteminə alternativ platformasıdır. Bu baxımdan Tehran üzərində təzyiq Pekin üçün birbaşa geoiqtisadi xəbərdarlıq idi.
Yəni proksilər Tehran və Təl-Əviv olsa da, strateji savaş Vaşinqtonla Pekin arasında gedirdi.

Tayvan üçün canlı laboratoriya
Bu savaş Çin üçün yalnız Yaxın Şərq böhranı deyildi. Bu, həm də Tayvan ssenarisi üçün canlı geosiyasi laboratoriya oldu.
Pekin burada ABŞ-ın eskalasiya həddini  müəyyən etdi, enerji marşrutlarının blokada riskini test etdi, qlobal bazar reaksiyasını analiz etdi, diplomatik vasitəçilik gücünü sınaqdan keçirdi, ABŞ müttəfiq şəbəkəsinin davranış modelini öyrəndi . Başqa sözlə, İran savaşı Çinin gələcək Sakit okean strategiyası üçün real təcrübə meydanına çevrildi.

Ən böyük qazanc: nüfuz
Müharibədən sonra ən vacib nəticə budur ki, Çin ilk dəfə qlobal auditoriyaya göstərdi: Pekin yalnız iqtisadi nəhəng deyil, həm də böhranları dayandıra bilən siyasi gücdür.
Vaşinqtonun özü belə Çinin atəşkəsə təsirini etiraf etməklə bu yeni statusu dolayı şəkildə qəbul etmiş oldu. 
40 günlük savaşın sonunda Tehran özünü hərbi dözümlülüyün qalibi kimi təqdim edə, Vaşinqton əməliyyat hədəflərinin yerinə yetirildiyini deyə, İsrail isə təhlükəsizlik üstünlüyünü önə çəkə bilər.
Lakin daha böyük geosiyasi tabloda ən böyük qalib Pekindir.
Çünki Çin bu savaşda enerji maraqlarını qorudu,İran xəttini saxladı, ABŞ-ın strateji fokusunu yayındırdı, öz diplomatik çəkisini artırdı, gələcək Tayvan ssenarisi üçün kritik dərslər topladı. Və ən əsası, Pekin ilk dəfə qlobal güc kimi ilk dəfə öz qırmızı xəttini yalnız iqtisadi deyil, siyasi-diplomatik iradə ilə müdafiə etdi.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Aprel 2026 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hibrid savaş açan xarici qüvvələr də xurafat aşiqlərindən daha asan istifadə edə bilər”

03 Avqust 2026 17:43see390

Goranboyda ata oğlunu bıçaqlayaraq öldürüb

02 Avqust 2026 03:46see346

Rusiya ilin ən iri miqyaslı dron hücumlarına məruz qaldı

02 Avqust 2026 15:32see340

Zelenski: Patriot raketləri mövcuddur, əsas məsələ siyasi qərardır

02 Avqust 2026 05:23see322

Kəpəz in yeni fanklubu olacaq FOTO

02 Avqust 2026 15:23see276

Anar Ələkbərovdan 44 PAYLAŞIMI VİDEO

02 Avqust 2026 22:57see252

5 ay əvvəl anasını itirmişdi... Daçnikdə batan Nizamın FOTOsu

03 Avqust 2026 17:28see222

Hörmüzlə bağlı razılaşma yoxdur

02 Avqust 2026 16:37see204

Sabah Orhus u mübarizədən kənarlaşdırmağı bacarmasa...

03 Avqust 2026 16:36see196

Bu Avropa ölkəsinin vətəndaşlarının 40% dən çoxu milyonçudur... İBRƏTAMİZ

02 Avqust 2026 08:49see190

Beşiktaş və İtalyano serbiyalı ulduzun yolunu gözləyir

02 Avqust 2026 15:28see184

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

03 Avqust 2026 21:56see184

Bu səhvlər dəridə ləkə və erkən qocalmaya səbəb ola bilər

02 Avqust 2026 09:07see180

Tramp İrana genişmiqyaslı zərbə endirməyə yaxındır İsraildən İDDİA

02 Avqust 2026 05:15see175

Regionlarda kredit faizləri niyə yüksəkdir? Ekspert açıqladı

03 Avqust 2026 19:26see175

Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib

03 Avqust 2026 05:18see174

AZAL təyyarədə boş yerlər olduğu halda, cənazə aparan vətəndaşa bilet satmadı FOTOLAR

02 Avqust 2026 11:14see173

Dünyanın ən böyük qəhvə istehsalçıları açıqlandı Siyahı

02 Avqust 2026 18:07see170

İstanbulda inflyasiya iyul ayında sürətlənib

02 Avqust 2026 12:57see162

Donald Tramp özünə məxsus qolf klubunda bir gündə iki çempionluq qazandı VİDEO

03 Avqust 2026 01:25see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri