Gürcüstanda toya gedən iki qardaş güllələnərək öldürüldü
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gürcüstanın Saqareco bələdiyyəsinin azərbaycanlılar yaşayan Ləmbəli kəndində iki qardaş qətlə yetirilib.
“Qafqazinfo” “InterPress.ge”yə istinadən xəbər verir ki, hadisə bir neçə saat əvvəl baş verib.
Yerli sakinlərin sözlərinə görə, üç qardaş qohumlarının toyuna gedərkən kənd sakinlərindən biri onlara pusqu quraraq odlu silahdan atəş açıb. Nəticədə qardaşlardan ikisi hadisə yerində həyatını itirib, üçüncüsü isə qaçaraq xilas ola bilib.
Bildirilib ki, qardaşlar uzun illər Rusiyada yaşayıb və bir müddət əvvəl doğma kəndlərinə qayıdıblar.
Qətlin dəqiq səbəbi hələlik məlum deyil. İlkin ehtimallar arasında qisas və əvvəllər baş vermiş münaqişə də var. Qeyri-rəsmi məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən hadisədən qısa müddət sonra saxlanılıb.
Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Baxış sayı:117
Bu xəbər 05 Noyabr 2026 22:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















