ABŞ İran sərhədindən 1000 kilometr GERİ ÇƏKİLİB
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"İran qüvvələri ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərini ölkə sahillərindən təxminən 1000 kilometr geri çəkilməyə məcbur edib".
"Cebheinfo.az" xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü kontr-admiral Əli Fədəvi bildirib.
Fədəvi kanala verdiyi müsahibədə bildirib: "Amerikalılar qaçıb sərhədlərimizdən 1000 kilometrdən çox geri çəkiliblər. Bu, onların seçimi deyildi, bu, İslam Respublikasının qüdrəti və İİKK quru qüvvələrinin gücü sayəsində baş verib".
O deyb ki, ilk dəfə olaraq Fars körfəzində, Hörmüz boğazında, Oman körfəzində və hətta şimali Hind okeanında bir dənə də olsun Amerika gəmisi qalmayıb. O, həmçinin qeyd edib ki, ABŞ hərbi gəmiləri İİKK-nın raket hücumlarına qarşı 100% həssasdır.
Bu arada, Fədəvinin açıqlaması ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən İran limanlarının davam edən sərt dəniz blokadası fonunda səslənib. Ötən həftə ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) iyul ayından bəri blokadanın ciddi şəkildə həyata keçirilməsini təmin etmək üçün İran limanlarına girməyə və ya çıxmağa çalışan 125 ticarət gəmisini ələ keçirdiyini bildirib.
Xəzər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:104
Bu xəbər 05 Oktyabr 2026 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















