Icma.az
close
up
RU
ABŞ İrana 4 trilyon dollarlıq paket təklif edə bilər

ABŞ İrana 4 trilyon dollarlıq paket təklif edə bilər

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


ABŞ prezidenti Donald Tramp ikinci müddətinin əvvəlində dəfələrlə İranla danışıqlara və razılığa gəlməyə hazır olduğunu bildirib. Lakin ABŞ-nın husilərə hücumları və İrana qarşı təhdidlər Trampın diplomatiyaya sadiqliyinə şübhə yaradır.

Martın 12-də Birləşmiş Ərəb Əmirlikləri prezidentinin müşaviri Ənvər Qarqaş Trampın məktubunu Tehranda İranın Ali dini lideri Ayətullah Xamnəiyə çatdırıb.
Reyting.az xəbər verir ki, bu barədə “Middle East Eye” yazıb.
Təhlilin müəllifi olan iranlı eks-diplomat Hüseyn Musəvian qeyd edir:
İsrail mənbələri məktubun "sərt olduğunu" iddia edib: razılığın əldə edilməməsi halında Tramp nəticələrin ağır olacağı barədə xəbərdarlıq edib və yeni nüvə sazişi üçün Tehrana 2 aylıq möhlət verib.
Tehranın cavabı təkcə nüvə problemini həll etməyəcək, həm də İran-ABŞ münasibətlərinin və regional sabitliyin gələcəyini formalaşdıra bilər.
Danışıqlar üçün şərtlər
Donald Trampın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Vitkoff Trampın məktubunun müsbət və konstruktiv şərhini təklif edib.
Televiziya aparıcısı Taker Karlsonla müsahibəsində o, Trampın İranla “hər şeyi təmizləmək” fürsətindən yararlanmaq və etimad mühiti yaratmaq istədiyini bildirib.
Öz məktubunda Tramp qeyd edib:
"Mən sülhün prezidentiyəm. İstədiyim budur. Bunu (problem-red.) hərbi yolla etməyimiz üçün heç bir səbəb yoxdur. Danışmalıyıq", - deyə yazıb.
Təxminən iyirmi ilə yaxın İranın Xarici İşlər Nazirliyi və Ali Milli Təhlükəsizlik Şurasında, xüsusən də Qərblə münasibətlərin idarə edilməsində işləmiş və Prinston Universitetində 15 illik akademik araşdırmalarımla uğurlu diplomatiyanı şərtləndirən amilləri müşahidə etmişəm.
Vaşinqton və Tehran arasında əlaqələr 40 illik dalana dirənib, onilliklər boyu davam edən düşmənçiliyə Tramp bu şərtlərlə son qoya bilər:
Qarşılıqlı hörmət vacibdir. 7000 illik sivilizasiyaya malik iranlılar qürurlu xalqdır. Təhdidlər, təhqirlər və ya məcburiyyət onları danışıqlar masasına gətirməyəcək. Xamnəinin şəxsiyyəti Ukrayna prezidenti Vladimir Zelenskinin şəxsiyyətindən tamamilə fərqlidir.
Tehran sözdən çox hərəkətə dəyər verir. 2024-cü il seçki kampaniyası zamanı və ondan sonra Tramp İranla diplomatiya və Yaxın Şərq müharibələrinə qarşı çıxmaq barədə müsbət və konstruktiv bəyanatlar verib. Bununla belə, onun vəzifədə ilk addımı maksimum təzyiq siyasətini bərpa etmək və hərbi əməliyyatları gücləndirmək idi. İranın qərar verməsi ritorikaya deyil, Vaşinqtonun hiss olunan hərəkətlərinə əsaslanır.
Danışıqların əhatə dairəsi önəmlidir. Tramp iddia edib ki, İranın nüvə bombası hazırlamasının qarşısını almaq onun yeganə narahatlığıdır. Lakin onun 4 fevral tarixli memorandumu nüvə məsələlərindən kənara çıxaraq regional məsələləri, müdafiə imkanlarını, insan haqlarını və terrorizmi əhatə edirdi. İstənilən hərtərəfli danışıqlar mərhələli proses kimi strukturlaşdırılmalıdır.
Balanslı və ləyaqətli razılaşma lazımdır. Əgər Vaşinqton ədalətli şəkildə hər iki xalqın maraqlarına xidmət edən razılaşma əldə etmək istəsə, Tehranda bunun qəbul olunma şansı daha böyükdür.
Nəhayət, davamlılıq çox vacibdir. 12 illik danışıqlardan sonra İran 2015-ci il nüvə sazişini imzalayıb və tam icra edib. BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə təsdiqlənsə də, Tramp 2018-ci ildə ondan çıxıb. Ciddi narahatlıq qalır: yeni razılaşma əldə olunsa, ABŞ-nın növbəti prezidentinin bundan bir daha imtina etməyəcəyinə nə zəmanət verir?
Real yol xəritəsi
İranın xarici işlər naziri Abbas Əraqçi deyib: “İran indiki “maksimum təzyiq” şəraitində ABŞ ilə birbaşa danışıqlar apara bilməz”.
Bununla belə, Trampın Tehranla tarixi razılaşmanı birbaşa danışıqlar yolu ilə təmin etmək potensialı var, bir şərtlə ki, onlar aydın prinsiplərə əsaslansın. Bunun üçün əsas komponentləri olan real yol xəritəsi lazımdır.
Birincisi, hər iki tərəf iki siyahı yaratmalıdır: biri mübahisəli məsələləri müəyyənləşdirir, bu, danışıqlar üçün prioritetdir, digəri isə ümumi maraqları əks etdirməlidir.
Hərtərəfli gündəliyə ehtiyac olsa da, etimad quruculuğu tədbirləri mərhələli yanaşma ilə həyata keçirilməlidir. Danışıqlar ilk fikir ayrılığından - nüvə məsələsindən başlamalıdır, eyni zamanda, hər iki ölkə öz ilk ortaq maraqları üzrə əməkdaşlığa başlamalıdır.
Keçmiş diplomatik səylərin uğursuzluğa düçar olmasının əsas səbəblərindən biri, hər iki tərəfin əməkdaşlığa kömək etmədən, yalnız fikir ayrılıqları üzərində dayanması, qarşılıqlı ittihamıdır. Ortaq maraq sahələrində praktiki əməkdaşlıq etimad yaratmağın ən təsirli yollarından biridir.
İkincisi, mübahisələr beynəlxalq normalar, qaydalar və hər ikisinin sadiq olduğu Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi əsasında həll edilməlidir.
2015-ci ildə nüvə razılaşması mümkün oldu, çünki ABŞ Nüvə Silahlarının Yayılmaması Müqaviləsini (NPT) danışıqlar üçün əsas kimi qəbul etdi. Əgər Vaşinqton bu prinsipə əməl etsə, İran nüvə proqramının silah istehsalı istiqamətində sapmamasını təmin etmək üçün şəffaflıq və yoxlamalar üzrə maksimum əməkdaşlığa açıq olacaq.
Bu iki element uğurlu danışıqlar ehtimalını artırır, çünki hər iki tərəf əsas mübahisələrin tədricən və sistemli şəkildə həll olunacağına əmin olacaq.
Üçüncüsü, Tramp qeyri-ənənəvi qərarları ilə tanınır. O, 4 illik səlahiyyət müddətində İran üçün 4 trilyon dollarlıq iqtisadi paket təklif edə bilər.
İki ölkə arasında böyük iqtisadi açılışlar gərginliyi azaldar və regional fikir ayrılıqları da daxil olmaqla daha geniş mübahisələrin həllini asanlaşdıra bilər. Belə bir təklif Trampın “böyük iqtisadi sövdələşmələr” istəyi ilə üst-üstə düşür, eyni zamanda Tehranı sanksiyaların effektiv şəkildə aradan qaldıracağına əmin edir.
Dördüncüsü, idman, elm, akademiya, incəsənət, mədəniyyət və konsulluq mübadiləsi sahələrində insanlar arasında əlaqələrin möhkəmləndirilməsi diplomatik səylərə əhəmiyyətli dərəcədə kömək edəcək və hərbi əməliyyatları yüngülləşdirəcək.
Yekun əsas element regional münaqişələrin üç prinsip vasitəsilə həllidir: bir-birinin qanuni maraqlarına hörmət, İran və İsrail arasında təhlükəsizlik-hərbi qarşıdurmanın qarşısını alma və 8 körfəz ölkəsi arasında əməkdaşlıq təhlükəsizlik sistemi yaratma.
Belə bir mexanizm ABŞ qüvvələrinin tədricən Yaxın Şərqdən çıxarılmasına yol aça, amerikalı vergi ödəyiciləri üçün xərcləri azalda və dövlətin əhəmiyyətli qənaətinə şərait yarada bilər.
Bu yol xəritəsinə əməl etməklə, prezident Tramp İranla davamlı və transformativ razılaşma əldə etmək üçün nadir fürsət əldə edir - bu, regional dinamikanı yenidən formalaşdıra və ABŞ-nın Yaxın Şərqdəki xarici siyasətini yenidən müəyyənləşdirə bilər.
Y. QACAR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://reyting.az
archiveBu xəbər 25 Mart 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see292

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see284

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see283

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see268

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see265

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see260

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see259

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see239

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see230

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see221

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see212

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see209

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see209

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see208

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see208

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see206

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see203

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see198

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see194

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri