Icma.az
close
up
RU
Dövlət büdcəsi yükü və iqtisadi inkişaf problemləri

Dövlət büdcəsi yükü və iqtisadi inkişaf problemləri

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Azərbaycan müstəqillik qazandığı zamandan bu yana mahiyyətcə yeni bir dövrə qədəm qoyur. Bunu şərtləndirən amillərdən əksəriyyəti məhz ekzogen proseslərdir. Dünya iqtisadiyyatında Qloballaşmanın dərinləşməsi, regional və beynəlxalq səviyyədə ticarət, valyuta -kredit münaqişələrinin artması, dövlətlərarası rəqabətin dərinləşməsi və amansızlaşması, o cümlədən iqtisadi fəaliyyətdə süni intellektin tətbiqi və robotlaşma. Bütün bunlar ölkələri özlərinin iqtisadi siyasətlərində protoksionizm və ya liberal iqtisadiyyat, bazarı qorumaq və ya açmaq, inteqrasiya və ya de-inteqrasiya (özünəqapanma) kimi seçimləri etməyə vadar edir. Təbii ki, belə vəziyyətdə öz müstəqilliyini möhkəmləndirmiş və tam süverenliyini, ərazi bütövlüyünü təmin etmiş, dünya iqtisadiyyatında özünəməxsus yerini tutmaqda iddialı görünən Azərbaycan üçün prosesləri dəqiqliklə nəzərdən keçirib çevik qərarlar vermək reallığı dayanır.Qlobal və daxili bazarda milli sahibkarlığın mövqelərinin möhkəmlənməsi, daha çox satıb, daha yüksək gəlir və dolayısı yolla büdcə daxilolmalarını artırmaq iqtisadiyyatın tənzimlənməsinin bazar prinsiplərinə uyğunlaşdırılmasından və dövlət – özəl sektor münasibətlərinin doğru qurulmasından keçir. Maraqlıdır ki, Azərbaycan bu prosesə nə qədər hazırdır və nələrin edilməsi qarşıda vəzifə kimi dayanır?

Araşdırmalar onu göstərir ki, ölkəmizdə, keçid dövründən indiyə miras qalmış bir sıra idarəetmə metodları hələ də qalamaqdadır. Belə ki, bir sıra dövlət qurumlarının struktur və fəaliyyətinə diqqət yetirdikdə vəzifə və səlahiyyət bölgüsündə təkrarlanmalar, nüfuzlu şəxslərin ətrafına çoxlu sayda vəzifələrin birləşdirilməsi, sahibkarlığın mənafelərini qorumaq, onların dövlət qarşısında öhdəlikərini yerinə yetirmək, maarifləndirmə kimi ictimai vəzifələrin vahid qurumlarda birləşməsi və bir quruma aid olan səlahiyyətlərin fərqli təşkilatlarda paylanması müşahidə olunur. Qısacası aşağıdakıları sadalamaq olar:

Biznesə infrastruktur layihələrinin icrası üçün icazələrin pərakəndə şəkildə ayrı-ayrı dövlət qurumları tərəfindən verilməsi;Dövlətin infrastruktur investisiyalarının pərakəndə şəkildə ayrı-ayrı hökumət qurumları tərəfindən təşkil edilməsi;Sahibkarların maariflənməsi, işgüzar əlaqələrinin qurulması, onlara maliyyə dəstəsyinin, subsidiyaların verilməsinin müxtəlif təşkilatlarda paylanması;Biznesə nəzarət funksiyasını həyata keçirən çoxlu sayda qurumların kommunikasiyasının zəifliyi;Biznesə göstərilən dövlət xidmətlərinin müxtəlif qurumlar vasitəsilə təkrarlanması və onların effektivliyinin qiymətləndirilməsi çətinliyi;Sahibkarlığın inkişafına yönəlmiş büdcə xərclərinin faydalılığının və nəticəliliyinin ölçülməsi problemi;Dövlət yığımlarını həyata keçirən qurumların pərakəndəliyi və onlar arasında kommunikasiyanın zəifliyi, o cümlədən bu istiqamətdə vahid dövlət siyasətinin hədəf – nəticə əlaqəsinin qurulmaması çətinliyi;Fiskal siyasəti həyata keçirən qurumların pərakəndəliyi və maraqların toqquşması. Misal üçün, əmtəələrin idxalı zamanı Dövlət Gömrük Komitəsi məhsulun QAİMƏ dəyərini nəzərə alır. Yyenidən dürüstləşdirmə nəticəsində QAİMƏ dəyəri artır ki, əlaqəli olaraq da Gömrük yığımlarının 5, 10 və ya 15% kimi dərəcələrlə cəlbolunması baş verir. Nəticədə digər qurum olan Dövlət Vergi xidmətinin səalhiyyət dairəsinə düşən 20%-lik mənfəət vergisi üçün hesablama bazası azalır. Əslində hər iki qurumun Dövlət büdcəsinin daxilolmaları üzrə öhdəliklərinin yerinə yetirilməsi istiqamətindəki fəaliyyətinin nəticəsində sonda sahibkarlıq subyektləri maddi zərər çəlkir.

Dövlətin iqtisadi qanadında başlıca rol oynayan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Energetika Nazirliyi və Maliyyə Nazirliyinin vəzifə və funksiyalarına nəzər yetirdikdə onları daha da optimallaşdırmağın hesabına büdcə xərclərinin qənaətinə, idarəetmənin asanlaşmasına, insan resurslarının ixtisarına, təkrarlanmaların azalmasına, qurumların tənzimləmə rolunun genişlənməsinə nail olmaq olar.

Ümumiyyətlə, qabaqcıl təcrübə onu göstərir ki, məhdud sayda dövlət qurumlarının işini effektiv təşkl etməklə daha çox səmərəliliyə nail olmaq olar. Hətta ərazi və əhali baxımından Azərbaycanla müqayisə olunabiləcək İsverçrədə belə cəmi 8 nazirliklə bütün dövlət idarəçiliyi həaya keçirilir.

Fikrimizi Azərbaycan Respublikası İqtisadiyyat nazirliyinin timsalında əsaslandırmağa çalışaq. Yəqin ki, gələcək yazılarda diğər nazirlik və qurumları da təhlil etmək olar. Belə ki, hal-hazırda İqtisadiyyat Nazirliyinin strukturuna baxdıqda, biznes mühitinin formalaşdırılması, sahibkarların hüquqlarının qorunması, vergilərin toplanması, rəqabətin qorunması, sahibkarlığa dövlət dəstəyinin göstərilməsi, daşınmaz əmlakın hərracı və s. səlahiyyət və funksiyalar bir təşkilatda birləşməsi maraq konfliktlərini yaratmaqla yanaşı qurumun əsas predmetinə uyğun fəaliyyətində çətinliklər yaradır. Hazırda vergi və gömrük yığımlarının toplanmasını iki dövlət qurumu həyata keçirir. Bu xidmətlərin beynəlxlalq təcrübə əsasında fiskal siyasəti həyata keçirən vahid təşkilat daxilində birləşdirlməsi daha məqsədəuyğun olar. Çünki, Vergi xidmətinin İqtisadiyyat Nazirliyinin tərkibində olması bir yandan dövlət qarşısında büdcənin doldurulması funksiyasını tələb etdiyi halda digər yandan sahibkarlar üçün stimullaşdırıcı mühitin formalaşdırılması istiqamətində iş aparmalıdır. Nəticədə iki fərqli vəzifəni uzlaşdırmaq çətinliyi yaranır.

Beynəlxalq təcrübədə gömrük, vergi və sosial yığımlarda beynəlxalq yanaşmaların təhlili onu göstərir ki, Azərbaycan üçün effektiv model bu üç funksiyanı Maliyyə nazirliyinin tərkibində formalaşdırılması daha məqsədəuyğun olardı.

Bununla yanaşı nazirliyin fəaliyyətində sahibkarlıq və investisiya mühitinin formalaşdırılması və biznesin maarifləndirilməsi, işgüzar əlaqələrinin qurulması da iki qanad kimi fərqli istiqamətləri ehtiva edir. Çünki, beynəlxalq təcrübədə sahibkarlığın maarifləndirirlməsi və işgüzar əlaqələrinin formalaşdırılması daha çox biznesin özünün maliyyə ödəmələri (burada üzvlük haqqı, xidmət haqqı və s. nəzərdə tutulur.) əsasında formalaşan ictimai təşkilatlar, palatalar, şuralar tərəfindən həyata keçirilir. Hətta göstərə bilərik ki, 2003-cü ilin may ayında Ümummilli lider Heydər Əliyev Azərbaycan Prezidenti  yanında Sahibkarlar Şurası yaratmışdı. Bu quruma  dövlət – özəl münasibətin qurulması, sahibkarlığın inkişafı ilə bağlı təklif və tövsiyələrin toplanması məhz biznesin özünə həvalə olunmuşdur. Bu təcrübə müasir dövrdə biznesə xidmət göstərən müstəqil bir qurumun daha effektiv modelinin formalaşdırmağa imkan verir.

Dövlət sanki burada öz yükünün bir hissəsini sahibkarların üzərinə keçirməklə həm rahat bir şəkildə tənzimləmə funksiyasını yerinə yetirir həm də küllü miqdarda büdcə vəsaitlərinin qənaətinə nail olur. Həmçinin, sahibkara göstəilən xidmətin keyfiyyətini ölçmək daha da asanlaşar.

Əvəzində isə sahibkarlıq, investisiya, rəqabət mühitinin dövlət tənzimlənməsini və biznes üçün zəruri infrastrukturun qurulması vəzifələrini özündə birləşdirməklə gələcəkdə İqtisadi İnkişaf və İnfrastruk nazirliyi şəklində də formalaşa bilər.

Burada nazirliyə birləşdirilməsi məqsədəuyğun hesab olunan biznesin inkişafı ilə əlaqəli infrastruktur fəaliyyəti dedikdə aşağıdakılar nəzərdə tutulur:

Şəhərsalma və arxitektura;Ekologiya və təbii sərvətlər;Mədəni irs infrastrukturun qorunması, inkişafı və bərpası;Əmlak məsələləri (bu mövcuddur);Kənd təsərrüfatı infrastrukturu;Su təchizatı infrastrukturu;Energetika (elektrik, qaz, yanacaq) təminatı infrastrukturu;Bərpa olunan enerji infrastrukturu;Rəqəmsal infrastruktur;Nəqliyyat və logistika infrastrukturu;Turizm (Mədəni irs, İdman, İncəsənət, Din, Əyləncə, İstirahət, Müalicə, Ticarət, Biznes və sair) infrastrukturu;Reklam infrastrukturu;

Bu təhlildə 3 nəticəyə nail olduq. Qurumların məqsədəuyğun fəaliyyətinin təşkilinin İqtisadiyyat Nazirliyi timsalında;

1. Dövlət yığımlarının və özəl sektordan digər daxil olmaların toplanması alınır başqa hökumət qurumunda birləşdirilir.

2. Biznesin maariflənməsi və işgüzar əlaqələrinin formalaşdırılması işi sahibkarların özünə təqdim olunur. Amma, nazirliyin tənzimləməsi əsasında.

3. Nazirliyin işgüzar mühiti tənzimləmə funksiyasının daha genişləndirilməsi və əlavə olaraq biznesin zəruri infrastrukturun qurulması vəzifəsinin artırılması.

Araşdırmanın müəllifi: İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin iqtisadi analitika qrupu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 03 Fevral 2026 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see605

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see447

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see355

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see268

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see241

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see237

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see234

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see233

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see231

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see228

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see215

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see213

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see209

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see209

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see197

Filippotun iddiaları əsassızdır Politoloq

08 Sentyabr 2026 10:34see194

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see193

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see179

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see171

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri