ABŞ İrana neft ixracını dərhal bərpa etməyə icazə verəcək
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ və İran arasındakı razılaşma İran neftinin ixracının dərhal bərpa olunması imkanını nəzərdə tutur.
"Report" "The Wall Street Journal"a (WSJ) istinadən xəbər verir ki, bu barədə razılaşmanın şərtləri ilə tanış olan mənbələr bildiriblər.
Onların sözlərinə görə, ABŞ İrana neft və yanacaq satışına dərhal başlamağa icazə verəcək, bu da Tehranın münaqişəyə daha tez son qoyması üçün maliyyə stimulu olacaq.
Nəşr qeyd edib ki, razılaşma həmçinin bank və nəqliyyat məhdudiyyətlərinin yumşaldılmasını da nəzərdə tutur, bu da beynəlxalq əməliyyatların həyata keçirilməsini asanlaşdırmalı və nəzərəçarpacaq ilk iqtisadi təsirlərdən biri olmalıdır.
Neft satışına qoyulan sanksiyaların ləğvi ilə bağlı əsasnamələr bu həftə razılaşma imzalandıqdan dərhal sonra qüvvəyə minir.
Daha əvvəl Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında razılaşmanın əldə olunduğunu bildirib. Onun sözlərinə görə, sənədin iyunun 19-da İsveçrədə imzalanması planlaşdırılır, tərəflər isə artıq hərbi əməliyyatların dayandırılması barədə razılığa gəliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 16 İyun 2026 22:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















