Arıqlamaq üçün 18:00 dan sonra yemək yeməyənlərə Xəbərdarlıq
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin saat 18:00-dan sonra qidadan tamamilə imtina etməsinin sağlamlıq üçün zərərli olduğunu bildirib.
“Qafqazinfo” xəbər verir ki, həkim bu barədə məlumat paylaşıb.
Mütəxəssis izah edib ki, insan acqarına yatdıqda ya gecə yarısı oyanıb yemək yeyir, ya da səhər özünə həddindən artıq bol səhər yeməyi hazırlayır. Bundan əlavə, aclıq hissi yuxuya getməyə mane olur, pis yuxu isə ertəsi gün iştahanı daha da artırır. Nəticədə qapalı bir dairə yaranır.
Q. Dolquşin qeyd edib ki, qastrit, mədə xorası və ya reflüks xəstəliyi olan insanlarda uzunmüddətli aclıq fasilələri ağrını və mədə qıcqırmasını şiddətləndirir. Sağlam mədə üçün də müntəzəm qidalanma faydalıdır.
Endokrinoloq axşam saatlarında yalnız yağlı qidaları məhdudlaşdırmağa çağırıb: “Yağlı yeməklər gec həzm olunur və uzanmış vəziyyətdə reflüksə səbəb olur. Gecə vaxtı mayonezli kabab yemək pis fikirdir, lakin yüngül qəlyanaltı yaxşı seçimdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 17 Noyabr 2026 01:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















