Icma.az
close
up
RU
Müseyb bəy Axıcanov kim olub? Tarixi faktlar...

Müseyb bəy Axıcanov kim olub? Tarixi faktlar...

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Müseyb bəy Əxicanov (Axıcanov) Qəhrəman bəy oğlu 12 oktyabr 1892-ci ildə Cavad qəzasının Tomarxanlı kəndində (indiki İmişli rayonu ərazisində) anadan olub. Sonradan onun yaxın və uzaq qohum əqrabası indiki İmişli rayonu Cəfərli kəndi yaxınlığına köçmüşlər və həmin ərazi hazırda Axıcanlı kəndi adlanır.

Yeri gəlmişkən, qeyd edim ki, Kür çayının indiki İmişli rayonu ərazisi sahillərində 1940-cı illərə qədər Tomarxanlı kəndi də daxil olmaqla, 12 kiçik kənd olub. Həmin kəndlərdən biri də Axıcanlı adlanıb. İndiki Cəfərli kəndi ilə birləşən Axıcanlı kəndi sonrada yaranmış, eyni adlı başqa bir kənddir.

Müseyb bəy Axıcanov Azərbaycan Xalq Cümhuriyyətinin tanınmış siyasi xadimi, Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçılarından biri, Azərbaycan Parlamentinin üzvü, Zaqafqaziya seyminin Müsəlman fraksiyasının, Zaqafqaziya Federasiyasının süqutundan sonra isə Azərbaycan Milli Şurasının üzvü, Bakı quberniyasının general- qubernatoru olmuşdur.

Müseyb bəy Axıcanov Rəşid bəy Axundzadə ilə bir yerdə Kiyev Müqəddəs Vladimir Universitetinin Hüquq fakültəsini bitirib. (Ukraynanın əsas və ən böyük ali məktəblərindən biri, həmçinin milli elm və mədəniyyət mərkəzi, Ukraynanın ən qədim universiteti). O, Yusif Vəzir Çəmənzəminlinin ən yaxın dostlarından biri olub.

1918-ci ildə türk ordusu Bakını alandan sonra Fəthi bəy Bakının qubernatoru olanda Axıcanov onun müavini (1918) vəzifəsində çalışıb, sonra isə  Bakının qubernatoru (noyabr 1918 - fevral 1919) və Cümhuriyyət parlamentinin ("Müsavat" və bitərəflər fraksiyasının) üzvü olub.

Məhəmməd Əmin Rəsulzadə 1954-cü ilin 28 mayında Ankarada Kültür Dərnəyindəki çıxışında "adları və xatirələri hamımıza əziz olanların" sırasında Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Səməd Paşa Mehmandarov, Abuzər bəy və Şeyxzamanovla yanaşı Müseyb bəy Axıcanovun da adını çox böyük ehtiramla çəkmişdi.  

Məmməd Əmən Rəsulzadə Müseyib bəy Axıcanovu Azərbaycanın İstiqlal Şəhidi adlandırmışdır.

Müseyib bəy Axıcanov görkəmli bəstəkarımız Süleyman Ələsgərovun doğmaca xalası oğludur.

 Axıcanov bolşeviklər hakimiyyətə gələndən sonra həbs olunaraq 30 aprel 1920 - ci ildə (bəzi mənbələrdə 6 iyun1920-ci il) 27 yaşında Nargin adasında güllələnib.

Qeyd edək ki, İmişli rayonunda hazırda onun soyadı ilə adlanan Axıcanlı kəndində Axıcanlı kənd tam orta məktəbi uzun illər fəaliyyət göstərib. 2024- 2025- ci dərs ilində həmin məktəbin adı dəyişdirilərək Cəfərli kənd 3 saylı tam orta məktəbi adlanmışdır.

Xatırladım ki,  həmin vaxt hansı kənddə bir neçə məktəb varsa onların adı sıra sayı ilə əvəz edilmişdir. Məsələn, həmin vaxt Sarxanlı kəndi ilə bitişik olan Buludlu kəndində də Buludlu kənd tam orta məktəbin adı dəyişdirilərək Sarxanlı kənd 3 saylı məktəb adlanmışdır. 

Bu dəyişikliklər hansı məntiqlə edilməsindən asılı olmayaraq tarixi adların ləğv edilməsi baxımından məqsədəuyğun deyil.

Vahid Tağıyev,

Təhsil eksperti

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://mia.az
archiveBu xəbər 06 Dekabr 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri