“ABŞ İrana qarşı yeni hücum planları hazırlayır”
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Trampın noyabrın 3-də keçiriləcək aralıq seçkilərədək İrana qarşı hücumların dayandırıldığını bildirməsindən sonra ABŞ ordusunun mümkün hərbi əməliyyat variantlarını qiymətləndirdiyi bildirilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, üç ABŞ təyyarədaşıyan gəmisi Yaxın Şərqə yola düşüb. Trampın göstərişi ilə hərbçilərin İranın pilotsuz uçuş aparatları və raket arsenalını, enerji obyektlərini, eləcə də, digər hərbi hədəfləri əhatə edən hücum planları üzərində işlədiyi iddia edilir.
Nəşrin məlumatına əsasən, mümkün hərbi əməliyyatların təxminən üç gün davam etməsi nəzərdə tutulur. Hücumların İran İnqilab Keşikçiləri Korpusunun komandanlıq mərkəzlərini və qərargahlarını da hədəfə ala biləcəyi bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 09 Oktyabr 2026 08:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















