ABŞ İrandan Hörmüzdəki gəmilərə hücum etməyəcəyini bildirməsini tələb edir
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Vaşinqton administrasiyası Tehranın Hörmüz boğazının gəmiçilik üçün açıq olduğunu və oradan keçən gəmilərə hücum edilməyəcəyini elan etməsini tələb edir.
Bu barədə “Reuters” agentliyi cümə günü ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
"Biz İran tərəfinin Hörmüz boğazındakı bütün marşrutların açıq olduğunu və artıq gəmilərə atəş açmadığını etiraf edən açıqlama verməsini tələb edirik. Ya onlar belə bir açıqlama verəcəklər, ya da bütün bunlar onlar üçün pis nəticələnəcək", - agentliyin mənbələrindən biri deyib.
Məlumata görə, ABŞ o cümlədən İranın boğazdan keçən gəmilərə görə rüsum almaq niyyətində olmadığını açıq şəkildə bildirməsini tələb edir.
Bu mövzuda digər xəbərlər:İran Hörmüzdəki gəmilərə dəstək xidməti təklif etdi
07 May 2026 12:16
ABŞ Hörmüzdəki minaları robotlarla təmizləyəcək
19 Aprel 2026 16:24
ABŞ ordusu Hörmüzdəki İran limanlarının KONKRET
18 İyun 2026 23:17
Tramp İranı Hörmüzdəki gəmilərə dron ataraq atəşkəsi pozmaqda günahlandırıb
26 İyun 2026 20:08
ABŞ İrandan bunları tələb edir ŞƏRTLƏR
25 Mart 2026 01:40
Baxış sayı:202
Bu xəbər 11 İyul 2026 03:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















