Icma.az
close
up
RU
ABŞ İranı vurdu Müharibə yenidən başlayır?

ABŞ İranı vurdu Müharibə yenidən başlayır?

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Tehranın Hörmüz boğazı üzərində Amerika hərbi helikopterini vurduğunu bildirdikdən sonra ABŞ İrana zərbələr endirib.

Modern.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, Amerika hərbi qüvvələri ötən gecə helikopterin vurulmasına cavab olaraq hücumlara başlayıb.

CENTCOM-un bəyanatında deyilir: “Bu əməliyyat İranın əsassız təcavüzünə mütənasib cavabdır”.

“Axios” nəşri ABŞ rəsmisinə istinadən xəbər verir ki, Amerika hərbi qüvvələri İranın bir neçə hava hücumundan müdafiə sistemi və radarlarını vurub.

ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı bildirib ki, İran bir gün əvvəl Hörmüz boğazı ərazisində Amerikanın Apache döyüş helikopterini vurub.

“Ordumuz məni indicə məlumatlandırdı ki, ötən gecə iranlılar Hörmüz boğazında patrul xidməti aparan yüksək texnologiyalı Apache helikopterlərimizdən birini vurublar”, - Tramp özünün “Truth Social” platformasında yazıb. “Helikopterdə iki pilot olub və hər ikisi sağ-salamatdır. Bununla belə, ABŞ bu hücuma cavab verməlidir”.

ABC News-a müsahibəsində Tramp xəbərdarlıq edib ki, İrana cavab zərbələri “çox güclü” olacaq.

“Biz elə indi cavab veririk”, — deyən ABŞ prezidenti əlavə edib: “Bu, onların ötən gecə helikopterimizə etdiklərinə cavabdır və hesab edirəm ki, cavab çox güclü və təsirli olmalıdır. Elə də olur”.

İranın xarici işlər naziri Abbas Araqçı ABŞ-ın yeni zərbələrini X sosial şəbəkəsində şərh edib.

“Döyüş meydanındakı məğlubiyyətlərinə baxmayaraq, ABŞ bizim qətiyyətimizi sınağa çəkməyə qərar verib. Güclü silahlı qüvvələrimiz heç bir hücumu və ya təhdidi cavabsız qoymayacaq”, - deyə o yazıb və əlavə edib: “Təhlükəsiz olmaq istəyirsinizsə, bölgəmizi tərk edin”.

Daha sonra "Tasnim" agentliyi İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) bəyanatını yayıb. Bəyanatda bildirilir ki, İran bölgədəki ABŞ obyektlərinə raketlər və pilotsuz uçuş aparatları göndərib.

Vaşinqton vaxtı ilə ötən gecə (Avropada səhər saatlarında) Hörmüz boğazı yaxınlığında helikopterin qəzaya uğraması barədə ilk olaraq anonim mənbələrə istinadən "New York Times" qəzeti məlumat verib. Az sonra Tramp da qəza faktını təsdiqləyib, lakin nə qəzet, nə də prezident helikopterin niyə düşdüyünü açıqlamayıb.

İran rəsmi şəkildə Amerika helikopterinin onun qüvvələri tərəfindən vurulduğunu bəyan etməyib. Bununla belə, Trampın açıqlamasından bir müddət sonra İran xarici işlər naziri Abbas Araqçı xarici hərbi qüvvələri Hörmüz boğazını və ətraf əraziləri tərk etməyə çağırıb və onların təhlükə ilə üzləşə biləcəyini bildirib.

“Hörmüz boğazı beynəlxalq sular deyil, İran və Oman arasında ortaq nəzarətdə olan ərazidir... Ərazimizə yaxın olan xarici qüvvələr öz insan səhvləri, adi qəzalar və ya atəş xəttində qalmaq riski səbəbindən daim təhlükə altındadırlar”, - o yazıb.

“Ona görə də riskləri azaltmağın ən yaxşı yolu onların buranı tərk etməsidir”, — deyə o əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 İyun 2026 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see517

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see446

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see407

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see285

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see283

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see281

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see275

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see272

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see268

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see259

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see249

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see242

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see237

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see227

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see217

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see210

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see208

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see204

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see200

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri