ABŞ İranın Amerika səfirlərini öldürməyə hazırlaşmasından ehtiyat edir
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ İranın ölkə daxilində və xaricdə amerikalı rəsmilərə qarşı hücumlar hazırlamaq mərhələsinə keçdiyindən ehtiyat edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazıb.
Bildirilib ki, mənbələrin qiymətləndirməsinə görə, Tehran Vaşinqton və İsrailin İrana qarşı yeni genişmiqyaslı zərbələr endirməyə hazırlaşdığını düşünür.
“Qarşılıqlı şübhələrin artması münaqişənin genişmiqyaslı müharibəyə çevrilməsi riskini artırır.
Amerikalı rəsmilər Yaxın Şərqdəki ABŞ səfirlərinin və Birləşmiş Ştatlar ərazisindəki amerikalı nümayəndələrin öldürülməsinə dair İranın mümkün planları ilə bağlı kəşfiyyat məlumatlarına diqqət yetirirlər”, - nəşr yazır.
Qəzetin məlumatına görə, bu cür əməliyyatların hazırlanmasında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 840-cı elit bölməsinin iştirakı ola bilər:
“Həmin bölmə əvvəllər xarici ölkələrdə adam oğurluqları və sui-qəsdlərin təşkilində iştirak edib. Bununla belə, İranın qətllər törətmək üçün muzdlu şəxslər cəlb etmək cəhdləri əvvəllər dəfələrlə cinayətlər həyata keçirilməzdən əvvəl ifşa olunub”.
Amerikalı və avropalı rəsmilərin sözlərinə görə, mümkün hücumlarla bağlı məlumatlar son həftələrdə əldə edilib. Bu məlumatların bir qismi Böyük Britaniyada ABŞ silahlı qüvvələrinin istifadə etdiyi hərbi bazaya qarşı ehtimal olunan İran planının üzə çıxarılmasından sonra əldə olunub.
Bu mövzuda digər xəbərlər:Müharibə naziri İranın Trampı öldürməyə çalışdığını iddia edib
04 Mart 2026 17:40
KİV: Amerika İranın cavab cavabını gözləyir
22 İyun 2025 11:09
İranın vitse prezidenti: Amerika İsrailin əyalətidir
16 Aprel 2026 12:27
Göyə atılan güllər : İranın Trampla Netanyahunu öldürməyə gücü yoxdur
01 İyul 2025 15:08
Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb
23 Aprel 2026 17:31
Baxış sayı:120
Bu xəbər 25 Oktyabr 2026 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















