ABŞ dakı seçkilərin Cənubi Qafqaza mümkün təsirləri necə olacaq?
Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"ABŞ-da keçirilən aralıq seçkilərinin ilkin nəticələri proqnozlaşdırılan kimi demokratların üstünlüyünü təsdiq etdi. Demokratlar Partiyası Konqresin hər iki palatasında rəqiblərini geridə qoydu. Əslində Birləşmiş Ştatların siyasətini yaxından izlədikdə zamanla Demokratlar və Respublikaçılar arasında bir balans olduğunu görmək mümkündür. Bu gün də eyni mexanizm işə düşmüş vəziyyətdədir".
Bunları Newscenter.az-a siyasi şərhçi Pərviz Mirizadə deyib. Onun sözlərinə görə, ABŞ-da keçirilən seçkilər dünyanın hər nöqtəsində diqqətlə izlənilir və hər kəs proses çərçivəsində qlobal gücün siyasi xəttində nə tip dəyişiklərin olacağını, ümumiyyətlə, qarşılıqlı münasibətlərin hansı istiqamətə yönələncəyini maraqla gözləyir:
"Eyni məntiqi düşüncə hazırda Cənubi Qafqaz ölkələrinin gündəmində də əsas müzakirə mövzusudur. Məsələyə Bakı pəncərəsindən baxdıqda gedişatın ABŞ-Azərbaycan əlaqələrinin mövcud dinamikasına təsirsiz ötüşməyəcəyi gözləniləndir. Nəzərə alsaq ki, demokratların Konqresdə üstünlüyü olduğu zamanlar kifayət qədər anti-Azərbaycan səslərinin ucalmasının şahidi olmuşuq. İndi isə Konqresin hər iki palatasında çoxluq demokratların tərəfindədir".
Pərviz Mirizadə onu da deyib ki, qlobal müstəvidə geostrateji dəyişiklər olduğu kimi, Cənubi Qafqazda da yeni geosiyasi reallıqlar mövcuddur:
"Azərbaycan hər keçən gün regional güc balansında öz yerini daha da sağlamlaşdırır və beynəlxalq enerji bazarında tərəfdaşlıqlarını artırır. Həmin tərəfdaşlıqların istiqaməti isə böyük ölçüdə Vaşinqtonun maraqları ilə uzlaşır. Belə olduğu halda ikitərəfli münasibətlərdə ciddi dəyişikliklərin olacağı ehtimalı yüksək deyil".
Süleyman
Bu mövzuda digər xəbərlər:Analitik: ABŞ Rusiya anlaşmasının Cənubi Qafqaza təsirləri aktualdır
06 Mart 2025 09:24
Suriyada yeni dönəm: Cənubi Qafqaza təsirləri
17 Dekabr 2024 10:44
ABŞ Cənubi Qafqaza diqqət göstərir Fidan
16 Noyabr 2025 00:02
ABŞ niyə Cənubi Qafqaza səfir göndərmir?
01 İyul 2026 14:57
Cənubi Qafqaza sülh gəlir...
20 Avqust 2025 11:35
Baxış sayı:107
Bu xəbər 05 Noyabr 2026 09:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















