ABŞ İranlı hakerlər barədə məlumat üçün mükafat təyin etdi
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Dövlət Departamentinin "Ədalət üçün Mükafat Proqramının" farsdilli "X" hesabında "Şəhid Şuşteri" adlı haker qrupu barədə məlumat verənə 10 milyon dollara qədər mükafat təklif edildiyi bildirilib.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat paylaşıb.
Paylaşımda qeyd olunub ki, "Şəhid Şuşteri" adlı haker qrupunun bir çox adı var.
"Əgər əlavə ünvan və ya məlumatlara sahibsinizsə, bizimlə paylaşın", - deyə məlumatda vurğulanıb.
ABŞ rəsmilərinə görə, əvvəlki adı "İmennet Pasargad" olan bu qurumun əməkdaşları telekommunikasiya, enerji, nəqliyyat və maliyyə sektorları da daxil olmaqla kritik infrastruktura qarşı kiberhücumlar təşkil ediblər.
Təxminən dörd il əvvəl Federal Təhqiqatlar Bürosu (FTB) bu qrup barədə xəbərdarlıq edərək, özəl sektoru mümkün təhlükələrə qarşı tədbir görməyə çağırmışdı. Bildirilir ki, ABŞ kəşfiyyat orqanları bu qrupu ciddi təhlükə kimi qiymətləndirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 05 Avqust 2025 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















