Limon və portağalı geridə qoydu: Bir dənəsi gündəlik C vitamini ehtiyacını ödəyir
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
İmmunitet sistemi, kollagen istehsalı və hüceyrələrin qorunması üçün vacib olan C vitamini orqanizmdə sintez olunmadığı üçün qidalarla qəbul edilməlidir. Bu baxımdan kivi ən zəngin təbii mənbələrdən biri sayılır.
Milli.Az xəbər verir ki, yaşıl kivi də güclü C vitamini mənbəyi olsa da, sarı lətli kivi növləri adətən daha yüksək göstəriciyə malikdir. Orta boy portağalda təxminən 70 mq C vitamini olduğu halda, 100 qram kividə bu göstərici 152-161 mq-a (portağaldan təxminən 3 dəfə çox) çata bilir.
ABŞ Milli Sağlamlıq İnstitutlarının məlumatına görə, yetkin qadınların gündəlik C vitamini ehtiyacı 75 mq, kişilərin isə 90 mq-dır. Təxminən 80 qramlıq tək bir kivi 120 mq-dan artıq C vitamini təmin edərək yetkin insanın gündəlik tələbatını qarşılaya bilir.
Kivi həmçinin kalium, lif və antioksidantlarla zəngindir. Xüsusilə yaşıl kivi lif tərkibi ilə həzmi dəstəkləyir, tərkibindəki aktinidin fermenti isə zülalların parçalanmasına kömək edir. Mütəxəssislər C vitamini qəbulunda tək bir meyvə ilə kifayətlənməməyi, müxtəlif meyvə və tərəvəzlərdən istifadə etməyi tövsiyə edirlər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 26 Noyabr 2026 01:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















