Icma.az
close
up
RU
ABŞ İsrail xəttində parçalanma: Gərginliyin pərdəarxası və Tehranın güc mesajı...

ABŞ İsrail xəttində parçalanma: Gərginliyin pərdəarxası və Tehranın güc mesajı...

Icma.az, Sitat.info saytına istinadən bildirir.

 ABŞ ilə İsrail arasında İran məsələsində ciddi mövqe fərqləri mövcuddur. Vaşinqton administrasiyası yeni bir müharibədən yayınmağa çalışdığı halda, İsrail İranın artan nüvə və raket potensialını ciddi təhlükə kimi görür və daha sərt addımlar atılmasını tələb edir. İran isə yayımladığı hücum simulyasiyaları ilə mümkün qarşıdurmada güclü cavab vermək qabiliyyətinə sahib olduğunu açıq şəkildə nümayiş etdirir.

Xüsusilə İran dosyesi ABŞ və İsrail arasında dərin fikir ayrılıqlarını üzə çıxarır. Tramp administrasiyası İsrailin İrana qarşı hərbi təzyiq siyasətinə məsafəli yanaşır və əsas hədəf kimi yeni bir müharibənin qarşısını almağı görür. ABŞ-ın strateji məqsədi İranı 2015-ci il nüvə sazişinə bənzər şərtlərə geri qaytarmaqdır. Bu məqsədlə Vaşinqtonun “kanonerka diplomatiyası” adlandırılan təzyiq və diplomatiya balansına əsaslanan xətt yürütməsi diqqət çəkir.

İsrail isə İranın uranı gizli şəkildə zənginləşdirmə imkanlarının artmasından ciddi narahatlıq keçirir. Tel-Əviv Tahranın gələcəkdə nüvə dövləti olmasının qarşısını almaq üçün ABŞ-ı daha sərt və qətiyyətli mövqeyə sövq etməyə çalışır. Netanyahu hökuməti Qəzza müharibəsi dövründə də İran–ABŞ qarşıdurmasını alovlandıra biləcək addımlar atıb. Lakin Trampın 21 iyunda İranın nüvə obyektlərinə qarşı həyata keçirilən məhdud zərbələrlə prosesi genişmiqyaslı müharibəyə çevrilmədən nəzarətdə saxladığı düşünülür.

Netanyahunun Vaşinqtona səfəri ərəfəsində ABŞ üzərində İsrail təzyiqinin artacağı gözlənilir. Bir tərəfdən İsrail İrana qarşı ümumi hücum çağırışları edir, digər tərəfdən isə İranın mövcud raket potensialının İsrail ərazisinin tamamını hədəfə ala bilməsi Tel-Əviv üçün ciddi təhlükəsizlik narahatlığı yaradır. Buna baxmayaraq,Tramp diplomatik yolu prioritet hesab edəcək.

Digər mühüm məqam isə İranın ABŞ-a məxsus bir aviadaşıyıcıya qarşı süni intellekt dəstəkli hücum simulyasiyası videosu yayımlamasıdır. Bu addımın Tehranın güclü cavab imkanlarına malik olduğunu göstərən açıq mesajdır. Mümkün hücum halında İran ilk mərhələdə bölgədəki Amerika hərbi bazalarını və aviadaşıyıcıları, daha sonra isə İsraili hədəfə ala bilər. Həmçinin Hörmüz boğazının bağlanması ABŞ üçün ciddi çəkindirici amil sayılır.

Xatırladaq ki, iyun ayında İranın İsrailə qarşı həyata keçirdiyi raket hücumları “Dəmir Qübbə”dən “Arrow” sistemlərinə qədər çoxqatlı hava hücumundan müdafiə şəbəkəsini aşmağı bacarıb. Bununla belə, İranın daha genişmiqyaslı hücumdan çəkinməsi ABŞ–İran müharibəsinin qarşısını almaq niyyəti ilə izah olunur. Lakin İran açıq şəkildə bildirir ki, rejimin mövcudluğu təhlükə altına düşərsə, regional müharibəni belə gözə almağa hazırdır.

Nəticə etibarilə,Tramp administrasiyası İsrail ilə İran arasında həssas bir tarazlıq yaratmağa çalışır. ABŞ hərbi və siyasi təzyiqlərə baxmayaraq, İranı əsasən diplomatik yollarla nəzarətdə saxlamağı hədəfləyir. Qarşıdakı günlər bu strategiyanın nə dərəcədə uğurlu olacağını aydın şəkildə göstərəcək.

Nigar,

Sitat.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sitat.info
archiveBu xəbər 10 Fevral 2026 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri