Icma.az
close
up
RU
ABŞ İsrailə təhdid xarakteri daşımayan, Rusiya və Çindən uzaq olan İran modeli yaratmaq niyyətindədir

ABŞ İsrailə təhdid xarakteri daşımayan, Rusiya və Çindən uzaq olan İran modeli yaratmaq niyyətindədir

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Tramp İranla razılaşmaq istədiyini bildirib. ABŞ prezidenti həmçinin hesab edir ki, Tehran “narahatdır” və “qorxur”. Çünki müdafiə qabiliyyəti “demək olar ki, tamamilə itirilib”. ABŞ prezidenti Donald Tramp hərbi münaqişəyə cəlb edilməkdənsə, İranla razılaşmağa üstünlük verəcəyini bildirib. "Hamı düşünür ki, İsrail bizim köməyimizlə və ya bizim razılığımızla İranı bombalayacaq. Mən bunun baş verməməsini istərdim. Mən İranla bizə İranın nüvə obyektlərini təftiş etmək, müşahidə etmək imkanı verəcək sövdələşməyə üstünlük verərdim", deyə Donald Tramp "Fox News"-a müsahibəsində deyib. "İranın nüvə silahı əldə etməsinə icazə verilməməlidir və onları İran hökuməti dayandırmağın iki yolu var: bombalarla və ya bir kağız parçası ilə. Mən onlara zərər verməyəcək bir razılaşma bağlamağa üstünlük verirəm. Düşünürəm ki, onlar da bunu istəyərlər", - deyə ABŞ prezidenti bildirib. Tramp həmçinin iddia edib ki, Tehran müdafiə qabiliyyətini “demək olar ki, tamamilə itirdiyinə görə narahatdır” və “qorxur”. Bundan əvvəl Tramp ABŞ-ın İrana maksimum təzyiqini bərpa etmək üçün fərman imzalayıb. O, həmçinin Vaşinqtonun İran neftinin ixracını azaltmaq üçün səyləri gücləndirməsini nəzərdə tutur.ABŞ prezidenti Donald Trampın İranla bağlı məqsədi nədir?

Siyasi şərhçi Nazim Cəfərsoy Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Trampın bu açıqlaması İsraillə əslində koordinasiya edilmiş bir açıqamaya bənzəyir: “Bir tərəfdə “kökə və kötək” siyasətinin istifadəsini xatırladır. Yəni bir tərəfdən deyir ki, “bizimlə razılaşın”, digər tərəfdən deyir ki, “əgər razılaşmasanız İsrail sizi bizim dəstəyimizlə bombalayacaq”... Əslində Tramp açıqlamaları ilə bunu deməyə çalışır”.

Nazim Cəfərsoy

Nazim Cəfərsoy qeyd edib ki, Tramp həm də qeyd edir ki, “siz zəifsiniz, bombalanma olduğu zaman böyük zərər görəcəksiniz, bu səbəbdən də bizimlə razılaşma imzalayın”...

“Beləcə İranı bombalama ilə təhdid edərək, İsrailin yanında duracağını ifadə edərək və İsrailin hücumedəcəyini qeyd edərək İranı masaya gətirib, masada öz istədiyi və İsrailin istədiyi razılaşmanı imzalamağa çalışır. Məqsəd İsrailə və Amerikaya təhdid olmayan, Amerikanın bölgə maraqlarına qarşı çıxmayan, Rusiya və Çinin marağında olmayan bir İran modeli yaratmaqdır”-deyə siyasi şərhçi bildirib. Nazim Cəfərsoy əlavə edib ki, bu da çox ağır və çox mürəkkəb bir prosesdir və Trampın mövcud şərtlərdə bunu reallaşdırması mümkün deyil, amma uzun müzakirələrin sonunda İranla ABŞ arasında müəyyən razılaşmaların olacağı da istisna edilmir.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Fevral 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri