Icma.az
close
up
RU
ABŞ istehlakçılarından əfsanəvi xərclər

ABŞ istehlakçılarından əfsanəvi xərclər

Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da endirimli satışlar günü olan "Qara Cümə"də onlayn xərclər 11,8 milyard dollara çatıb.

Banco.az xəbər verir ki, “Adobe Analytics”in məlumatlarına görə, ölkədə məhdud müddətli endirimli satışların keçirildiyi Qara Cümə günündə onlayn satışlar artıb.

Həmin gün istehlakçılar onlayn olaraq 11,8 milyard dollarlıq rekord həcmdə alış-veriş ediblər.

Bu gündə edilən xərclərin məbləği ötən illə müqayisədə 9% artım göstərib.

ABŞ-da Qara Cümədən bir gün əvvəl qeyd olunan Şükran Günündə də onlayn alış-verişlərin həcmi 6,4 milyard dollara çatıb.

Süni intellekt dəstəyi ilə həyata keçirilən e-ticarət trafiki isə bu il keçən illə müqayisədə 805% artıb.

Mastercard SpendingPulse məlumatlarına görə, Qara Cümə günündə pərakəndə satışlar bu il ötən illə müqayisədə 4,1% artıb.

ABŞ-da noyabr ayının dördüncü cümə axşamı qeyd olunan Şükran Günü (Thanksgiving Day) ilə başlayan və bütün ölkə üzrə endirim kampaniyalarının yayıldığı Qara Cümə (Black Friday), kiçik bizneslərin satışlarını artırmağı hədəfləyən Kiçik Biznes Şənbəsi (Small Business Saturday) və Kiber Bazar ertəsi (Cyber Monday) ilə davam edən, daha sonra isə Milad və 31 Dekabrdakı Yeni İl Gecəsi ilə başa çatan dövr pərakəndə sektoru üçün böyük əhəmiyyət daşıyır.

Ölkədə “bayram mövsümü” adlandırılan bu dövr böyük pərakəndə şirkətləri üçün adətən ilin ən gəlirli vaxtı hesab edilir və amerikalı istehlakçıların iqtisadi durumunun mühüm göstəricisi kimi qiymətləndirilir.

ABŞ Milli Pərakəndə Satıcılar Assosiasiyasının proqnozlarına görə, ölkədə “bayram mövsümü” satışlarının bu il ilk dəfə olaraq 1 trilyon dolları keçəcəyi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://banco.az
archiveBu xəbər 30 Noyabr 2025 22:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri