Xankəndidə bayram atəşfəşanlığından GÖRÜNTÜLƏR
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Xankəndi şəhərində atəşfəşanlıq olub.Bayram tədbirləri çərçivəsində keçirilən atəşfəşanlıq şəhər səmasını rəngarəng işıqlarla bəzəyərək, sakinlərə unudulmaz anlar yaşadıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, doğma yurdun azad səmasında yüksələn bayram ovqatı sakinlərdə qürur, sevinc hissləri yaşadıb.
Tədbir zamanı ictimai asayiş və təhlükəsizlik tam təmin edilib.Qeyd edək ki, işğaldan azad edilmiş Xankəndidə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd olunması Azərbaycan dövlətinin gücünün, xalqımızın birliyinin və həmrəyliyinin, eləcə də bu torpaqlarda əbədi suverenliyin rəmzi kimi dəyərləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 01 Yanvar 2026 00:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















