ABŞ Kanadadan idxal edilən məhsullara 50% tarif tətbiq edəcək
Icma.az, Banco.az portalına istinadən məlumat yayır.
Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ administrasiyası Kanadanın Amerika məhsullarına qarşı "ayrı-seçkilikçi" ticarət siyasəti yürüdüyünü iddia edərək, bu ölkədən idxal olunan müəyyən məhsullara 50 faiz əlavə gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb.
Banco.az xəbər verir ki, Ağ Evin yaydığı məlumata görə, Prezident Donald Tramp 1930-cu il Tarif Qanununun 338-ci maddəsinə əsasən üç ayrı prezident fərmanı imzalayıb. Fərmanlar Kanadanın ABŞ ticarətinə qarşı "ayrı-seçkilikçi təcrübələrinə" cavab olaraq hazırlanıb.
Bildirilib ki, yeni tariflər avtomobillər, spirtli içkilər və süd məhsulları kimi ABŞ ixrac məhsulları üçün daha bərabər rəqabət şəraiti yaratmaq və Kanadanın ticarət siyasətindən qaynaqlanan mənfi təsirləri aradan qaldırmaq məqsədi daşıyır.
Tariflər Kanadadan idxal edilən müxtəlif məhsul qruplarını əhatə edəcək. Bunlara şərab, xokkey çubuqları, sement və digər mallar daxildir. Ağ Ev vurğulayıb ki, əlavə 50 faizlik rüsum məhsulların ABŞ–Meksika–Kanada Sazişinə (USMCA) uyğun olub-olmamasından asılı olmayaraq tətbiq ediləcək.
Bununla yanaşı, enerji məhsulları, kalium duzları, 232-ci maddə çərçivəsində artıq tarif tətbiq olunan məhsullar, eləcə də balıq və mühüm minerallar kimi bəzi mallar yeni tarifdən azad olunacaq.
Yeni tariflərin prezident fərmanlarının imzalanmasından 30 gün sonra — 19 avqust tarixində qüvvəyə minəcəyi bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 21 İyul 2026 09:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















