Icma.az
close
up
RU
ABŞ kəşfiyyatı Rusiyanın Ukrayna ilə kompromisə hazır olduğuna dair əlamətlər görmür KİV

ABŞ kəşfiyyatı Rusiyanın Ukrayna ilə kompromisə hazır olduğuna dair əlamətlər görmür KİV

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ kəşfiyyat orqanları xəbərdarlıq ediblər ki, Vladimir Putin Ukraynaya qarşı müharibəni davam etdirmək və döyüş meydanında qələbə qazanmaq niyyətində əvvəlkindən də qətiyyətlidir.

Qaynarinfo "NBC News”a istinadla xəbər verir ki, bu ay Konqres üzvlərinə təqdim olunan analitik hesabatda ABŞ kəşfiyyat agentlikləri Rusiyanın Ukrayna ilə kompromisə getməyə hazır olduğuna dair heç bir əlamət görmürlər, baxmayaraq ki, prezident Donald Tramp sülh danışıqları başlatmağa çalışır.

Bu qiymətləndirmə ABŞ və Qərb xüsusi xidmət orqanlarının 2022-ci ilin fevralından bəri dəyişməyən mövqeyi ilə üst-üstə düşür. ABŞ rəsmilərinin sözlərinə görə, Putin indi öz mövqeyində daha da "möhkəmlənib”, baxmayaraq ki, Rusiya ordusu böyük itkilər verir və ölkə ciddi iqtisadi çətinliklər yaşayır.

Kəşfiyyat hesabatında qeyd olunur ki, Putin Ukrayna əraziləri üzərində nəzarəti genişləndirmək və bu yolla insan itkisi və maliyyə fədakarlıqlarını əsaslandırmaq istəyir.

Ağ Ev isə kəşfiyyat məlumatlarının məzmununu şərh etməkdən imtina edib, lakin Trampın ictimai bəyanatlarına istinad edib:

"Prezidentin dediyi kimi, bu, Rusiyanın iki ən böyük neft şirkətinə qarşı ciddi sanksiyalardır və o, ümid edir ki, bu addımlar müharibənin bitməsinə kömək edəcək. ABŞ sülh yolu ilə həllin tərəfdarı olaraq qalır, lakin daimi sülh yalnız Rusiyanın vicdanlı danışıqlara hazır olması halında mümkündür”.

Avropa diplomatları və keçmiş kəşfiyyat əməkdaşlarının fikrincə, yeni sanksiyaların, Ukraynanın Rusiyanın enerji infrastrukturuna endirdiyi zərbələrin və Avropanın artan hərbi dəstəyinin birləşməsi zamanla Kremlin hesablamalarını dəyişə bilər.

Bundan əvvəl UNIAN yazmışdı ki, Ukrayna ordusu Rusiya qoşunlarının cəbhədəki zəif nöqtələrini aşkara çıxarıb. Ukraynanın seçdiyi taktika düşmənin mexanikləşdirilmiş hücumlarına qarşı çox effektiv olub. Ruslar yay hücumu zamanı kiçik qruplar halında irəliləməyə çalışsalar da, bu cəhdlər yüksək itkilər bahasına məhdud uğur gətirib.

Bundan başqa, bildirilir ki, Rusiyada ilboyu çağırış sistemi tətbiq olunur. Artıq əsgərlərin seçimi və tibbi müayinəsi il ərzində fasiləsiz aparılacaq. Bu barədə qanun Dövlət Duması tərəfindən qəbul edilib.

Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Oktyabr 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see276

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see238

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see208

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see201

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see186

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see184

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see166

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see162

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see160

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see155

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see154

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see152

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see147

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see144

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri