ABŞ klubu Nərimandan sonra daha bir azərbaycanlı üçün müraciət etdi
Icma.az, Olke.az saytına istinadən bildirir.
Nəriman Axundzadəni sıralarına qatan "Kolumbus Kru" daha bir azərbaycanlı futbolçuya elçi düşüb. 23 yaşlı hücumçu ilə müqavilə bağlamış ABŞ klubu bu dəfə də "Qarabağ"ın qapısını döyüb.
MLS təmsilçisi indi də Toral Bayramovun xidmətində maraqlıdır. "Kolumbus Kru" adıçəkilən müdafiəçiyə iddiasını rəsmi surətdə ortaya qoyub. Ona görə Azərbaycan çempionuna müraciət göndəriblər. Ölkə.Az xəbər verir ki, bu barədə Sportinfo yazıb.
"Qarabağ" yaxınlarda Jeremi Qnalini AEK-dən transfer edib. Kipr klubundan alınan sol cinah müdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb.
Fransalı legionerin gəlişindən sonra Toral Bayramovun ilk "11-lik"də yer almaq ehtimalı bir qədər də azalıb. Odur ki, "Xəzər Lənkəran"ın yetirməsinin yayda düşərgəni dəyişməsi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 14 Mart 2026 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















