Icma.az
close
up
RU
ABŞ Konqresində erməni lobbiçiliyi və “Epşteyn faylları”

ABŞ Konqresində erməni lobbiçiliyi və “Epşteyn faylları”

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Konqresində  Erməni lobbi  Qrupu var (CAC- Congressional Armenian Caucus). Uzun illərdir ki, Vaşinqtonun Cənubi Qafqaz siyasətinə təsir göstərir. 1995-ci ildən fəaliyyət göstərən qrup öz sıralarına 100-dən çox konqresmeni cəlb edə bilib. Təsis bəyənnaməsində qeyd olunur ki, məqsədi ABŞ-ın Ermənistana və qondarma “Artsax”a həm maliyyə, həm də siyasi dəstəyinin artırılmasına nail olmaq, “erməni soyqırımı”nın tanıdılmasını, Qarabağın separatçı rejiminin legitimləşdirilməsini təmin etməkdir.  

CAC təkcə lobbiçilik fəaliyyəti ilə kifayətlənməyib. ABŞ-nin beynəlxalq hüquqa əsaslanan mövqeyini təhrif etməyə, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almağa,  regionda separatizmi təşviq etməyə çalışıb. Qarabağ münaqişəsinin aktiv fazası və sonrakı dövrdə CAC-ın destruktiv fəaliyyəti onun mahiyyətini  açıq şəkildə ortaya qoyub.

Qrup Qarabağda “müstəqil erməni dövlətinin qurulması” yönündə fəaliyyətini Qarabağ müharibəsinin bitməsindən sonra da davam etdirib. Məsələn, 2020-ci ildə ABŞ administrasiyasını “Artsaxın müstəqilliyini tanımağa”, burada yaşayan ermənilərin “öz müqəddəratını təyin etmək hüququnu dəstəkləməyə” çağırıb. 19 fevral 2021-ci ildə isə “100 ABŞ konqresmeni” adından  Co Baydenə ünvanlanan müraciətdə “ABŞ-nin ATƏT-in Minsk Qrupunda fəaliyyətini davam etdirməsini istəyib. Dağlıq Qarabağ münaqişəsinin “ədalətli  həlli üçün ermənilərin mövqeyini dəstəkləməsi”ni tələb ediblər.

Demokrat Partiyasının erməni simbiozu

Diqqətçəkən haldır ki, CAC-ın əksər üzvləri Demokrat Partiyasının üzvləridir. Düzdür, burada Qus Bilirakis və David Valadao kimi Respublikaçılar Partiyasından olan 2 konqresmenin də adı keçir. Amma koordinasiya,  gündəlik fəaliyyət və  siyasi təşəbbüsləri əsasən demokrat konqresmenlər tərəfindən həyata keçirilib. Qrupun sədr və həmsədrləri – Adam Şiff, Frank Pallone, Bred Şerman uzun illər Demokrat Partiyasının aparıcı fiqurları olublar. Məhz Adam Şiffin imzası ilə 5 mart 2021-ci ildə Konqresə Azərbaycanın guya “erməni hərbi əsirləri və mülki şəxsləri azad etmədiyi” iddiasını ehtiva edən qətnamə layihəsi təqdim olunub. Layihə faktlara deyil, erməni lobbi mərkəzlərinin hazırladığı siyasi tezislərə əsaslanırdı.

CAC-ın fəaliyyəti  Ermənistan və separatçı rejimə dəstək göstərməklə məhdudlaşmayıb. Qrup paralel şəkildə ABŞ-Azərbaycan münasibətlərini korlamaq, Bakıya qarşı sanksiya mexanizmlərini işə salmaq üçün çalışıb.  “Azərbaycanda insan haqları pozuntuları” mövzusunu sistemli şəkildə Konqresin gündəminə daşıyıb. Bu prosesdə təəssüf ki, özünü “Azərbaycan müxalifəti” kimi təqdim edən müəyyən çevrələrin də manipulyativ şəkildə istifadə olunması müşahidə edilib.

“İnsan haqları müdafiəçiləri”nin cinayətləri ifaşa olundu

Qrupun aktiv üzvlərindən biri Robert (“Bob”) Menendezdir. Uzun müddət ərzində  ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri olub. 20 il müddətində sistemli şəkildə Azərbaycan və Türkiyə əleyhinə bəyanatlar verib. Konqresdə Azərbaycanın nüfuzuna xələl gətirmək üçün dinləmələr təşkil edib, “Azərbaycanı insan haqlarını pozduğuna görə” qınayıb. Senatın Xarici Əlaqələr Komitəsinin sədri olduğu dövrdə “Ermənilərin Azərbaycan təcavüzündən qorunması” adlı qanun layihəsi hazırlayaraq təqdim edib.

İronik haldır ki,  2023–2024 illərdə ABŞ federal strukturları Menendezə qarşı  korrupsiya ittihamları ilə iş açıblar. 2006-cı ildən 2024-cü ilə qədər, yəni məhkum olunduğu ana qədər Nyu-Cersini  ABŞ Senatında təmsil edən bu şəxs Demokrat Partiyasının üzvüdür. Korrupsiya, rüşvət, hüquq pozuntularında günahı sübuta yetirilib və 2025-ci ilin yanvarında 11 il müddətinə həbs cəzasına məhkum edilib.

Məlumat üçün qeyd edək ki, Menendezin həyat yoldaşı Nadin Arslanyan Livan ermənisidir. İstintaq müəyyən edib ki, o, korrupsiya sxemində ciddi  rol alıb, ərinin Senatın Xarici Əlaqələr Komitəsinin sədri postundan “üçüncü tərəflərin xeyrinə istifadə edib”. Nadin Arslanyan əri ilə birgə mühakimə edildikdən sonra, dörd il yarım həbs cəzasına məhkum edilib.

“Epşteyn faylları”nın dərcindən sonra isə bu qrup üzvlərinin daha iyrənc əməlləri ortaya çıxıb. 

Adam Schiff CAC-ın həmsədri olub. O da Konqresdə ABŞ Demokratlar Partiyasını təmsil edib. Azərbaycanla bağlı bədnam qanun layihələrinin hazırlanmasında aktiv rol oynayıb. Qarabağ məsələsi və “Azərbaycanda insan hüquqları pozuntuları”   mövzusunda birmənalı şəkildə Erməni lobbisi tərəfindən hazırlanmış tezisləri qabardıb. O, 2024-cü ildə “Qarabağdan qovulmuş 120 min erməninin hüquqlarının bərpası üçün” qanun layihəsi hazırlayaraq Konqresə təqdim edib. Azərbaycan İcmasının yaydığı bəyanatdan aydın olur ki, “Adam Şiff ABŞ Konqresini çaşdırmaq, Azərbaycan əleyhinə qətnamə qəbul edilməsinə nail olmaq üçün faktları manipulyasiya edib”. Məsələn, Qarabağ ermənilərinin sayını şişirdilmiş rəqəmlə,  120 min nəfər göstərib. Həmçinin, ermənilərin guya Qarabağdan zorla qovulduğunu iddia edib. Hansı ki, Azərbaycan hərbi əməliyyatlar zamanı mülki ermənilərin zərər görməməsi üçün hər cürə tədbirlər alıb. Mülki erməni əhalisinin Qarabağda qalıb yaşamaları üçün açıq çağırışlar edib. Bütün bunlar dünyanın gözü qarşısında baş verib.  Şiff isə hazırladığı layihədə bu faktları inkar edib. Azərbaycan İcmasının bəyanatında qeyd edilir ki, “Adam Şiff öz fəaliyyəti boyunca heç bir zaman Ermənistandan qovulan azərbaycanlılar mövzusuna toxunmayıb. Ermənistandan 300 min və işğal olunmuş Azərbaycan ərazilərindən 700 min nəfər azərbaycanlının zorla çıxarılması faktına göz yumub”.

Məlumat üçün qeyd edək ki, Adam Şiff  həm də COP29-a qarşı beynəlxalq kampaniya aparan çevrənin fəal üzvlərindən biridir. Bu kontekstdə o qədər irəli gedib ki, sonda   Azərbaycan Qeyri Hökumət Təşkilatları ABŞ dövlət katibinə  müraciət ünvanlayıblar. Azərbaycan QHT-ləri Marko Rubiodan Adam Şiffin erməni lobbisi ilə korrupsiya əlaqələrinin araşdırılmasını tələb ediblər.  

“Epşteyn faylları” və yeni mərhələ

ABŞ Ədliyyə Nazirliyinin “Epşteyn faylları”nı dərc etməsindən sonra CAC-ın aparıcı fiqurlarının adları beynəlxalq cinayət şəbəkəsi kontekstində gündəmə gəlib. İndi bəlli olur ki, Adam Şiff həm də Cefri  Epşteynin cinayətkar dəstəsinin üzvü olub. Sosial media istifadəçiləri Demokrat Konqresmen Adam Şiffin Ceffri Epşteynlə birlikdə olduğunu göstərən bir neçə şəkil paylaşıblar.

“Reuters”in yazdıqlarından belə məlum olur ki, Adam Şiffin Epşteynlə əlaqələri məsələsi hələ 2019-cu ildə  gündəmə gəlib. “Amma həmin dövrdə Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri postunu tutan Adam Şiff öz səlahiyyətlərindən istifadə edərək, məsələni ört-basdır etməyi bacarıb.  Epşteynlə birgə olduğunu göstərən  şəkilləri montaj adlandırıb, özündən kənarlaşdıra bilib”. Ötən həftə ABŞ Ədliyyə Nazirliyinin “Epşteyn faylları”nı dərc etməsindən sonra Adam Şiff-Epşteyn əlaqələri mövzusu yenidən gündəmə gəlib.

Hazırda Robert Menendez cinayətkar əməllərinə görə həbsdə yatır. Adam Şiffin isə  Epşteyn şəbəkəsində iştirakı təsdiqlənib. Siyahıda Bred Şerman, Frank Pallone, Kris Smit, Sam Braunbek, Devid C. Kramer, Qus Bilirakis kimi digər CAC üzvlərinin adları da çəkilir.

Ədliyyə Nazirliyinin məlumatından görünür ki, “Epşteyn faylları”nın sayı 6 milyondan çoxdur. İndilik onlardan cəmi 3 milyon yarımı dərc edilib. Bu sənədlərin tam şəkildə dərc olunması ABŞ Konqresində erməni lobbiçiliyinin təkcə siyasi deyil, həm də kriminal bağlantılarını üzə çıxara bilər.  

Digər 3 milyon fakt dərc ediləcəyi anı gözləyir. Kimlərin adı hələ gizli saxlanılır? Azərbaycan əleyhinə olan şəxslərdən daha kimlərin adı  bu siyahılarda var və nə üçün onların adı çətinliklə üzə çıxır? Hansı maraqlar bu prosesin ləngidilməsinə xidmət edir? Bu sualların cavabı barədə növbəti yazımızda geniş bilgi veriləcək.

Müşfiq Ələsgərli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 Fevral 2026 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see467

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see351

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see294

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see251

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see248

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see243

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see238

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see238

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see228

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see206

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see195

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see193

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see188

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri