Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Ötən onilliklərin solmayan kinolentləri

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Ölümdən sonra insanı nə gözləyir?

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Revanşistlərə “açıq qapı” qoyulmamalıdır

Revanşistlərə “açıq qapı” qoyulmamalıdır

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasına töhfə verməyə qadir olduğu qənaətindədir. 

Türkiyə mətbuatına müsahibə verən nazir qeyd edib ki, Ankara Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini müsbət qiymətləndirir və bunu Ermənistan-Azərbaycan danışıqlarında irəliləyişlə əlaqələndirir. Onun sözlərinə görə, əgər Ermənistan-Türkiyə münasibətləri tam şəkildə normallaşarsa, bu hal Ermənistanla Azərbaycan arasında etimadın möhkəmlənməsinə də əhəmiyyətli töhfə verə bilər. 

Eyni zamanda, Ararat Mirzoyan bildirib ki, bu kimi məsələlərdə fərqli baxışlar olsa da, Türkiyə tərəflərin yaxınlaşmasında konstruktiv rol oynaya bilər. Qondarma erməni soyqırımının beynəlxalq səviyyədə tanınması məsələsinə gəlincə, Mirzoyan bu mövzunun Baş nazir Nikol Paşinyanın hazırda Ermənistanın xarici siyasət prioritetlərindən biri olmadığı barədə bəyanatını təkrarlayıb. Mirzoyan qeyd edib ki, keçmişə hörmətlə keçmişə bağlı yaşamaq istəyini ayırd etmək lazımdır. O, gələcəyə baxmaq üçün birlikdə hərəkət etməyin zəruri olduğunu deyib. 

Qeyd edək ki, Ararat Mirzoyanın açıqlaması Nikol Paşinyan hökumətinin Türkiyəyə qarşı “erməni soyqırımı” iddialarından imtina etməsi kimi şərh oluna bilər. Bu isə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması istiqamətində ən vacib şərtlərdən birini təşkil edir. Türkiyənin Ermənistan qarşısında irəli sürdüyü əsas tələblərdən biri uydurma soyqırımı iddialarından əl çəkməkdən ibarətdir. Bu baxımdan, xarici işlər naziri “soyqırım” mövzusunun Ermənistanın xarici siyasətinin əsas prioritetləri sırasından çıxarıldığını vurğulamaqla Türkiyənin tələbinin yerinə yetirildiyinə dair görüntü yaradır. 

Beləliklə, Mirzoyan “topu” Türkiyənin meydanına ötürməklə, indi siyasi güzəştlərin Ankara tərəfindən edilməli olduğu mesajını verir. Yəni, söhbət iki ölkə arasında sərhədlərin açılmasından gedir. Doğrudur, əvvəlki hakimiyyətlərin dövrü ilə müqayisədə Paşinyanın komandası xarici siyasətdə qondarma erməni soyqırımının beynəlxalq səviyyədə tanınması məsələsini qaldırmır. Bu isə daha çox Ermənistanın Azərbaycana qarşı işğalının nəticələrinin aradan qalxması və Qarabağdakı separatçı rejimin ləğvi fonunda bölgədə yaranmış yeni geosiyasi reallıqlarla bağlıdır. Mirzoyanın sözləri heç də Ermənistanın tarixi-siyasi proseslərə obyektiv qiymət vermək niyyətindən irəli gəlmir. 

Çünki Ermənistan hakimiyyəti qondarma soyqırım iddiasından imtina etmək niyyətini hüquqi müstəvidə təsbit etməlidir. Əks təqdirdə, Ararat Mirzoyanın və ya Nikol Paşinyanın açıqlamaları siyasi bəyanat, yaxud söz olaraq qalacaq. Rəsmi İrəvan Türkiyə ilə münasibətlərin normallaşması, o cümlədən 1915-ci il “erməni soyqırımı” iddialarından əl çəkmək üçün ilk növbədə Ermənistan Konstitusiyasına dəyişiklik etməlidir. 

Qeyd edək ki, 1990-cı ildə qəbul edilmiş Ermənistanın Müstəqillik Bəyannaməsinin 11-ci bəndində “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanıması məsələsi dəstəklənir. Həmçinin, sözügedən bənddə “Qərbi Ermənistan”ın beynəlxalq səviyyədə tanıması ifadəsi yer alır. Bununla da Ermənistan Türkiyənin altı şərq vilayətinə ərazi iddiası irəli sürüb. 

1995-ci ildə Ermənistan Konstitusiyası qəbul edilərkən preambula hissəsində Müstəqillik Bəyannaməsinə istinad edilib. Yəni bu gün Ararat Mirzoyanın açıqlamasından fərqli olaraq, Ermənistan Konstitusiyasında “soyqırımının tanınması” məsələsi de-yure saxlanılıb. Ona görə də Ermənistan Türkiyəyə qarşı qondarma soyqırımı və ərazi iddialarından imtina etmək üçün real addımlar atmalıdır. Bu isə referendum keçirilməsi və Müstəqillik Bəyannaməsinə istinad hissəsinin Ermənistan Konstitusiyasının mətnindən çıxarılması nəticəsində mümkün ola bilər. 

Lakin Ermənistanın Türkiyəyə qarşı əsassız ərazi iddiaları bununla yekunlaşmır. Ermənistanın dövlət gerbində Ağrı dağının təsviri əks olunub və bununla da Türkiyəyə qarşı ərazi iddiası irəli sürülüb. Bu, Ermənistan Konstitusiyasının 21-ci maddəsində və “Dövlət Gerbi Haqqında” Qanunda təsbit edilib. Ona görə də Ermənistan Konstitusiyasının yalnız preambula hissəsinə deyil, həm də 21-ci maddəsinə hüquqi cəhətdən xitam verilməlidir. Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 16-da jurnalistlərə açıqlamasında Müstəqillik Bəyannaməsinə istinad hissəsinin konstitusiyadan çıxarılmalı olduğunu deyib: 

“Yeni Konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinadlar olmamalıdır. İstiqlal Bəyannaməsinin mətnini öyrənərək əvvəllər demişdim ki, orada Ermənistan üçün müstəqil dövlətçilik ola bilməz, bu mümkün deyil. Ona görə deyə bilmərəm ki, yeni konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinad olmalıdır. Yeni Konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinadlar olmamalıdır. 

Amma qərarı Ermənistan xalqı verir. Təbii ki, siyasi qüvvələr lehinə və əleyhinə arqumentlər irəli sürürlər”,-deyə o bildirib. Göründüyü kimi, Nikol Paşinyan konstitusiyanın hazırkı mətninin həm Azərbaycanla sülhə, həm də Türkiyə ilə münasibətlərin normallaşmasına ciddi maneə olduğunu anlayır. 

Çünki Ermənistan hər iki ölkəyə qarşı ərazi iddilarından imtina etməlidir. Qondarma erməni soyqırımının tanınması məsələsinin Ermənistanın xarici siyasət prioritetləri sırasından çıxarılması yalnız bundan sonra reallaşa bilər. Əks təqdirdə, Ermənistanda revanşist müxalifət hakimiyyətə gələcəyi təqdirdə, “soyqırımı” məsələsini və ərazi iddiaları üzərində qurulmuş türk düşmənçiliyini xarici siyasətin strategiyasına çevirəcək. 

Müşfiq Abdulla
"Cebheinfo.az"

Açar sözlər: revanşistlər Ararat Mirzoyan Türkiyə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Aprel 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see297

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see221

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see203

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see182

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see180

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see177

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see177

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see177

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see177

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see176

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see176

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see176

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see175

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see175

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see174

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see173

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see172

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see172

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see171

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri