Icma.az
close
up
RU
ABŞ konqresinin 15 üzvü Quantanamo həbsxanasının bağlanmasını tələb edir

ABŞ konqresinin 15 üzvü Quantanamo həbsxanasının bağlanmasını tələb edir

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Demokratlar Partiyasının ABŞ Konqresindəki nümayəndəsi Rəşidə Tlaibin başçılığı ilə 15 konqresmen Tramp administrasiyasına məktubla müraciət edərək Quantanamo təcridxanasının həmişəlik bağlanmasını tələb ediblər.

Gununsesi.info “Anadolu agentliyi”nə istinadən xəbər verir ki, Tlaib məktubun fotosunu Tramp administrasiyasının təxminən 9 min insanı Quantanamoya göndərməyi planlaşdırdığına dair iddiaların ortaya çıxdığı bir vaxtda rəsmi internet səhifəsində yerləşdirib.

Məktubda “20 ildən artıqdır ki, Quantanamo ədalətsizlik, işgəncə və islamofobiya yuvasıdır”, “Prezident Trampın sığınacaq axtaran minlərlə mühaciri həbs etmək qərarı qanunsuzdur” kimi ifadələr yer alıb.

Məktubda qeyd edilir ki, illər öncə bağlanmalı olan Quantanamonun açıq saxlanılması gələcək administrasiyalara miqrantları hüquqlarından məhrum etmək üçün bəhanə verə bilər.

Qeyd edək ki, Quantanamo təcridxanası 11 sentyabr 2001-ci il hücumlarından sonra ABŞ-nin keçmiş prezidenti Corc Buşun əmri ilə şübhəli “terrorçuları” saxlamaq və dindirmək üçün açılıb. İnsan haqları təşkilatlarının fikrincə, bu, beynəlxalq hüququn çoxsaylı pozuntularının simvolu hesab olunur .

Kuba ərazisində yerləşən Quantanamo Amerika bazası olsa da, orada yerli qanunlar işləyir.

Yanvar ayında vəzifəyə gəldikdən sonra Prezident Tramp anti-immiqrasiya siyasətinin bir hissəsi olaraq Quantanamoda 30 min sənədsiz immiqrantın yerləşdirilməsi üçün müəssisənin yaradılmasına göstəriş verib.

ABŞ müdafiə naziri Pete Hegset Quantanamonu “immiqrantlar üçün ideal yer” adlandırıb.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 İyun 2025 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri