Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

ABŞ kosmos üçün nüvə reaktoru hazırlayır

ABŞ kosmos üçün nüvə reaktoru hazırlayır

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Kosmik Qüvvələri kosmik aparatları enerji ilə təmin edəcək nüvə reaktoru üçün 161 milyon dollarlıq müqavilə imzalayıb
ABŞ Kosmik Qüvvələri Antares şirkəti ilə R1-S nüvə reaktorunun hazırlanması üzrə 161 milyon dollar dəyərində müqavilə imzalayıb. Reaktorun kosmik aparatların enerji ilə təmin edilməsi üçün nəzərdə tutulduğu bildirilir. Gələn il isə Antares-in digər mikroreaktoru ABŞ Kosmik Qüvvələrinin kosmosda fəaliyyət göstərən yerüstü sistemlərindən birini enerji ilə təmin etməlidir.

ABŞ kosmosdakı hərbi imkanlarını fəal şəkildə genişləndirir. Son sutka ərzində Vaşinqton artıq orbitdə kosmik silah yerləşdirdiyini açıqlayıb. Lakin kifayət qədər güclü hərbi sistemlərin fəaliyyəti böyük həcmdə enerji tələb edir. Günəş panelləri isə bunu hər zaman təmin edə bilmir. Məsələn, iri peyk Yerin kölgəsində qaldıqda Günəş enerjisi əldə edə bilmir və onun akkumulyatorlarının tutumu kifayət etməyə bilər. Bu isə hərbçilərin nüvə reaktorlarına marağını artırır.

Lakin adi yerüstü nüvə reaktorları kosmik şərait üçün uyğun deyil. Onlar çox ağır və iriölçülüdür. ABŞ hərbçiləri Kaliforniyada fəaliyyət göstərən özəl Antares şirkətinə bu məqsədlə 161 milyon dollarlıq müqavilə ayrıldığını açıqlayıblar. Şirkət bir sıra qeyri-adi texnologiyaların kombinasiyasına əsaslanan reaktorlar hazırlayır.

Antares, bir tərəfdən, Yer səthindəki hərbi bazaların enerji təminatı üçün Mark-1 reaktorunu hazırlayır. Bu reaktorda keramika örtüklü sferik yanacaq elementlərindən istifadə olunur. Örtüyün altında qrafit, onun daxilində isə uran oksidi yerləşir.

Reaktorun aktiv zonasının soyudulması üçün natrium istilik borularından istifadə edilir. Bunlar daxilində natriumun dövr etdiyi metal borulardır. Natrium əvvəlcə buxarlanaraq qaz halına keçir, daha sonra kondensasiya olunaraq yenidən mayeyə çevrilir. Yüksək istilikkeçirmə qabiliyyəti və buxarlanma prosesində böyük miqdarda istilik udması sayəsində natrium istiliyi ikinci konturdakı azota effektiv şəkildə ötürür. Qızdırılmış və təzyiq altında olan azot daha sonra qapalı dövrəli qaz turbinini hərəkətə gətirir.

Bu sxem eyni gücə malik və mülki energetikada geniş istifadə olunan su-su tipli reaktorlarla müqayisədə prinsip etibarilə daha yüngül və sadədir. Burada atom elektrik stansiyalarında xarakterik olan iri ölçülü buxar turbinləri yoxdur və sistem böyük həcmdə sudan asılı deyil.

İlk belə reaktorun artıq 2027-ci ildə ABŞ hərbi bazalarından birini enerji ilə təmin etməsi planlaşdırılır. Bu ilin iyununda Mark-0 adlı nümayiş reaktoru ABŞ Energetika Nazirliyinin laboratoriyalarından birində işə salınıb. Beləliklə, yaxın vaxtlara qədər əsasən layihə səviyyəsində olan Antares 2020-ci illərdə bu tip qabaqcıl reaktoru sınaqdan keçirən ilk şirkətlərdən birinə çevrilib.

Yeni müqaviləyə əsasən, şirkət təkcə kosmik reaktorun Yer üzündə işləkliyini nümayiş etdirməməli, həm də onu kosmik aparata inteqrasiya etməlidir.

Antares kosmik reaktoru tamamilə sıfırdan hazırlamaq niyyətində deyil. Bunun əvəzinə şirkət Mark-1 texnologiyasını müəyyən dəyişikliklərlə R1-S reaktoruna uyğunlaşdıracaq. Yerüstü prototipin kosmik məqsədlər üçün konkret olaraq necə dəyişdiriləcəyi hələ açıqlanmayıb.

Mütəxəssislərin fikrincə, azot əsaslı qapalı qaz-turbin dövrəsi kosmik şərait üçün optimal seçim olmaya bilər. Buna görə də ksenon kimi daha ağır qazdan istifadə edilməsi ehtimalı istisna edilmir.

Antares-in Mark-0 reaktoru ilə əldə etdiyi uğura baxmayaraq, kosmosda nüvə reaktorunun reallaşdırılması hələ də olduqca mürəkkəb vəzifə olaraq qalır. Əsas problemlərdən biri reaktorda yaranan istiliyin kosmosa effektiv şəkildə ötürülməsidir. Bunun üçün etibarlı radiator sistemləri tələb olunur.

Enerjinin qaz-turbin prinsipi ilə çevrilməsinin kosmik şəraitdə həyata keçirilməsi isə indiyədək dünyada heç bir ölkə tərəfindən tam şəkildə reallaşdırılmayıb. Buna görə Antares-in ilkin mərhələdə aktiv zona ilə ətraf mühit arasındakı temperatur fərqindən istifadə edən termoelektrik generatorlara üstünlük verməsi də mümkündür. Oxşar texnologiyalardan vaxtilə SSRİ-nin bir sıra kosmik nüvə reaktorlarında istifadə olunub.

Hazırda dünyada kosmosda fəaliyyət göstərən nüvə reaktoruna malik heç bir ölkə yoxdur. ABŞ hərbçiləri planlarını tam şəkildə həyata keçirə bilsələr, Vaşinqton XXI əsrdə kosmosda nüvə reaktorundan istifadə edən ilk dövlət ola bilər.

Antares şirkətinin təsisçisi və rəhbəri bu texnologiyanın strateji əhəmiyyətini gizlətmir. Onun sözlərinə görə, “nüvənin parçalanması ABŞ üçün kosmosda bu gün əlçatmaz olan strateji imkanların qapısını açacaq”.

Hazırladı:

S.ELAY

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Sentyabr 2026 21:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see505

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see477

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see286

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see267

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see260

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see259

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see250

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see248

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see247

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see243

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see238

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see226

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see225

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see216

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see214

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see203

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see200

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see197

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri