Polşada gərginlik pik həddə çatdı Onlar vəzifədən uzaqlaşdırıldı
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Polşa Konstitusiya Məhkəməsinin sədri Boqdan Sveçkovski və onun mavini Bartlomey Sohanski vəzifələrindən uzaqlaşdırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu qərardan dərhal sonra ölkədə siyasi gərginlik pik həddə çatıb, məhkəmə binası polis tərəfindən mühasirəyə alınıb.
Hazırda məhkəmənin idarəçiliyini ən yüksəkvəzifəli hakim Anna Korvin-Piotrovska üzərinə götürüb.
Məhkəmə rəhbərliyinin kənarlaşdırılması diplomatik qalmaqala da səbəb olub. Polşanın Pekindəki səfiri Yakub Kumoç ölkədə baş verənlərə etiraz olaraq dərhal istefa verib və səfir kimi fəaliyyətini davam etdirə bilməyəcəyini bəyan edib.
Polşanın xarici işlər naziri Radoslav Sikorski isə diplomata sərt cavab verərək onun səlahiyyətlərinin qeyri-peşəkar şəkildə başa çatdığını və artıq dövləti təmsil etmədiyini bildirib.
Qərarın elan olunmasından sonra müxalifətdə olan Hüquq və Ədalət Partiyası (PiS) lideri Yaroslav Kaçinski, keçmiş baş nazir Mateuş Moravetski və məhkəmənin sabiq sədri Yuliya Pjılebska da daxil olmaqla, çox sayda insan binanın qarşısına toplaşıb. Hasarları aşmağa çalışan və hüquq-mühafizə əməkdaşlarına müxtəlif əşyalar atan etirazçılardan 3 nəfər saxlanılıb.
Baş nazir Donald Tusk isə kənarlaşdırma qərarını müdafiə edib: “Qanunun aliliyini bərpa etmək bizim borcumuzdur. İllərlə davam edən qanunsuzluqdan sonra bu, qətiyyətli addımlar tələb edən ağrılı bir prosesdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 31 Oktyabr 2026 04:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















