Icma.az
close
up
RU
ABŞ la Çin arasında razılaşmadan sonra qızılın qiyməti 3 faiz aşağı düşüb

ABŞ la Çin arasında razılaşmadan sonra qızılın qiyməti 3 faiz aşağı düşüb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 13 may, AZƏRTAC

ABŞ və Çin qarşılıqlı gömrük rüsumlarının azaldılması ilə bağlı razılıq əldə etdiklərini açıqladıqdan sonra qızılın qiyməti 3 faiz aşağı düşüb. Bu xəbər eyni zamanda dolların məzənnəsinin artmasına səbəb olub.

AZƏRTAC xəbər verir ki, spot bazarda qızılın qiyməti 3,1 faiz azalaraq bir troy unsiyası 3223,57 ABŞ dollarına enib. Bu, mayın 1-dən bəri qeydə alınan ən aşağı göstəricidir. ABŞ-da qızıl fyuçerslərinin qiyməti isə 3,5 faiz azalaraq 3228,80 dollara düşüb.

ABŞ və Çin arasında gərginliyin xeyli azaldığı bu mərhələdə tərəflər qarşılıqlı gömrük rüsumlarının azaldılması ilə bağlı razılığa gəldiklərini bildiriblər. Bu addım, uzun müddətdir davam edən və qlobal iqtisadiyyata mənfi təsir göstərən ticarət müharibəsinə son qoymaq məqsədi daşıyır.

Cenevrədə Çin rəsmiləri ilə danışıqlardan sonra mətbuata açıqlama verən ABŞ maliyyə naziri Skot Bessent bildirib ki, tərəflər gömrük rüsumlarının 90 günlük dayandırılması barədə razılığa gəliblər, qarşılıqlı rüsumlar isə 115 faiz azaldılır.

Qeyd edək ki, ötən ay ABŞ və Çin qarşılıqlı gömrük rüsumları tətbiq etməklə ticarət müharibəsinin başlanmasına səbəb olublar ki, bu da qlobal resessiya qorxularını artırmışdı.

Dolların möhkəmlənməsi fonunda qızılın qiymətinin düşməsinin davam edəcəyi gözlənilir. ABŞ dolları danışıqlardan sonra avro, funt sterlinq, yapon yeni də daxil olmaqla əsas dünya ehtiyat valyutalarına qarşı dəyər qazanıb.

Treyderlər ABŞ-da çərşənbə axşamı açıqlanacaq istehlak qiymətləri indeksinə dair məlumatları izləyirlər. Bu göstəricilər Federal Ehtiyat Sisteminin pul-kredit siyasətinin gələcək istiqaməti barədə yeni siqnallar verə bilər.

Spot bazarda gümüşün qiyməti 1,2 faiz azalaraq 32,28 dollar, platinin qiyməti isə 1,7 faiz enərək 978,5 dollar təşkil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2025 02:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see198

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see156

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see137

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see132

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri