ABŞ la memorandum sabah olmayacaq, ancaq... Bəqai
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumu yaxın günlərdə imzalana bilər, amma bu, sabah olmayacaq.
Axar.az APA-ya istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
“Memorandumun dəqiq nə vaxt imzalanacağı ilə bağlı gözləməliyik. Bu, sabah baş verməyəcək, lakin yaxın günlərdə imzalanması ehtimalını da istisna etmək olmaz”, – Bəqai bildirib.
Onun sözlərinə görə, Vaşinqtonun mövqeyindəki qeyri-müəyyənlik səbəbindən proseslə bağlı açıqlamalarda ehtiyatlı olmaq lazımdır.
Bəqai ABŞ-ın regional hadisələrlə bağlı bəzi mövqelərinə də toxunaraq bildirib ki, Vaşinqtonun müəyyən məsələlərdə Tehranla razılaşmaması İran üçün problem yaratmır:
“ABŞ-ın bəzi məsələlərdə razılaşmaması bizim üçün problem yaratmır. Biz öz maraqlarımız əsasında və beynəlxalq hüquq çərçivəsində hərəkət etməliyik. Harada milli maraqlarımızın tələb etdiyini görsək və addımlarımız beynəlxalq hüquqa uyğun olsa, həmin istiqamətdə fəaliyyət göstərəcəyik”, – o əlavə edib.
Qeyd edək ki, daha əvvəl Pakistan Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında sülh sazişinin növbəti 24 saat ərzində yekunlaşdırıla biləcəyini açıqlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 13 İyun 2026 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















