“ABŞ la razılaşmaq üçün bunu da etməyə hazırıq” Pezeşkian
Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“ABŞ-la razılaşma əldə olunacağı təqdirdə Tehran 60 faizə qədər zənginləşdirilmiş uran ehtiyatlarını azaltmağa hazırdır”.
Turkustan.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“Beynəlxalq hüquq çərçivəsində və Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə əsasən, mövcud normalardan irəli gələn bütün tələbləri yerinə yetirəcəyik. Biz danışıqlar aparırdıq və bu materialın ehtiyatlarını əhəmiyyətli dərəcədə azaltmağa, onu zənginlik səviyyəsini aşağı salmağa hazır idik”, – deyə İran Prezidenti “Fox News” telekanalının aparıcısının sualını cavablandırarkən bildirib.
Pezeşkian həmçinin qeyd edib ki, İran heç vaxt nüvə silahı yaratmağa çalışmayıb.
“Qətiyyən yox. Hörmətli Ali Liderimizin dəfələrlə bəyan etdiyi kimi, bu, dini göstərişlərə ziddir. Kütləvi qırğın silahlarına sahib olmaq qanunsuzdur”./Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 25 Sentyabr 2026 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















