ABŞ la Rusiya arasında yeni gərginlik: Cavab tədbirləri olacaq!
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Rusiya ABŞ-ın Yaponiyada orta mənzilli raketlər yerləşdirmək planlarından ciddi narahatdır”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin üçüncü Asiya departamentinin direktoru Lyudmila Vorobyova deyib.
“Biz Tokioya dəfələrlə xəbərdarlıq etmişik. ABŞ orta mənzilli raketlərini Yaponiya ərazisində yerləşdirsə, Rusiya təhlükəsizliyinə mümkün təhdidləri neytrallaşdırmaq üçün tədbirlər görəcək”, – Vorobyova bildirib.
Diplomat vurğulayıb ki, ölkənin strateji məqsəd və maraqları əsasında Rusiyanın səlahiyyətli qurumları tərəfindən konkret cavablar hazırlanacaq:
“Bununla yanaşı, Moskva dövlətlərin öz təhlükəsizliyini təmin etmək hüququna hörmətlə yanaşır. Lakin hesab edirik ki, ABŞ raketlərinin yerləşdirilməsi silahlanma yarışını gücləndirir və beynəlxalq sabitlik üçün riskləri artırır”.
Günay Rəsulqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 22 Mart 2025 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















