Icma.az
close
up
RU
ABŞ la Ukrayna arasında mineral ehtiyatlar razılaşması: Saziş Kiyev üçün təhlükəsizlik zəmanəti ola biləcəkmi? TƏHLİL

ABŞ la Ukrayna arasında mineral ehtiyatlar razılaşması: Saziş Kiyev üçün təhlükəsizlik zəmanəti ola biləcəkmi? TƏHLİL

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ və Ukrayna, nəhayət ki, BŞ-ın Ukraynanın kritik mineral resurslarına üstünlük əldə etməsini təmin edən mühüm bir razılaşma imzaladılar. Aylarca davam edən danışıqlardan sonra yekunlaşan bu müqavilə Ukraynanın müharibə sonrası bərpa və iqtisadi inkişafını dəstəkləmək məqsədilə birgə Bərpa İnvestisiya Fondu yaratmağı nəzərdə tutur.

Razılaşma Ukraynanın dövlətə məxsus təbii resurslardan, o cümlədən litium, titanium, uran və qrafitdən gələcək gəlirlərinin 50%-ni fonda yatırmasını tələb edir, bununla da borc öhdəlikləri yaranmır. Fond hər iki ölkə tərəfindən birgə idarə olunacaq və gəlirlər hesabına ən azı on il ərzində Ukraynaya yenidən sərmayə qoyulacaq. Bu razılaşma Ukraynanın resursları üzərində mülkiyyət və nəzarətini qoruyur, əvvəlki suverenliklə bağlı narahatlıqları həll edir. Yeni fond ABŞ və Ukrayna nümayəndələri tərəfindən birgə idarə olunacaq. Onun strukturu, idarəetmə qaydaları və maliyyə mexanizmləri ayrıca razılaşdırılacaq. Fondun fəaliyyətində ABŞ qanunvericiliyi nəzərə alınacaq və ABŞ hökumətinin bu fondda maliyyə payı və qərarvermə səlahiyyətləri məhz bu çərçivədə müəyyən ediləcək.

Ukraynanın bərpası fondu: Təbii resurslardan gəlir

Əldə olunmuş razılaşmaya əsasən, Ukrayna hökuməti dövlətə məxsus təbii resursların, o cümlədən neft, qaz, və digər çıxarıla bilən materialların gələcək monetizasiyasından əldə ediləcək gəlirin 50 faizini fonda yönəldəcək. Bu vəsaitlər Ukraynanın bərpası məqsədilə yenidən investisiyaya çevriləcək. Fond daxil olan vəsaitləri toplayaraq Ukraynada yeni layihələrə sərmayə yatıracaq və lazım olduqda bu layihələrin faktiki xərclərini Ukrayna hökumətinə qaytara və ya kreditləşdirə biləcək. Hər iki tərəf fondun gəlirlərini artırmaq və kapitalın dəyərini qorumaq üçün zəruri addımlar atmaq hüququnu da öz üzərində saxlayır.

Tərəflər fondun fəaliyyəti zamanı sanksiyalarla bağlı mövcud məhdudiyyətlərin pozulmamasına xüsusi diqqət yetirəcək. Bundan əlavə, fondun fəaliyyəti Ukraynanın Avropa İttifaqına üzvlük prosesi və beynəlxalq maliyyə institutları ilə olan öhdəlikləri ilə ziddiyyət təşkil etməməlidir. Sənəddə qeyd olunur ki, bu fond kommersiya xarakteri daşıyacaq və onun yaradılması Ukraynanın uzunmüddətli bərpası üçün davamlı maliyyə dayanıqlığının təmin olunmasına yönəlib. Fondun hüquqi əsasları Ukrayna Ali Radası tərəfindən ratifikasiya olunmalıdır. ABŞ tərəfi, həmçinin, Ukraynanın təhlükəsizliyinin təmin olunması və sülhə nail olunması istiqamətində göstərdiyi səyləri dəstəklədiyini bəyan edib. Tərəflər fondun yaradılması üzrə danışıqlara dərhal başlamağa razılıq verib. Bu məqsədlə ABŞ tərəfindən Maliyyə Nazirliyi, Ukrayna tərəfindən isə Maliyyə və İqtisadiyyat nazirlikləri məsul qurumlar kimi müəyyən edilib.

Natamam müqavilə

Ukraynalı hərbi ekspert Aleksandr Kovalenko APA-ya açıqlamasında bildirib ki, Ukrayna hazırda sənədin Konstitusiyasına uyğunlaşdırılması və öz mövqeyinin qəbul etdirilməsi istiqamətində səylər göstərdiyindən bu müqavilə hələ formalaşmamış haldadır.

ABŞ ilə Ukrayna arasında faydalı qazıntı yataqlarının işlənməsi barədə razılaşmanın imzalanması məsələsi 2024-cü ilin noyabrında gündəmə gəlsə də, sənədin ümumi parametrləri hələ Co Bayden ABŞ prezidenti olanda hazırlanmağa başlamışdı. Lakin C. Bayden seçkidə məğlub olduğu üçün bu məsələ də yubandı. Hakimiyyətə qayıdan Donald Tramp haqqında bəhs etdiyim razılaşmanın davam etdirilməsi ilə bağlı siyasət irəli sürməyə başladı. Lakin Baydendən fərqli olaraq, Trampın sələfindən daha az danışmağa və əməli fəaliyyətə meylli olması həmin sənədin faktiki olaraq, onun Prezidentliyinin ilk ayında imzalanması ilə nəticələndi. Lakin sənəd imzalansa da, Tramp Administrasiyası sonradan mütəmadi olaraq ona düzəliş etmək istiqamətində cəhdlər etməyə başladı. Ukrayna isə hazırda bu sənədin daha çox öz Konstitusiyasına uyğunlaşdırılmasına, bəzi məsələlərlə bağlı öz mövqeyinin qəbul etdirilməsinə çalışır. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, imzalanmış olsa da, hazırda biz natamam bir müqavilə ilə qarşı-qarşıyayıq”, - deyə ekspert vurğulayıb.

Razılaşmasında təhlükəsizlik zəmanəti yoxdur

Ukrayna Prezidenti Volodimir Zelenski daha öncə razılaşmanın təhlükəsizlik zəmanətləri ilə bağlı heç bir konkretlik daşımadığını və bu məsələnin gələcək danışıqlarda müzakirə ediləcəyini bildirmişdi. Bundan əlavə, bəzi Ukrayna rəsmiləri razılaşmanın "Tramp razılaşması" kimi sərt şərtlər daşıdığını və ölkənin suverenliyini riskə ata biləcəyini ifadə etmişdilər.

Ukraynalı ekspert sözügedən sənəddə Kiyevə hər hansı təhlükəsizlik zəmanəti verilməsi ilə bağlı müddəanın mövcud olmadığını bildirib: “Vaşinqtonun marağında olan faydalı qazıntı yataqlarına investisiya cəlb olunur. Bu isə o deməkdir ki, Ukraynanın istənilən bölgəsində bu və ya digər faydalı qazıntıların olduğu ərazilər bilavasitə ABŞ-ın maraq dairəsinin təsiri altına düşür. Bu isə o deməkdir ki, istənilən dövlətin həmin yataqlara göstərmiş olacağı istənilən səviyyədə maraq bilavasitə rəsmi Vaşinqtonun maraqlarına toxunulmaq kimi anlaşılacaq. Bu halda Birləşmiş Ştatlar öz maraqlarının müdafiəsi üçün istənilən addımı ata bilər. Biz heç vaxt ABŞ-ın mövcud olduğu dövr ərzində özünün milli maraqlarına zidd addımlar atmasının və ya onları qorunmamasının şahidi olmamışıq. Məhz buna görə hipotetik formada hesab etmək olar ki, məhz bu amin elə Ukrayna üçün təhlükəsizlik zəmanəti deməkdir. Lakin bu zəmanətin hüquqi cəhətdən əsaslandırıldığı, daha dəqiq, təsbit olunduğu hər hansı sənəd mövcud deyil. Həm bu, həm də daha öncə imzalanmış sənədlərdə belə bir rəsmi zəmanət qeyd edilməyib”.

ABŞ-ın Ukrayna siyasətində vektor dəyişikliyi

Sənədin Ukrayna üçün müsbət və mənfi tərəflərinə gəldikdə, Aleksandr Kovalenko qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimindən sonra onun Administrasiyası ilk dəfə olaraq Ukraynaya silah ixracına yaşıl işıq yandırdı: “Yayılan məlumata görə, Ağ Evin rəhbəri Ukraynaya 50 milyon dollar dəyərində müdafiə təyinatlı məhsulların göndərilməsini təsdiqləyib. Bu, Trampın prezidentliyi dövründə Ukraynaya göndərilən ilk silah partiyasıdır. Diqqətçəkən məqam ondan ibarətdir ki, bu hadisə Ukraynanın malik olduğu faydalı qazıntılarla bağlı müqavilənin imzalanmasından dərhal sonra baş verib. Bundan əlavə, senator Lindsi Qrem bu günlərdə daha bir maraqlı təkliflə çıxış edib. Təklifə əsasən, əgər Prezident Vladimir Putin danışıqlardan imtina edərsə, Rusiyadan neft idxal edən ölkələrə 500 faizlik gömrük rüsumlarının tətbiqi nəzərdə tutulur. Təklif reallaşarsa, Rusiyadan birbaşa və ya dolayı yollarla (“boz sxemlərlə”) neft idxal edən dövlətlər üçün bu, ciddi iqtisadi və maliyyə yükünə çevriləcək. Nəticədə, həmin ölkələrin iqtisadi inkişafına, ümumi daxili məhsul səviyyəsinə və digər mühüm amillərə mənfi təsir yarana bilər. Fikir verdinizsə, bütün bu hadisələr məhz qeyd etdiyimiz sənədin imzalanmasından sonra baş verib. Biz gələcəkdə bu ölkələrlə əməkdaşlığı genişləndirmək niyyətindəyik və görürük ki, sənədin imzalanmasından cəmi bir sutka sonra ABŞ-ın Ukraynaya münasibətində ciddi dəyişiklik müşahidə olunmağa başlayıb. Qarşıdakı dövrdə ehtimal olunur ki, ABŞ Trampın prezidentliyi zamanı ya daha ukraynameylli, ya da daha açıq desək, rusiyameylli mövqe tutacaq. Bütün bunlar onu göstərir ki, 2025-ci il Ağ Evin Ukrayna siyasətində vektor dəyişikliyinin ili olacaq.”

Sazişin strateji əhəmiyyəti

Amerikalı siyasi analitik Peter Teyz isə APA-ya açıqlamasında bu müqaviləni Ukraynanın gələcəyi üçün mühüm əhəmiyyətə malik olduğunu bildirib.

30 aprel tarixində Ukrayna ilə ABŞ arasında imzalanan mineral resurslar razılaşması Ukraynanın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Razılaşma Ukraynanın enerji və mineral resurslarının birgə istismarını nəzərdə tutur və ABŞ-ın Kiyevə verdiyi hərbi dəstəyin artırılması ilə müşayiət olunur. Bu sazişin imzalanması, Ukraynanın Baş nazir müavini Yuliya Sviridenkonun rəhbərliyi altında baş verib. Sviridenko Ukraynanın milli təhlükəsizliyini qorumağa və sülhə olan sadiqliyini nümayiş etdirərək, Prezident Volodimir Zelenskini bu mühüm qərarı dəstəkləməyə təşviq etdi. ABŞ-ın Maliyyə naziri Skot Bessent tərəfindən imzalanan razılaşma ABŞ-ın Ukraynanın ərazi bütövlüyünü və suverenliyini qorumaq niyyətində olduğunu göstərir. Bununla yanaşı, sazişin imzalanması Ukraynanın hazırda işğal altında olan əraziləri və Qara Dənizə çıxışına ciddi təsir göstərəcək. Rusiya bu razılaşmanı Vaşinqtonun Ukraynanın azadlığını və suverenliyini qorumağa yönəldiyini anladıqca, gələcəkdə münasibətlərində gərginlik yaşana bilər. Razılaşma Ukraynanın enerji və mineral resurslarının xarici şirkətlər tərəfindən istismarına imkan tanıyır, lakin mülkiyyətin Ukraynanın özünə qalacağı bildirilir. ABŞ bu sazişlə Kiyevə hava hücumlara qarşı müdafiə sistemləri və genişləndirilmiş hərbi yardımlar təqdim edəcək,” deyə analitik vurğulayıb.

ABŞ Ukraynanın suverenliyini qorumağa hazırdır

Amerikalı analitikin fikrincə, bu sazişi Donald Trampın prezidentliyi dövründə mühüm xarici siyasət addımlarından biri kimi qiymətləndirib: “Prezident Tramp Ukraynanın suverenliyini qorumaq və Rusiyaya qarşı strateji mövqeyini gücləndirmək məqsədi güdür. Bu addım 19-cu əsrdə ABŞ Prezidenti Rutherford B. Hayesin Paraqvayın ərazi suverenliyini müdafiə etməsi ilə müqayisə olunur. Ukraynada prezident seçkilərinin təxirə salınması və Rusiyanın bu sazişi necə qəbul edəcəyi hələ də qeyri-müəyyəndir. Lakin ABŞ bu razılaşma ilə münaqişənin sona çatdırılmasına yönəlmiş diplomatik və hərbi addımlar atmağa hazır olduğunu bildirir. Bu razılaşma yalnız Ukraynanın deyil, həm də Avropanın gələcəyi üçün mühüm təsirə malikdir və dünya siyasətində yeni mərhələnin təməlini qoyur”.

Fərid Azəri

Lamiyə Şirinova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://apa.az
archiveBu xəbər 01 May 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see502

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see221

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see208

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see198

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see195

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see176

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see173

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see171

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see155

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see154

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see151

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see149

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see143

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri