Bakı Şəhər İcra Hakimiyyətində YENİ TƏYİNATLAR ADLAR
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Bakı Şəhər İcra Hakimiyyətində struktur dəyişiklikləri aparılıb və yeni kadr təyinatları olub.
"Yeni Sabah" Ölkə.az-a istinadən xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov müvafiq əmrlər imzalayıb.
Əmrlərə əsasən, qurumun İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsi yenidən təşkil edilərək onun əsasında İctimai-siyasi məsələlər şöbəsi yaradılıb. Onlayn mağaza
Bakı Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi ləğv edilərək İctimai-siyasi məsələlər şöbəsinə birləşdirilib. İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov yeni yaradılan şöbənin müdiri vəzifəsində saxlanılıb. Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Cavid Fərhadov isə E.İmanovun müavini təyin edilib.
Qurumun Mənzil fondunun uçotu şöbəsi Şəhər təsərrüfatı şöbəsinə birləşdirilib. Nəticədə şöbənin adı dəyişdirilərək Şəhər təsərrüfatı və mənzil fondunun uçotu şöbəsi adlandırılıb. Yeni şöbəyə rəhbərlik əvvəllər Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışan Məmməd Qasımova həvalə edilib.
Bundan başqa, Tikinti məsələləri şöbəsi Nəzarət-təftiş şöbəsinə birləşdirilib və Nəzarət və tikinti məsələləri şöbəsi yaradılıb. Ləğv edilən Nəzarət-təftiş şöbəsinin müdiri Zülfəli İsmayılov yeni şöbənin müdiri təyin olunub. Tikinti məsələləri şöbəsinin müdiri Rəşid Ağayev isə Z.İsmayılovun müavini vəzifəsinə gətirilib.
Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin adı dəyişdirilərək Ərazi-təşkilat məsələləri şöbəsi adlandırılıb. Şöbənin müdiri Anar Tağıyev vəzifəsində saxlanılıb.
Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin adı Sosial-iqtisadi məsələlər və mədəni irsin qorunması şöbəsi olaraq dəyişdirilib. Vüqar Qəhrəmanov şöbə müdiri vəzifəsində saxlanılıb.
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi isə Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinə çevrilib. Yaqut Mönsümova yeni strukturda şöbə müdiri vəzifəsində saxlanılıb.
Baxış sayı:54
Bu xəbər 16 Noyabr 2026 20:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















