Qaret Beyl “Sevilya”nı almaq istəyir: 500 milyonluq plan
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Real Madrid”in sabiq futbolçusu Qaret Beyl “Sevilya”nın mümkün yeni sahibləri arasında yer ala bilər.
İdman.Biz “El Confidencial”a istinadən xəbər verir ki, uelsli sabiq futbolçunun məsləhətçi olduğu ABŞ-nin “Juggernaut Capital Partners” investisiya fondu İspaniya klubunun səhmlərinin nəzarət paketini almaq imkanını nəzərdən keçirir.
“Sevilya”nı əldə etmək istəyən digər tərəf isə səudiyyəli iş adamları Mansur və Hayder Said qardaşlarına məxsus “HD Ventures” şirkətidir. Hər iki investor qrupu klubun səhmlərinin 85 faizinə qədərini almaqda maraqlıdır.
Potensial sövdələşmənin dəyəri təxminən 500 milyon avro (955 milyon manat) qiymətləndirilir. Bu məbləğə 60 milyon avroluq xalis borc və kapitalın 80 milyon avro artırılması planı da daxildir.
Klubun satışı ilə bağlı danışıqlarda “Goldman Sachs” maliyyə qurumu vasitəçilik edir. Daha əvvəl “Sevilya”nı almağa çalışan sabiq futbolçusu Serxio Ramosun rəhbərlik etdiyi investor qrupunun danışıqları nəticəsiz qalıb.
Qeyd edək ki, 37 yaşlı Qaret Beyl “Real Madrid”in heyətində beş dəfə Çempionlar Liqasının qalibi olub. O, 2023-cü ilin yanvarında futbolçu karyerasını başa vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 16 Noyabr 2026 20:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















